Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 101-ci ildönümü münasibətilə Ağstafa rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə tədbir keçirilib.
Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanıb. Sonra Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun hərbi hissənin şəxsi heyətinə təbrik məktubu oxunub. Hərbi hissənin şəxsi heyətini bayram münasibətilə təbrik edən Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı cənab Nizaməddin Quliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafı tarixində ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb. Dövlətimizin başçısı, Ali Baş komandan İlham Əliyev tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin müasir texnika və sursatla təchiz edilməsi, eləcə də hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyi vurğulanıb. Qeyd olunub ki, Cənubi Qafqazın ən böyük ordusu olan Azərbaycan Silahlı Qüvvələri işğal altındakı ərazilərimizi azad etməyə hər an hazırdır. Rayon icra hakimiyyəti tərəfindən hərbi hissəyə qiymətli hədiyyələr təqdim olunub. “N” saylı hərbi hissənin komandiri bayram münasibətilə şəxsi heyəti təbrik edib və xidmətdə fərqlənən bir sıra hərbi qulluqçulara fəxri fərmanlar verib. Tədbir rayon mədəniyyət evi kollektivinin çıxışları ilə davam etdirilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?