Bir neçə gün öncə Bakı Olimpiya Stadionunun qarşısında baş verən qəzada xəsarət alan şəxsin kimliyi məlum olub.
Gundemxeber.Az Trend-ə istinadən xəbər verir ki, MMA döyüş növü üzrə dünya çempionu, 1993-cü il təvəllüdlü Fərhad Rahib oğlu Poladovun törətdiyi qəzada digər avtomobildə xəsarət alan şəxsin kimliyi bilinib. O, 1964-cü il təvəllüdlü Cavadov Kərim Əlibala oğludur.
Əldə olunan məlumata görə, K.Cavadov Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı olub.
O, qəza baş verən gün bədənin müxtəlif yerlərinin xəsarətləri, sol körpücük sümüyünün sınığı və döş qəfəsinin küt travması diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Bir müddət orada müalicə alan K.Cavadov daha sonra DİN-in hospitalına köçürülüb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?