GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Diqlas”ı sökməyə başlayırlar - ərazi hasara alınıb

“Diqlas”ı sökməyə başlayırlar - ərazi hasara alınıb

Tarix: 21-05-2019, 11:00 Bölmə :Cəmiyyət Baxış: 446
“Diqlas”ı sökməyə başlayırlar - ərazi hasara alınıb

Ticarət mərkəzinin qarşısında piyadaların hərəkəti məhdudlaşdırılıb

Martın 26-da yanğın baş verən “Diqlas” Ticarət Mərkəzinin söküntüsünə başlanılıb. “Yeni Müsavat”ın əməkdaşı olaraq ərazidə olduğumuz zaman müşahidə etdik ki, ticarət mərkəzinin qarşısında olan piyada keçidinin girişləri bağlanılıb. “Diqlas”ın qarşısında avtomobillərin hərəkəti məhdudlaşdırılmasa da, piyadaların əraziyə buraxılması yasaqlanıb. Yanğından sonra ticarət mərkəzi polis tərəfindən qoruyucu sədlərlə əhatələnmişdi. Hazırda isə həmin sədlər ticarət mərkəzinin yalnız önündədir. Digər ətraflara isə dəmirdən qoruyucu hasar çəkilib. Yanan ticarət mərkəzinin arxa hissəsinə tikinti texnikaları gətirilib. Orada hələ ki xırda söküntü işləri aparılır. Eyni zamanda ərazidən yanan konstruksiyanın qalıqları da çıxarılır. Binanın əsas hissəsinin söküntüsünə isə bu həftə ərzində başlanılacağını öyrəndik.

Ticarət mərkəzinin qarşısında olan zaman müşahidə etdik ki, ərazidə Fövqəladə Hallar Nazirliyinin 1 ədəd yanğınsöndürən maşını var. Nazirliyin əməkdaşları da ərazidə müvafiq xidmətlərini aparırdılar. Eyni zamanda ticarət mərkəzinin qarşısında polislər də xidmət aparıb, ətrafa nəzarət edirlər.

Ticarət mərkəzinin ətrafında fəaliyyət göstərən tikililərin hamısı sökülüb. Onlara hər hansı bir maddi yardımın edilməsi nəzərdə tutulmayıb. Eyni zamanda “Diqlas”ın arxasında böyük bir sahədə piştaxta qurub, müxtəlif ucuz geyimlər satanlara da dövlət tərəfindən maddi yardımın edilməsi nəzərdə tutulmayıb. Demək olar ki, bu piştaxtalardan heç biri sağ qalmayıb. Yanğından sonra isə onların sahiblərinin bir qismi yenidən piştaxta quraraq, hasarlanmış hissədən kənarda fəaliyyətlərini davam etdirirlər. Ərazidə olduğumuz zaman yanğından zərər çəkən sahibkarlara rast gəlmədik. Xidmət aparan polislər də bildirdilər ki, sahibkarlar qalan mallarını ticarət mərkəzinin anbarından çıxardıqdan sonra bura gəlmirlər. Polisin sözlərinə görə sahibkarlara müvafiq qaydalara uyğun olaraq kompensasiya ödənilib. Hüquqi Aktların Dövlət Reyestr Xidmətinin yaydığı məlumatda qeyd edilib ki, maddi yardımın məbləği mağaza, anbar icarəyə götürmüş zərərçəkmiş sahibkara - 10000 manat; piştaxta və digər sahə icarəyə götürmüş zərər çəkmiş sahibkara - 2000 manat müəyyən edilib.

Məlumat üçün qeyd edək ki, rəsmi açıqlamalara görə, binanın yanğından tam şəkildə mühafizə olunan sahəsi isə 275 kvadratmetr təşkil edib. Belə ki, yanğından tam qorunan 175 kvadratmetrlik sahə binanın sağ yan hissəsinə, 100 kvadrat metrlik sahə isə binanın ön hissəsində yerləşən mağazalara aiddir. Binanın ümumi sahəsi 17 559 kvadratmetrdir.

Yanğın nəticəsində zərər görən sahibkarlara İqtisadiyyat Nazirliyi tərəfindən müxtəlif yerlərdə, aylıq icarə haqqı ödəmədən obyektlərdə ticarətlə məşğul olma imkanı yaradılıb. İstəyən sahibkar bu imkandan yararlana bilir. Lakin sahibkarların əksəriyyəti ilə söhbətimiz zamanı onlar bildirdilər ki, əlavə iş qurmaq üçün əllərində heç bir vəsait yoxdur. Ona görə də yaradılan imkandan yararlana bilmirlər...

Onu da qeyd edək ki, “Diqlas”ın binası söküldükdən sonra yerində hansı məqsədlə və nə üçün tikilinin ucaldılacağı barədə rəsmi açıqlama verilməyib. Sadəcə olaraq, ticarət mərkəzinin rəhbərləri zərərçəkən sahibkarlarla söhbətləri zamanı bildiriblər ki, bina bərpa ediləcək və yenidən ticarət mərkəzi kimi fəaliyyət göstərəcək.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Diqlas”da malları yanan sahibkarların hüquqları dövlət səviyyəsində qorunacaq” - İcra başçısı

    “Diqlas”da malları yanan sahibkarların hüquqları ...

    27-03-2019, 13:49

  • 
  • "Binə" ticarət mərkəzinin sahibkarları etiraz edir

    "Binə" ticarət mərkəzinin sahibkarları ...

    25-12-2013, 15:26

  • 
  • “Diqlas” yanıb kül oldu - yanğını helikopterlə də söndürmək mümkün olmadı-Yenilənir (VİDEO)

    “Diqlas” yanıb kül oldu - yanğını helikopterlə də ...

    26-03-2019, 11:13

  • 
  • Bakıda ticarət mərkəzində yanğın

    Bakıda ticarət mərkəzində yanğın ...

    8-11-2015, 16:46

  • 
  • Bakıda yanan “Diqlas” Eldar Mahmudovun oğluna məxsusdur

    Bakıda yanan “Diqlas” Eldar Mahmudovun oğluna ...

    26-03-2019, 11:16


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (374)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu