Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib. Badamdar yolu, ev 105 ünvanında qonşu öz qonşusunun qətlə yetirib.
Səbail Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Vüqar Tofiq oğlu Fəttayev aralarında yaranan şəxsi münaqişə zəminində qonşusu Valeh Şiraz oğlu Həsənova çoxsaylı bıçaq zərbəsi endirib.
Yaralını dərhal Kliniki Tibbi Mərkəzə yerləşdirilsədə, onun həyatını xilas etmək mümkün olmayıb. V. Həsənov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Hadisəni törədən 25 yaşlı Vüqar Fəttayev tutularaq istintaqa cəlb edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?