GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » ATA "BEŞBARMAQ" ZƏRBƏSİ ALAN OĞLUNUN TALEYİNDƏN NARAHATDIR

ATA "BEŞBARMAQ" ZƏRBƏSİ ALAN OĞLUNUN TALEYİNDƏN NARAHATDIR

Tarix: 20-04-2019, 22:00 Bölmə :Cəmiyyət Baxış: 864
ATA "BEŞBARMAQ" ZƏRBƏSİ ALAN OĞLUNUN TALEYİNDƏN NARAHATDIR


Atasının qorxusu hələ də tutulmayan belə bir cinayətkarla oğlu arasında hər an neqativ hadisələrin ola biləcəyidir

Vaqif ƏLİYEV: "Muradın hüquqlarını istintaq orqanı pozub, onun həyat və sağlamlığına xəsarət yetirən cinayətkarın azadlıqda qalıb, məsuliyyətə cəlb olunmaması hansısa maraqdan xəbər verir"

Bu cinayət hadisəsi cari ilin yanvar ayının 7-si saat 13.00 radələrində paytaxtın Nərimanov rayonundakı Aşıq Molla Cümə küçəsi, 11 "B" ünvanında yerləşən yaşayış binasının arxasında, iki qonşu -- Murad Vaqif oğlu Əliyev və Tamerlan Nadir oğlu Əfəndiyev arasında şəxsi münasibətlərin pozulması zəminində əvvəllər yaranmış ədavətin acı nəticəsidir. Həmin gün əliyevlər ailəsinin başına gələn faciənin ictimailəşməsi üçün araz.az saytının redaksiyasına gəlməsi məsləhət bilinən ailə başçısının -- yarandığı gündən hakim Yeni Azərbaycan Partiyasının üzvü olan fəal ictimaiyyətçi Vaqif Əliyevin əməkdaşımıza təqdim etdiyi sənəd və sübutlar əsasında geniş araşdırma yazısı çapa hazırlanır. Bu yazıda isə, əməkdaşımız şikayətçi ilə söhbətinin bəzi detallarını qələmə alıb.
Öncə qeyd edək ki, Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 maddəsi ilə istintaq olunmuş və bu yaxınlarda məhkəmə araşdırması başlanacaq 190066011saylı bu cinayət işində zərərçəkmiş şəxs kimi adı keçən Murad Əliyevin atası belə bir cinayəti törədən şəxsin istintaqda necə müdafiə edildiyindən şikayətçidir və onun hələ də azadlıqda qalmasının hansısa maraqdan xəbər verdiyini söhbətimizin hər məqamında xüsusi vurğulayır.
Vaqif Əliyevin dediyinə görə, Tamerlan yaşadıqları həmin binanın arxasında oğluna hücum edərək, heç bir söz demədən və səbəb göstərmədən, Muradın alnına güclü zərbə vurub:

"İlk zərbədən sonra oğlumun gözlərini qan örtüb. Tamerlan edəcəyi hərəkətə əvvəlcədən hazırlaşdığından, ilk zərbəni beşbarmaqla həyata keçirib. Bu zərbə o qədər ağır olub ki, Murad ondan qoruna bilməyib. Qan itirdiyindən, başı fırlanaraq, huşunu itirib və yerə yıxılıb. Özünə gələndə anlayıb ki, bədəninin hər tərəfindən yumruq və təpik zərbələri də alıb. Yerdə uzanmış vəziyyətdə qalmağın daha təhlükəli ola biləcəyindən, cox böyük çətinliklə ayağa qalxaraq, qışqırmağa və ətrafdakıları köməyə çağırmağa başlayıb. Bəxti gətirib ki, özünü qurtara bilib.
Ağır olan zərbələrlə cinayətkar Muradın həyat və sağlamlığına ciddi xəsarətlər yetirib. Hadisədən sonra xəstəxanaya çatdırılan oğlumun müalicəsini həyata keçirən həkimlər də açıq dedilər ki, onun həyati vacib orqanlarına ciddi xəsarətlər dəyib, sağ gözü daha çox qorxuludur, görmə qabiliyyətini itirə bilər. Beynində güclü silkələnmə olduğunu da bildirdilər. Elə, indi də deyirlər ki, yalnız uzun zaman tələb edən müalicədən sonra bilmək olar ki, o, tam sağala bilər, yoxsa yox.
Məni daha çox narahat edənsə, müalicəni aparan həkimlərin fikirlərində fərqli qərəzli rəylərin olmasıdır. Çünki cinayət işi üzrə təyin olunmuş məhkəmə-tibbi ekspertizasının 09 yanvar 2019-cu il tarixli, 20 nömrəli və 21 yanvar 2019-cu il tarixli, 12/20-A nömrəli rəylərindəki ekspertiza nəticələri şübhə doğurur, rəylərdə mötəbər sübutlar təhrif olunub. Eyni zamanda, sağlamliğa ağır zərər vurmaya dair xəsarətlər olmasına baxmayaraq, yetərsiz rəylər verilib. Belə ki, rəydə göstərilib ki, oğlumun almış olduğu xəsarətlər -- sağ göz almasının kontuziyası, göz dibinə qansızma, torlu qişanın zədələnməsi, sağ gözdə ikili görmə və sağ gözün görmə itiliyinin 0,3-ə qədər azalması, sağ qaşüstü nahiyənin əzilmiş yarası, sağ göz ətrafının hematoması, sağ göz yuvasının iç kənarlarının əzilmiş yarası ilə müşayiət olunmuş sağ frontal sinusun
ön divarının basılmış sınıqları, sağ orbitanın üst və alt divarının qəlpəli basılmış sınıqları küt əşyanın təsirindən törənib. Göstərilənlər isə, sağlamlığın uzun rnüddətə pozulmasına yox, az ağır zərər vurmaya aiddir. Bu, necə bir az ağır xəsarətdir ki, indiyədək onun qurtarması üçün, azı 10 min manat pul xərcləmişik. Di gəl ki, oğlumun vəziyyəti düzəlmir ki, düzəlmir. Axı, insaf da yaxşı şeydir. Bu cinayət işinə məsul olanlar isə, sanki bu insani hisslərdən məhrumdurlar.
Bildirmək istəyirəm ki, 5 saylı Kliniki Xəstəxana tərəfindən oğlumun bədəni üzərində olan xəsarətlərə dair verilmiş 18 yanvar 2019-cu il tarixli arayışdan görünür ki, onun başında 07 yanvar 2019-cu il tarixdə "sağ qaşüstü nahiyəsinin kəsilmiş-çapılmış, sağ gözaltı nahiyənin əzilmiş-çırılmış yaraları aşkar olunub. Göstərilənlərdən aydın olur ki, kəsilmiş-cırılmış xəsarətlər yalnız hər-hansı bir metal əşyanın təsiri nəticəsində alınır. Bundan başqa, Milli Oftalmologiya Mərkəzi tərəfindən tərtib edilmiş 07 yanvar 2019-cu il tarixli hər iki orbitanın KT müayinəsindən görünür ki, orbitanın alt divarının və alın sümüyünün sınığı aşkar edilib, yuxarı lateral divarının basılmış parçalı sınığı izlənib. KT müayinəsi zamanı sağ frontal sinusun ön divarının çökmə sınığı və yerdəyişən sınıqlarının olması da qeyd olunub. Bütün bunlar ona dəlalət edir ki, oğlumun aldığı xəsarətlər sağlamlığa ağır zərər vurmaya aiddir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekşpertiza və Patolpji Anatomiya Birliyinin direktoru Ədalət Həsənova etdiyimiz şikayət xarakterli müraciətlərimizdə də,
yuxarıda qeyd olunanları nəzərə alaraq, oğlumun barəsində təyin olunmuş ekspertizanın obyelktiv aparılmasını nəzarətə götürməsini, rəyin obyektiv yazılmasina göstəriş verməsini xahiş etmişik. Nə olsun, bunun da bir xeyri olmayıb.
Bunlar bir kənara, dəhşət odur ki, Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsində və rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işinin təhqiqatı və istintaqı düzgün aparılmadı. Cinayətkarın əməli Cinayət Məcəlləsinin 126.2.4 və 221.3 maddələrinə tövsif edilməli olduğu halda, düzgün olmayaraq, həmin məcəllənin 127.1 maddəsinə tövsif edilib. Həkim Rəhman Allahverdiyevin ekspertiza zamanı oğlumun görmə qabiliyyətini itirməsi barədə verdiyi rəy də, sonda nəzərə alınmayıb. Təhqiqatçı, polis kapitanı Emin Quliyev və baş müstəntiq, polis mayoru Pərviz Məmmədov cinayət işini düzgün aparmadıqlarından, rayon prokurorluğu tərəfindən araşdırmaya nəzarət başdansovdu olduğundan cinayət törədən həmin şəxs indiyədək həbs edilməyib. Sadəcə, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. O, hər gün, sanki etdiklərindən qürrələnirmiş və bizə acıq verirmiş kimi, özündənrazı tərzdə azadlıqda gəzir".
Zərərçəkənin atası deyir ki, bu tip işlərdə polis qətiyyət nümayiş etdirib, cinayət törədən şəxsi dərhal tutaraq, istintaqa təhfil verməli olduğu halda, indiyədək heç bir tədbir görməyib, hətta
təhqiqatçı və istintaqçı hadisənin şahidlərinin tapılmasına belə səy göstərməyiblər: "Dəhşət ondadır ki, polislər oğlumun aldığı beşbarmaq zərbəsini belə yumruq zərbəsi ilə əvəz etməyə müvəffəq olublar. Ya bu cinayətkar şəxs polisin himayəsindədir, ya da müəyyən “razılaşma” əsasında onun cinayət məsuliyyətindən kənarda qaldığını düşünürük. Axı, başqa cür də ola bilməz.
Bu cavab məktubunu oxusanız, siz də, görərsiniz ki, insan taleyi çox kreslo sahiblərini narahat etmir, ötür-ötür oyunu gedir. Həmin məktubu sizin də dərc etməyinizi istərdim. Bu həmin cavab məktubunda yazılanlardır, özü də İstintaq və Təhqiqat İdarəsinin rəisi Nazim İsmayılov imzalayıb. Məktubda belə yazılıb:

