Namaz Namazov: “Bizi heç bir səbəb olmadan milliyətcə gürcü polislər vəhşicəsinə döydülər, təhqiramizcəsinə bizə "tatrebi" dedilər.”
Gürcüstanın Marneuli rayonunun azərbaycanlılar yaşayan Təkəli kəndinin 3 gənc sakini 17 aprel 2019-cu il tarixdə polis özbaşnalığının qurbanı olublar. Marneuli rayon Şulaver Polis Bölməsinin 5 nəfər əməkdaşı, şaumyan qəsəbəsi inzibati ərazisində, Təkəli kənd sakinləri Elçin Aslanovu, Musa Namazovu və Namaz Namazovu heç bir səbəb olmadan vəhşicəsinə döyüb, sürüyərək maşına mindirib, sonra bölməyə gətirərək, orada təkrar döyüb, daha sonra isə Elçin Aslanov və Musa Namazovu saxta ittihamla (polisə müqavimət) həbs ediblər.
Digər şəxs Namaz Namazovu isə Marneuli Polis İdarəsində 1 gün qaununsuz saxladıqdan sonra 18 aprel 2019-cu il tarixdə azad ediblər. Bu insidentlə bağlı polis tərəfindən vəhşicəsinə döyülən, Namaz Namazov mətbuat üçün açıqlama yayıb. N.Namazov bildirib ki, onun və digər iki gəncin milliyətcə gürcü polislər tərəfindən döyülməsi ilə bağlı operativ olaraq Gürcüstan Baş Naziri Mamuka Baxtadzeyə, Ombudsman Nino Lomcariyaya, Daxili İşlər Naziri Giorgi Qaxariyaya, Baş Prokuror Şalva Tadumadzeyə və Gürcüstan Parlamentinin Vitse Spikeri Giorgi Volskiyə şikayət verilib.
Namaz Namazov bəyan edib ki, onu milliyətcə gürcü ploislər döyüb və milli kimliyini təhqir edərək ona “tatrebi” (“eşşək tatar”) deyiblər. O, düşünür ki, bu məsləyə görə onun şikayətinin Gürcüstanda obyektiv araşdırılması şübhəlidir. Ona görə də insidentlə bağlı Azərbaycan Respublikasının Prezienti, cənab İlham Əliyevə də rəsmi müraciət göndərib. Rəsmi müraciətin sürəti eyni zamanda Azərbaycan Respublikası İnsan Hüquqları üzrə müvəkkili, Fərəc Quliyev və Qüdrət Həsənquliyevə də ünvanlanıb. O bildirib ki, Ona, həmçinin digər Təkəli kənd sakinləri Elçin Aslanov və Musa Namazova qarşı zorakılıq tətbiq edilməsi, saxta ittiham irəli sürülməsi, milli kimliklərinin milliyətcə gücü ploislər tərəfindən təhqir edilməsinə Azərbaycan Respublikasında da hüquqi qiymət verilməlidir. Çünki bu faktiki olaraq Gürcüstanda azərbaycanlıların milli diskriminasiyasıdır.
