Şəki Rayon Məhkəməsində oğurluqda təqsirləndirilən qadınlardan ibarət dəstənin cinayət işinə baxılacaq.
Hakim Pərviz Hacıyevin icraatında olan iş üzrə hazırlıq iclası iyulun 9-a təyin edilib.
Qeyd edək ki, Yevlax rayon sakinləri olan Seyran Nadirova, Xəzəl Bəkirova və bacısı Nazdı Mahmudovaya Cinayəıt Məcəlləsinin 177.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq) maddəsi ilə ittiham verilib.
Təqsirləndirlən şəxslər Şəki ilə yanaşı ətraf rayonlarda - Zərdab, Zaqatalada da oğurluq etməkdə ittiham edilirlər. //Report
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?