Oğurluqda təqsirləndirilən qadınlardan ibarət dəstə növbəti dəfə hakim qarşısına çıxarılıb. Onlar külli miqdarda qızıl-zinət əşyalarını ələ keçirməkdə ittiham edilirlər.
Bakı Apellyasiya Məhkəməsində oğurluqda təqsirləndirilən Xalidə Bəkirova, Gülşən Bəkirova və Zoya Nadirovanın şikayətlərinə baxılıb.
Onlar barələrində olan hökmdən apellyasiya şikayəti veriblər. İşə hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə baxılıb və təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Növbəti məhkəmə iclası sentyabrın 14-nə təyin edilib.
Hər üç qadın ötən il Bakıda yaşayış mənzillərindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinərkən Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar.
Onlar Nərimanov rayon ərazisində bir mənzildən 12 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıblar. Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə ittiham olunan qadınlardan Z.Nadirova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Məhkəmənin hazırlıq iclasında isə məlum olmuşdu ki, X.Bəkirova Bakı İstintaq Təcridxanasında saxlanılarkən uşaq dünyaya gətirib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hər üç qadına hökm oxunub. G.Bəkirova 8 il, X.Bəkirova 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Z.Nadirova isə 3 min manat məbləğində cərimə olunub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?