Neftin qiymətinin kəskin düşməsi yeni texnologiyalara investisiya qoymağa imkan vermir. LUKoyl-un prezidenti Vahid Ələkbərov belə bir açıqlama ilə çıxış edib. Musavat.com-un vedomosti-yə istinadən verdiyi xəbərə görə, Ələkbərov sərmayəçilərin bahalı layihələrə marağının itdiyini söyləyib.
“Ən başlıcası da elə budur. Əgər cəmi yarım il ərzində neftin qiymətini 115 dollardan 40 dollara endirmək olarsa, o zaman kim zəmanət verə bilər ki, bundan sonra belə bir şey baş verməyəcək? Neft sahəsinin sərmayə sikli isə 15-20 ildir” – deyib Ələkbərov.
Ələkbərovun qənaətincə, “bazarın çöküşünün əsas hədəfi məhz bankların və layihə operatorlarının inamsızlığı (belə layihələri maliyyələşdirməyə dəyərmi?)” olub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?