Gürcüstanın paytaxtı Tbilisidə ölkə parlamentinin binası qarşısında mitinq keçirilir. Gundemxeber.az xəbər verir ki, iştirakçılar cinsi azlıq tərəfdarlarının bu günə planlaşdırılan “Ləyaqət yürüşü”nə etiraz edirlər.
Yürüşün təxirə salındığı bildirilsə də, millətçi “Gürcü marşı” təşkilatının üzvləri, ruhanilər və vətəndaşlar Tbilisinin müxtəlif yerlərində aksiyalar təşkil ediblər.
Cinsi azlıq əleyhdarları aksiyaların günün sonuna qadər davam etdiriləcəyini və LGBT nümayəndələrinin yürüşünün keçirilməsinə imkan verməyəcəklərini bildiriblər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?