SOCAR-ın Kompleks Qazma İşləri Trestinin 490 saylı quyunun istehsalat sahəsində aparılan qazma işləri zamanı baş verən qəzada ağır kəllə-beyin xəsarəti alan qazma köməkçisi, 1965-ci il təvəllüdlü Fikrət Gözəlov Bakı 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Xəstəxananın baş həkiminin müavini Adil Salahov APA-ya bildirib ki, dünən gecə xəstəxanaya gətirilən F. Gözəlov reanimasiya şöbəsindədir. Ağır durumda olan F. Gözəlovun müalicəsi davam etdirilir.
Durumu nisbətən yaxşı olan qazma köməkçisi Cavad Ədilov isə Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alır.
Qeyd edək ki, SOCAR-ın mətbuat xidməti və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Nizaməddin Quliyev bildirib ki, qəza nəticəsində iki nəfər qazma köməkçisi - Fikrət Gözəlov və Cavad Ədilov xəsarət alıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?