Serbiyanın Azərbaycandakı səfiri yol qəzasına düşüb.
Bakı şəhəri, Səbail rayonu ərazisində Serbiyanın Azərbaycandakı səfirliyinə məxsus Kamal Cəfərovun idarə etdiyi “Skoda” markalı avtomobil işıqforda qarşıda dayanan Rusiya vətəndaşı İslam Paşayevə məxsus “Toyota” markalı avtomobilə çırpılıb.
Hadisə zamanı səfirliyin müvəqqəti işlər vəkili xanım Daniça Veynoviç avtomobildə olub.
Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.//“Report”
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?