GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Cahangir Hacıyevin vəkilləri 4.1 milyard və 1.7 milyonluq iddialara etiraz etdi

Cahangir Hacıyevin vəkilləri 4.1 milyard və 1.7 milyonluq iddialara etiraz etdi

Tarix: 10-06-2019, 15:19 Bölmə :Cəmiyyət Baxış: 298
Cahangir Hacıyevin vəkilləri 4.1 milyard və 1.7 milyonluq iddialara etiraz etdi


Sabir bankir Cahangir Hacıyev 21 nəfərlə birlikdə növbəti dəfə hakim önünə çıxarılıb.

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin idarə heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə ittiham edilən şəxslərin cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi davam etdirilib.

Cahangir Hacıyevin vəkilləri məhkəməyə bir neçə vəsatət təqdim ediblər.

Vəkil Fəxrəddin Mehdiyev ilk vəsatətində bildirib ki, 2015-ci ildə ölkə prezidentinin fərmanı ilə Beynəlxalq Bankın maliyyələşdirdiyi layihələr "Aqrokredit" QSC-nin idarəçiliyinə verilib.

Vəkil vəsatətində bildirib ki, məhkəmə istintaqında sənədlərin tədqiqi mərhələsinə qədər "Aqrokredit"ə transfer edilmiş layihələrin mövcud vəziyyəti, texniki, iqtisadi göstəriciləri, avadanlıqların həcmi, dəyəri kimi məlumatların alınması işin bütün hallarının araşdırılması üçün zəruridir. Müdafiəçi sorğu verilərək qeyd edilən məlumatların əldə edilməsini məhkəmədən istəyib.

Cahangir Hacıyevin digər vəkili Aqil Layıcov isə vəsatətində təkrar məhkəmə-mühasibat ekspertizasının keçirilməsini istəyib.

Vəkil deyib ki, ekspert rəylərində təsviri hissə ilə yekun rəy arasında ziddiyyətlər var. Müdafiəçinin sözlərinə görə, təsviri hissədə kredit vəsaitinin hansı layihələrə köçürüldüyü göstərilir, nəticə hissəsində isə vəsaitin leqallaşdırıldığı qənaətinə gəlinir.

"Çünki ölkə xaricində kreditləşdirilən müəssisələr istintaq tərəfindən yoxlanılmayıb, qiymətləndirilməyib. Bu səbəbdən də həmin sənədlər ekspertə təqdim olunmayıb"- deyə vəkil vəsatətində qeyd edib.

Vəkillər digər vəsatətində 4 milyard 130 milyon manatlıq mülki iddianın rədd edilməsini istəyiblər.

Müdafiəçilərin sözlərinə görə, "Aqrarkredit" Cahangir Hacıyev də daxil olmaqla 23 nəfərdən bu məbləğin tutulmasını istəyir:

"Həmin vəsaitlər Beynəxalq Bank tərəfindən ölkə daxilində və xaricindəki layihələrə ayrılıb. 2015-ci ildə isə layihələrə nəzarət "Aqrarkredit"ə verilib. Mülki iddia verilərkən 4 il əvvəlki vəziyyət nəzərdə tutulub. Layihələrdən gələn gəlirlər nəzərə alınmayıb. Həmçinin xarici ölkələrdəki layihələrə ayrılmış vəsaitlər də qiymətləndirilməyib. Buna görə də mülki iddia rədd edilməlidir".

Sonuncu vəsatət isə Vergilər Nazirliyi tərəfindən Cahangir Hacıyevə qarşı qaldırılmış mülki iddia ilə bağlı olub.

Vəkillər bildirib ki, Vergilər Nazirliyi 1.7 milyondan artıq mülki iddianı bundan əvvəl də təqsirləndirilən şəxs olan Dünyamın Xəlilova qarşı irəli sürüb.

Bildirək ki, Cahangir Hacıyevin dostu olan Dünyamın Xəlilov barəsində məhkəmə hökm çıxarıb və mülki iddia təmin edilib.

Müdafiəçilər bildirib ki, qanuni qüvvəsinə minmiş hökmdə əksini tapmış iddianın yenidən Cahangir Hacıyevə qarşı qaldırılması yolverilməzdir.

Dövlət ittihamçısı vəsatətlər münasibət bildirmək üçün məhkəmədən vaxt istəyib.

Rəsmi məlumata görə, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin idarə heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaqla C.Hacıyevin göstərişləri əsasında həmin dövrdə qeyriləri vasitəsi ilə çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat həcmində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,1 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.//musavat
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Sabiq deputatın qadın köməkçisinə 5 milyon kredit ayrılıb" — Cahangir Hacıyevin işi

    "Sabiq deputatın qadın köməkçisinə 5 milyon ...

    26-02-2019, 15:56

  • 
  • Cahangir Hacıyevin ikinci cinayət işinin istintaqı başa çatıb

    Cahangir Hacıyevin ikinci cinayət işinin ...

    11-10-2018, 10:20

  • 
  • Vəkil Cahangir Hacıyevə bəraət istəyib

    Vəkil Cahangir Hacıyevə bəraət istəyib ...

    3-10-2016, 22:43

  • 
  • "Göstərişləri Dünyamin Xəlilovdan almışam" - Cahangir Hacıyevin 4.7 milyardlıq cinayət işi...

    "Göstərişləri Dünyamin Xəlilovdan ...

    5-03-2019, 00:01

  • 
  • Cahangir Hacıyev və digərlərinin məhkəməsində sənədlər tədqiq edilir

    Cahangir Hacıyev və digərlərinin məhkəməsində ...

    3-06-2019, 16:32


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (11)
Avqust 2025 (572)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu