Bunu virtualaz.org-a açıqlamasında EL Hərəkatının üzvü Zəfər Quliyev deyib. Onun sözlərinə görə, facebook-da paylaşdığı şəkillər sadəcə olaraq hərəkat üzvlərinin qeyri-rəsmi yığıncağıdır.
Z.Quliyev bildirib ki, düzdür, vaxtilə həmin villadan ofis kimi istifadə etmək istəyiblər, ancaq bu mümkün olmayıb: “Fotolardakı villa bizim təşkilatın üzvlərindən birinin şəxsi mülküdür. Aprel ayında bizi “Gənclik”dəki ofisimizdən çıxararkən həmin evdən ofis kimi istifadə etmək istədik. Lakin bizə icazə vermədilər. Polis basqısından sonra dostumuzu çətin vəziyyətdə qoymamaq üçün fikrimizdən daşındıq”.
Z.Quliyev bu görüşün Eldar Namazovun ifşa olunması kimi qiymətləndirilməsini düzgün saymadığını da vurğulayıb: “Biz həmin evdən heç vaxt ofis kimi istifadə etməmişik. Bu görüş də qeyri-rəsmi görüş idi. Bu vaxta qədər iclaslarımızı başqa-başqa yerlərdə, həmçinin Rüstəm İbrahimbəyovun evində keçirmişik”.
* * * (10:53)
Xatırlayırsınızsa seçkidən aylar öncə başda Eldar Namazov olmaqla El Hərəkatının rəhbərliyi Novxanıda icarəyə götürdüyü üç mərtəbəli villanın polis tərəfindən basqına mərzu qaldığını, məhz bu səbəbdən ofisdən çıxırıldıqlarını iddia etmişdilər.
Virtualaz.org azvision.az-a istinadən bildirir ki, “El-in ofisi əlindən alındı” kimi başlıqlarla müxalifət mətbuatında geniş müzakirələrə səbəb olan ofis “qalmaqalı”nın yalan olduğu nəhayət üzə çıxıb. Hərəkat sədri Eldar Namazovun yalanını “El”in fəallarından olan Zəfər Quliyev facebook sosial şəbəkəsində ifşa edib.
“El” rəsmisinin noyabrında 24-də “Şəhərdən kənardakı ofisində qeyri-rəsmi yığıcnaq” adı altında paylaşdığı fotolar Novxanıda həmin “əllərindən alınan” ofisdə lentə alınıb. Fotolardan göründüyü kimi, “El”-çilər həmin villada yeyib-içir, ofislərini reklam edirlər.
Bu məqamda adam özünü sual verməkdən saxlaya bilmir: Cənab Namazov, bəs demişdiniz ofisiniz əlinizdən alınıb, ofissiz qalmısınız?
Sorğu
Yeni dizaynımız necədir?