Gürcüstabın Marneuli rayonu Şulaver Polis Bölməsinin milliyətcə gürcü polisləri tərfindən döyülən və milli kimliyi təhqir edilən Namaz Namazovun Azərbaycan Respublikası Prezidentinə göndərdiyi rəsmi müraciətdə deyilir:
“Möhtərəm Prezident İlham Əliyev,
Yazaraq nəzərinizə çatdırıram ki, Gürcüstanda, azərbaycanlı olduğum üçün, Gürcüstan Daxili İşlər Nazirlyinin polis əməkdaşları tərəfindən həm milli diskriminasiyaya, həm də fiziki zorkılığa məruz qalmışam. Məni və iki nəfər Marneuli muniçipaliteti Təkəli kənd sakinini Marneuli muniçipaliteti Şulaver Polis Bölməsinin milliyətcə gürcü polis əməkdaşları vəşicəsinə döyüblər, məni 1 gün Marneuli rayon Polis idarəsində saxlayıblar, digər iki nəfəri Elçin Aslanovu və Musa Namazovu isə saxta ittihamla həbs ediblər. Biz azərbaycanlı olduğumz üçün milliyətcə gürcü polis əməkdaşlarının Bilririəm ki, 17 aprel 2019-cu il tarixdə, mən Marneuli muniçipaliteti, Şaumyan qəsəbəsi inzibati ərazisində yerləşən otaracaqda iş başındaydım. Həmin ərazidə sahibkarın qoyun sürüsünü otararaq çobanlıq edirəm. Qeyd edim ki, 17 aprel 2019-cu il tarixdə təxminən 17.30 radələrində həmin ərazidə, Təkəli kənd sakini Elçin Aslanova, özümə məxsus 10 ədəd qoyun satarkən, ağ rəngli “Folskvagen-Passat” maşında gələn 5 nəfər mülki qeyimli şəxs (sonradan məlum oldu ki polis əməkdaşlarıdır), Elçin Aslanovun içində olduğu, Musa Namazovun idarə etdiyi “Mersedes-Sprinteri” yük minibusunu saxlatdılar və onları maşından düşürüb döyməyə başladılar. Onlara bildirdilər ki, siz qoyunları oğurlamısınız. Mən bunları eşdiridim və tez onların olduğu yerə gəldim, gördüm ki, 5 nəfər mülki geyimli şəxsdən 2 nəfəri (sifətdən tanıya bilərəm), Gürcüstan vətəndaşları, Təkəli kənd sakinləri, azərbaycanlı Elçin Aslanovu və Musa Namazovu vəşicəsinə döyürlər. Gördüm ki, Musa Namazovun başına vurdular, sonradan sinə nahyəsinə ağır zərbə endirdilər, daha sona başını maşının qabaq hissəsinə vurdular və yerə yıxıb yerdə döyməyə başladılar. Elçin Aslanovu da yerə yıxıb təpikləməyə, arada ayağa qaldırıb başına və üz nahiyəsinə vurmağa başladılar. Mən dərhal lap yaxınlaşdım və soruşdum ki, bunları niyə döyürsüz, siz kimsiniz? Onları özlərini təqdim etmədilər, mənə dedidlər ki, qoyunları bu şəxsər oğurlayıblar. Mən isə bildirdim ki, qoyunları mən satmışam və mənim qoyunlarımdır, onlar oğurlamayıblar. Maşının qapısını açıb 10 ədəd qoyunu mən bayıra buraxdım və dedim ki, nisyə satmışam, ində da başqa vaxt sata bilərəm, nəqd pula. Bunu dedyim təqdirdə onlardan biri məni tutdu, digəri isə başıma yumruq vurdu, nətəcədə ağır zərbədən mən yıxıldım. Həmin iki nəfər mənim yıxlmağıma baxmayaraq məni yerdə döyməyə başladılar, böyürlərimə, ayaqlarıma, başıma təpiklə vurmağa başladılar. Daha sonra məni sürüyərək maşına midirdilər və mənim milliyətinimi təhqir etməyə başladılar, hər iki şəxs mənə təkrar-təkrar “tatrebi, tatrebi şen xle xar, şeni deda moqitxan, tatrebi sənə göstərərcəyik” deməyə başladılar. Məni təhqir etdiklərini görüb mən də onlara təhqiramiz sözlər dedim. Biri mənim boğaz nahiyəmdən, əlinin arxası ilə vurudu. Ondan sonra mən nə olduğu yadımda deyil. Bir daha Şulaver Polis Bölməsində özümə gəldim. Gördüm ki, məni divana uzadıblar, özümü çox pis hiss edirdim. Polis əməkdaşlarından biri (Sifətdən tanıya bilərəm) üzümə su vururdu, əski parçası ilə kompress edirdilər, mənə həmçinin mouloks mədə dərmanı içirməyə cahd edirdi. Bu zaman əməkdaşlardan biri polis bölməsinin içindəki xidməti kameranın önünü kəsmişdi və məni döyən həmin şəxslərdən biri yenidən gəldi alın nahiyəmdən yumruqla vurdu. Mənə bildirdi ki, səni həbsə atıb başına min oyunaçdıracam. Qeyd edim ki, polis bölməsində olduğumuz zaman qanusuz olaraq mobil telefonlarımız əlimizdən alındı, yaxın qohumlarımıza zəng etməyə imkan vermədilər, hətta mənim təcili yardım çağırın istəyimi rədd etdilər. Bu hadisə təxminən 17.04.2019-cu il tarixdə 21.00 radələrində olmuşdur. Mən polis bölməsində olarkən, mənimlə birlikdə qanunsuz olaraq, zor tətbiq etməklə bölməyə gətirilən Elçin Aslanova və Musa Namazova sodalı su içirtdilər, baş nahiyələrində olan əziklərə kompress qoydular. Və onları razı salmağa çalışdılar ki, sizi həbs etməyəcəyik, bizdən heç bir yerə şikayət etməyin, barışaq, siz evinizə gedin. Təxminən 23.00-24.00 arası məni, Elçin Aslanovu və Musa Namazovu Marneuli Polis idarəsinə apardılar. 3-ci mərtəbədə müstəntiqlərdən biri hər üçümüzdən ayrı-ayrılıqda ifadə almağa başladı. Mən ifadə verən zaman, hadisənin baş verməsi, bizi mülki geyimli polislərin döyməsi, milli kimliyimizi təhqir edərək bizə “tatrebi” (“eşşək tatar”, “eşşək türk”) deməsi, zorla Şulaver Polis Bölməsinə gətirilməyimiz barədə bütün faktları qeyd etmişəm. Daha sonra Elçin Aslanov və Musa Namazovu şərləyərək, barələrində qanunsuz ittiham tərtib edərək guya polisə müqavimət göstərdikləri üçün qanunsuz olaraq həbs etdilər. Halbuki Şulaver Polis Bölməsinin polis əməkdaşları, özlərini təqdim etmədən, mülki qeyimdə gələrək özləri bizi vəhçicəsinə döymüş, bizi “tatrebi” deyərək təhqir etmiş, daha sonra zorla polis bölməsinə gətirmişlər. Məni 17 aprel 2019-ci il tarixdən, 18 aprel 2019-cu il tarixi, saat 17.00 radələrinə qədər Marneuli Polis İdarəsinin 2-ci mərtəbəsində saxladılar. Bu vaxt ərzində bütün qanunları pozaraq, nə valideyinlərimə, nə də vəkilə zəng etməyə heç bir halda imkan vermədilər. Mənə nə su verdilər nə də yemək, hətta tualetdən istifadə etməyi də qadağan etdilər. Məni 18.04.2019-cu il tarix təxminən saat18.00-da qanunsuz həbsdən azad etdilər və idarədən çıxan kimi, atam Namazov Mansurla görüşdüm və evimizə qayıtdım.
Cənab Prezident İlham Əliyev, Dünyada yaşayan Azərbaycanlarının lideri olaraq, Azərbaycan Prespublikasının Dövlət Başçısı kimi, Sizdən xahiş edirəm ki, Marneuli muniçipaliteti Şulaver Polis Bölməsində mənim və daha iki nəfər azərbaycanlının üzləşdiyim polis özbaşnalığı, bizə qarşı fiziki güc tətbiq etmə, vəhşicəsinə döymə, milli kimliyimizi təhqir etmə faktı ilə bağlı xüsusi istintaq başladılmasına, bu işin Gürcüstan hüquq-muhafizə orqanlarında araşdırılmasına və hüquqi qiymət verilməsinə, bu prosesin Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində adi hala çevirilməməsinə təsir etmənizi xahiş edirəm. Milliyətcə gürcü polis əməkdaşlarının belə özbaşnalığı yerli azərbaycanlı əhali arasında Gücüstan dövlətə qarşı nifrət hissi oyada, milli zəmində münaqişənin yaranmasına səbəb ola bilər . Mənim və iki nəfər şəxsin başına gələn hadisə Gürcüstanda yaşayan azərbaycanlılara qarşı milli təxribat və insan azadlığına qəsdir.”
Həmçinin əldə etdiyimiz məlumata görə, Marneuli rayonu Təkəli kənd sakinləri, azərbaycanl gənclər Elçin Aslanov və Musa namazovla bağlı Marneuli Məhkəməsinin qərarı ilə Güürcüstan Cinayət Məcəlləsinin ploisə müqavimət maddəsi ilə, barələrində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Eyni zamanda Namaz Namazovun şikayəti əsasında Gürcüstan Parlamentinin İnsan Hüquqları və Vətəndaş İnteqrasiyası Komitəsində və Gürcüstan Baş Prokurorluğunda insidentlə bağlı ciddi araşdırma başlayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?