İyulun 11-də Bakının Binəqədi rayon Məhkəməsində hakim Emin Əliyevin sədrliyi ilə jurnalist Sevinc Vaqifqızının cavabdeh kimi tanındığı işə baxış davam etdirilib. Bu barədə Vaqifqızı Amerikanın Səsinə bildirib.
İşin mahiyyəti ondan ibarətdir ki, jurnalist 2018-ci il aprelin 11-də keçirilən növbədənkənar prezident seçkilərindən videosüjet hazırlayıb. Süjetdə Bakının 251 saylı tam orta məktəbinin direktor müavini Elmira Alandarovanın insanları müxtəlif istiqamətlərə yönəltdiyi əks olunub. Bir il keçəndən sonra Alandarova jurnalisti məhkəməyə verib. Alandarova iddia edir ki, süjetdə onun şərəf və ləyaqəti alçaldılıb. Direktor müavini həmin süjetin Meydan TV və Azadlıq qəzetinin səhifələrindən silinməsini, üzrxahlıq edilməsini və dəymiş mənəvi zərərə görə ona 2500 manat kompensasiya ödənilməsini tələb kimi qoyub.
Məhkəmədə cavabdehin nümayəndəsi kimi Elmira Alandarovanın həyat yoldaşı Rafət Pirisoy və vəkili iştirak edib.
Məhkəmənin gedişində hakim Emin Əliyev tərəflərə barışıq təklifi verib. Bu zaman Elmira Alandarovanın nümayəndəsi jurnalistin üzr istəməsini də istəyib.
Sevinc Vaqifqızı bildirib ki, "seçkilərin saxtalaşdırılmasında iştirak edən insanla barışa və üzr istəyə bilməz".
Məhkəmə müəyyən ekspertizaların təyin olunması məsələsinə baxıb.
Jurnalistin vəkili Zibeydə Sadıqova şahidin dindirilməsi barədə vəsatət qaldırıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?