GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bakıda vəzifəli şəxs HAQQINDA ŞOK İDDİA: Gəlinini "lezbiyan" adlandırıb uşaqlarını əlindən aldı - foto

Bakıda vəzifəli şəxs HAQQINDA ŞOK İDDİA: Gəlinini "lezbiyan" adlandırıb uşaqlarını əlindən aldı - foto

Tarix: 10-05-2019, 17:07 Bölmə :Cəmiyyət Baxış: 578
Bakıda vəzifəli şəxs HAQQINDA ŞOK İDDİA: Gəlinini "lezbiyan" adlandırıb uşaqlarını əlindən aldı - foto


Sosial şəbəkə istifadəçisi Rena Gely Vidmer bacısına aid foto paylaşaraq, onun əri tərəfindən şiddətə məruz qaldığını bildirib.

Gundemxeber.az bakuws-ə istinadən xəbər verir ki, Rena Gely Vidmer adlı şəxs öz paylaşımında bacısı Geli Rim Abdel Raxmanın Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin direktoru Elxan Orucovun gəlini olduğunu qeyd edib. Həmin paylaşımı sizə təqdim edirik:
"Əziz dostlar, Şəkildəki mənim bacım Nunadır. Bizim sizin köməyinizə çox ehtiyacımız var. Bu gün Yasamal Rayon məhkəməsi mənim bacımın uşaqlarını onun əlindən alıb bacımın ərinə verib.
Bacımın qaynatası Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin direktoru Elxan Orucovdur. Əri hər gün içib, bacımı uşaqlarının qarşısında döyürdü. Uşaqları da döyürdü. Paylaşdığım şəkil bacımın döyülməsinin şəkilidir. O vaxt bacım uşaqlarının atasına yazığı gəldiyi üçün heç vaxt polisə müraciət etməyib. Şahidimiz olan qonşu xanıma hədə-qorxu gəlib, və o, məhkəmədə şahidlik etməkdən çəkinib.
Biz aciz qalmışıq, çox xahiş edirik, bizə kömək edin!
Bacımın heç bir psixoloji problemi, narkotik və yaxud içki problemi yoxdur. Əri onu guya qeyri-ənənəvi seksual orientasiyaya malik olduğunda ittiham edir.
Uşaqlar analarını sevir, ondan ayrılmaq istəmirlər, və bunu hər yerdə deyiblər, amma onlara qulaq asan olmayıb.
Çox çox xahiş edirəm, paylaşın, ümidimiz sizədir!
Məsələ ilə bağlı Geli Rim Abdel Raxman ilə əlaqə saxladıq. O bacısının dediklərini təsdiqlədi.
"Uşaqları otağa salıb qapını bağladı və başladı məni döyməyə".
Şikayətçi iddia edir ki, keçmiş həyat yoldaşı Ruslan Ocaqov onu dəlixanaya saldıracağı və Azərbaycandan deport edəcəyi ilə hədələyir:
"Artıq iki ildir həyat yoldaşım tərəfindən şiddət görürəm. Bundan başqa o mənə məxsus olan mənzilləri öz adına keçirdikdən sonra evləri satıb. Sonra o, davamlı alkoqol qəbul etməyə başladı. O mənə uşaqlarımın yanında əl qaldırırdı. Əvvəllər mən uşaqlarıma görə,
ondan şikayət etmirdim. Amma axrıncı dəfə o məni çox pis döydü. Uşaqları otağa salıb qapını bağladı və başladı məni döyməyə. Uşaqların qışqırıb, qorxmağına baxmayaraq məni döyməyə davam etdi. Evin hər yeri qan olmuşdu. Bu hadisə 1 il əvvəl baş verib. Bundan sonra mən boşanmaq üçün məhkəməyə müraciət etdim. Məhkəmə 9 aya yaxın idi ki, davam edirdi. Bu müddət ərzində o nə mənə, nə də uşaqlara heç bir köməklik etməyib və aliment ödəməyib. O məni tez-tez hədələyirdi ki, səni dəlixanaya saldıracam, uşaqları da əlindən alıb deport edəcəm. Biz 11 ildir ailəliyik və mən Rusiya vətəndaşıyam. Ona görə də o mənə deyirdi ki, sən öz adına heç nə saxlaya bilməzsən. Mən düşünürdüm ki, məhkəmə mənim xeyrimə qərar çıxardacaq. Mənim iki vəkilim var idi. Biz lazım olan hər yerə müraciət etmişik. Mənə indi deyirlər ki, səni dəlixanaya salıb Azərbaycandan deport edəcəyik. O tez-tez məni hədələyir. O indi də mənə təhqir edici mesajlar yazır və məni hədələyir".
Şikayətlə bağlı Geli Rim Abdel Raxmanın keçmiş həyat yoldaşı Ruslan Ocaqov ilə əlaqə saxladıq. Ruslan Ocaqov iddiaların əsassız olduğunu bildirib. Onun sözlərinə görə, keçmiş həyat yoldaşı belə oyun qurub ki, uşaqları İsveçrəyə aparsın:
"Bütün iddiaların hamısı yalandır. Ailə və Uşaq Komitəsi, Yasamal rayon məhkəməsi və bu işə baxan bütün qurumlar uşaqları mənə elə-belə əsassız verməyib ki? O uşaqları İsveçrəyə aparmaq istəyir və deyir ki, Azərbaycan yaşanılası yer deyil. Bacısı İsveçrə vətəndaşıdır. Ona görə bütün bu oyunlar qurulub. Həmin foto 2 ya da, 3 ilin fotosudur. Həmin vaxt o, hamamda yıxılıb. Hazırda uşaqlar da onun yanındadır. Mənim uşaqları anasından ayırmaq fikrim yoxdur. Mənim uşaqlarım Azərbaycan vətəndaşıdır. Uşalarım balacadır və onların ölkədən çıxarılmasını mən istəmirəm və analarından ayırmıram da. O hər cür yalana əl atacaq. Kimdən istəyirsiniz soruşun. Hər şey qanuni yolla öz həllini tapıb. Sadəcə olaraq o, ölkədən getmək üçün buna çalışır. Qoy uşaqların 18 yaşı olsun və onlar özləri qərar versinlər ölkəni tərk etmək istəyirlər ya, yox"?
Qeyd edək ki, Geli Rim Abdel Raxman uşaqların onunla birgə yaşadığını təsdiqləyib.
Məsələ ilə bağlı hüquqşünas Ələsgər Məmmədov BAKU.WS saytına açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının konstitusiyasında cinsi orientasiyasına görə valideyinlik hüququndan məhrum etməklə bağlı qanun yoxdur: "İstisna hallar var ki, qadın və ya kişi uşağın tərbiyəsinə mənfi təsir edə biləcək fakt olarsa və açıq şəkildə məhkəmədə dəyərləndirilibsə, o zaman hakim uşaqların gələcəyi üçün fərqli qərar verə bilir. 10 yaşına kimi olan uşaqlar əsasən, anasında qalır. Amma 10 yaşından yuxarı uşaqlarda onların fikri də soruşulur. Heç bir qanunvericilikdə nə lesbiyanlıq, nə də başqa cinsi orientasiyaya görə, valideyinlik hüququ əlindən alınmır. Qeyd etdiyim kimi istisna hallarda , nə vaxt ki, valideyin uşağın gələcək inkişafına və tərbiyyəsinə mənfi təsir edəcək fakt varsa, o zaman belə fərqli qərar çıxarılır".
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ananı uşaqlarının gözü qarşısında zorladılar (FOTO)

    Ananı uşaqlarının gözü qarşısında zorladılar ...

    26-12-2014, 12:10

  • 
  • Röyanın keçmiş əri: "Bu qız mənim dostumdur" - FOTO

    Röyanın keçmiş əri: "Bu qız mənim ...

    30-01-2015, 01:09

  • 
  • Pakistanda avtobus faciəsi: 57 ölü (VİDEO)

    Pakistanda avtobus faciəsi: 57 ölü (VİDEO) ...

    11-01-2015, 20:58

  • 
  • Borclular birləşib pul sahibini həbs etdirdi-BAKIDAKI ŞOK OLAYIN TƏFƏRRÜATI

    Borclular birləşib pul sahibini həbs ...

    9-12-2014, 01:11

  • 
  • Başı qırxılan qadının bacısı: "Bacımın ərinin birinci həyat yoldaşının əxlaqsız olduğunu deyirdilər"

    Başı qırxılan qadının bacısı: "Bacımın ...

    10-12-2018, 14:57


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (11)
Avqust 2025 (572)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu