Yevlax rayonunda 2 nəfərin ölümü, 21 nəfərin yaralanmasına səbəb olan yol qəzası ilə bağlı cinayət işi başlanılıb.
Hərəkətdə olan 10-VX-514 dövlət nömrə nişanlı “Mercedes” markalı mikroavtobusun təkərlərindən biri partlayıb və nəticədə nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarına aşıb.
İlkin ehtimallara görə, təkərin partlamasına, nəqliyyat vasitəsində sərnişinlərin sayının nəzərdə tutulduğundan daha artıq olması və buna görə də ağırlığa tab gətirməməsi səbəb olub.
Hadisə zamanı 2 nəfər ölüb, 21 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qəzada mikroavtobusun sürücüsü, 1960-cı il təvəllüdlü Şərifov Qəmbər Xudaverdi oğlu ağır xəsarət alıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3 (nəqliyyat ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.//Report
Sorğu
Yeni dizaynımız necədir?