"Hörmətli Vaqif Hüseyn oğlu!
Oğlunuz Murad Əliyevin döyülməsi ilə bağlı araşdırmanın obyektiv aparılmaması barədə Azərbaycan Respublikası Prezidentinin Administrasıyasına ünvanlanmış
müraciətinizə baxılmışdır.
Müəyyən olmusdur ki, 8 yanvar 2019-cu il tarixdə oglunuz Murad Əliyev Nərimanov rayon Polis idarəsinin 18-ci Polis şöbəsinə ərizə ilə müraciət edərək, 7 yanvar 2019-cu il tarixdə yaşadığınız Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi ev 11 B-nin birinci mərtəbəsində qonşunuz Əfəndiyev Tamerlan Nadir oğlu tərəfindən döyüldüyünü bildirmişdir.
Ərizə ilə bağlı Nərimanov rayon Polis idarəsinin 18-ci Polis şöbəsində araşdırma aparılaraq toplanmış material 12 yanvar 2019-cu il Nərimanov rayon prokurorluğuna göndərilmişdir.
23 yanvar 2019-cu il tarixdə Nərimanov rayon prokurorluğunda fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılaraq, istintaq aidiyyəti üzrə rayon Polis idarəsinin İstintaq şöbəsinə göndərilmiş və istintaqın aparılması baş müstəntiq Pərviz Məmmədova həvalə olunmuşdur.
Göstərdiyiniz xüsusiyətlər və işin digər halları tam və hərətərəfli araşdırılmaqla istintaq davam etdirilir. Müraciətiniz cinayət-prosessual qanunvericiliyinə müvafiq olaraq, cinayət işinə əlavə edilib, araşdırılması üçün, Nərimanov rayon Polis idarəsinə göndərilmışdır"
Əslində, bu hadisə Cinayət Məcəlləsinin digər maddələrinə tövsif edilməklə araşdırılmalıydı. Çünki baş vermiş hadisə ədavət, qisas, intiqam almaq zəmnində, həmçinin cinayətdə istifadə edilən alət və vasitə olan beşbarmaq vasitəsilə törədildiyindən, bu, sağlamlığa ağır zərbəyə cəhd olduğunu göstərən dəlillərdir.
Oğlumun vəkili də müvafiq qurumlara müraciət edərək, oğluma qarşı cinayət törədənin məsuliyyətə cəlb edilməsini istəyib. Nərimanov rayon Polis İdarəsindən bildiriblər ki, istintaq şöbəsində fakt üzrə Cinayət Məcəlləsinin başqa bir maddəsi ilə cinayət işi başlanıb. İstintaq hərəkətləri sonadək bu cür saxtakarlıq və qanunsuzluq çərçivəsində davam edib. Artıq, bu yaxınlarda məhkəmə olacağı barədə xəbər alsaq da, hadisəni törədən hələ də saxlanılmayıb.
Mənim qorxum hələ də tutulmayan belə bir cinayətkarla oğlumun arasında hər an neqativ hadisələrin ola biləcəyidir.
Mənim yerimdə başqa bir ata olsun, kim zəmanət verə bilər ki, növbəti dəfə oğlum zorakılığa məruz qalmayacaq? Belə hadisə zamanı müdafiə olunmaq da olmur.
Açıq-aydın görünür ki, Muradın hüquqlarını istintaq orqanı kobudcasına pozub, onun həyat və sağlamlığına xəsarət yetirən cinayətkarın azadlıqda qalıb, məsuliyyətə cəlb olunmaması hansısa maraqdan xəbər verir. Bu barədə, yuxarılara yazmaqdan, rəis və məmur qapısı döyməkdən, qəbullarda növbə gözləməkdən də bezmişik. Dərdimizə əlac edən tapılmır ki, tapılmır!
Onu da qeyd etməyi vacib bilirəm ki, indiyədək oğlumun vəkilinin bir dənə olsun vəsatətini istintaq orqanları təmin etməyib. Guya, vəsatətlər öyrənilərkən müəyyən olunub ki, göstərilən xüsusatlar əsassızdır, cinayət işinin materialları ilə araşdırılıb və tam təkzib olunmaqla, istintaq üçün heç bir əhəmiyyət kəsb etmir. Əslində isə, vəkil öz vəsatətlərində həmişə baş verən münaqişəni görən şəxslərin müəyyən edilərək ifadələrinin alınmasını, oğlumun barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizasının rəyi ilə razı olmadığımız üçün, iş üzrə komisyon məhkəmə-tibbi ekspertizasının təyin edilməsini və hadisə yerini müşahidə edən müşahidə kamerasından görüntülərin götürülüb, baxış keçirilməsini xahiş edib. Azərbaycan Respublikası CPM-nin 121.2 maddəsində isə göstərilib ki, cinayət təqibi ilə bağlı olan bütün halların lazımı hüququ prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni manafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz. Aydın görünür ki, bu yöndən də, oğlumun hüquqları kobud şəkildə pozulub".
Vaqif Əliyev deyir ki, son vaxtlar ölkə başçısının bütün sahələrdə islahatlara dair sərəncam və fərmanlar verməsi, onun cəmiyyətə mesajı kimi qəbul edilməlidir. Cənab prezident həyatı vacib həmin sənədlərdə də göstərir ki, ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün, bütün sahələrdə həyata keçirilən islahatlar hüquq-mühafizə sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir: "Azərbaycanda ən çox şikayət olunan sahə hüquq-mühafizə sistemidir. Yüz minlərlə şikayətlər var. İnsanları incidirlər, rüşvət tələb edirlər, süründürməçiliyə yol verirlər. Qərarlar Azərbaycan qanunlarına uyğun yox, müəyyən təzyiqlər nəticəsində qəbul olunur. İslahatlarda əsas məqsəd isə,
cəmiyyətdə bu vacib sistemə etimadın möhkəmlənməsi üçün fəaliyyətində ədaləti, qanunçuluğu, şəffaflığı, qərəzsizliyi, aşkarlığı, hər kəsin qanun qarşısında bərabərliyini, Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərini
təmin etmək, korrupsiyanı aradan qaldırmaqdır. Cənab prezident istəyir ki,
bütün dünyada olduğu kimi, Azərbaycan hüquq-mühafizə sistemində də qərarlar heç kimə qulaq asmadan, tam sərbəst, yalnız dövlət qanunlarına uyğun qəbul edilsin. Əgər insanın cəzası varsa, çəkməlidir. Təəssüf ki, inqilabi və davamlı olacaq prezident fərmanları və sərəncamlarının xoş havası hələ də Nərimanov rayon hüquq-mühafizə sistemi işçilərini qəflət yuxusundan oyatmayıb. Yoxsa, bizim başımıza bu oyunu gətirməzdilər!..".
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qonşu qonşunu qətlə yetirdi

    Qonşu qonşunu qətlə yetirdi ...

    27-08-2015, 13:18

  • 
  • Ata qızını öldürdü

    Ata qızını öldürdü ...

    15-06-2013, 18:12

  • 
  • Ata 14 yaşlı oğlunu 50 yerdən bıçaqlayaraq öldürdü

    Ata 14 yaşlı oğlunu 50 yerdən bıçaqlayaraq öldürdü ...

    21-07-2014, 12:41

  • 
  • Xoşqədəmin ifşa etdiyi manyak ata və oğul ömürlük həbs cəzası aldılar

    Xoşqədəmin ifşa etdiyi manyak ata və oğul ömürlük ...

    18-09-2018, 20:37

  • 
  • Lənkəranda ata uşaqlarının gözü önündə baltalandı

    Lənkəranda ata uşaqlarının gözü önündə baltalandı ...

    26-12-2012, 16:06


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu