Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Rusiyanın “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərovla görüşüb.
Gundemxeber.Az xəbər verir ki, görüşdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri, yeni sərmayə proqramlarının və layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Şavkat Mirziyoyev deyib ki, Özbəkistanın neft-qaz kompleksi ilə “Lukoyl” şirkəti arasında əlaqələr dinamik inkişaf edir.
Vurğulanıb ki, “Lukoyl” Özbəkistandakı birgə layihələrə 7,5 milyard dollar sərmayə yatırır. Kandım qaz emalı kompleksi ötən il layihə gücünə çatdırılıb. “Xauzak”, “Şadı” və Qissarın cənub-qərbindəki yataqlarda isə işlər davam etdirilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?