Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva dünyasını dəyişib. Bu barədə sabiq baş nazir Pənah Hüseyn məlumat yayıb. O qeyd edib ki, Elçibəyin həyat yoldaşı Həlimə xanım Türkiyədə vəfat edib.
Məlumatı Elçibəyin kürəkəni, sabiq millət vəkili Aqil Səmədbəyli Axar.az-a təsdiqləyib. O bildirib ki, Həlimə Əliyevanın səhhəti dünən qəfildən pisləşib və dərhal İstanbulun Silivri rayonunda yerləşən xəstəxanaya aparılıb: "Bu gün isə reanimasiya şöbəsində dünyasını dəyişdi". A.Səmədbəyli mərhumun cənazəsinin Bakıya gətiriləcəyi vaxtın hələ müəyyənləşmədiyini deyib: "Xərçəng xəstəsi idi, kimyaterapiya alırdı. Ancaq belə tez dünyasını dəyişəcəyini gözləmirdik. Ona görə şokdayıq".
Sorğu
Yeni dizaynımız necədir?