GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Vergilər departamentinin direktoru atasının dostunun MMC-lərini vergidən yayındırır?

Vergilər departamentinin direktoru atasının dostunun MMC-lərini vergidən yayındırır?

Tarix: 15-07-2019, 13:52 Bölmə :Cəmiyyət Baxış: 377
Vergilər departamentinin direktoru atasının dostunun MMC-lərini vergidən yayındırır?


Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin rəisi Azər İsmayılov İdarənin sifarişçisi olduğu bütün tenderlərdə uzun illərdən bəri dostluq etdiyi şəxsin – Qurban Abbasovun şirkətlərini qalib elan edir.

Qeyd edək ki, ötən 2018-ci ilin yanvar ayının 23-də Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin sifarişçisi olduğu V lot üzrə ümumi məbləği 399.862 manat olan tenderin qalibi Qurban Abbasovun təsisçisi olduğu İlkin-N Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub.

Gundemxeber.Az bildirir ki, Azər İsmayılovla Qurban Abbasovun, daha doğrusu Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi ilə İlkin-N MMC-nin “əməkdaşlığı” 2019-cu ildə də davam edib.

İlkin-N MMC 2019-cu ilin yanvar ayının 16-da Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin VI lot üzrə keçirdiyi 573.848 manatlıq tenderin qalibi elan edilib.

Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi ilə İlkin-N MMC arasında artan dinamika ilə davam edən “işbirliyi”nin səbəblərindən biri hər iki müəssisənin rəhbərlərinin dostluğu olsa da, digər əsas səbəbi Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin rəisi Azər İsmayılovun oğlu Vüsal İsmayılovun Vergilər nazirliyində yüksək vəzifədə olmasıdır.

Belə ki, Vergilər nazirliyində İri Vergi Ödəyiciləri ilə İş İdarəsinin direktoru vəzifəsində çalışan Vüsal İsmayılovun İlkin-N MMC-nin Vergilər Nazirliyi ilə yaranan problemləri zamanında həll etdiyi, yaranan hər hansı problemlərin “şişməsinə” imkan vermədiyi deyilir.

Qeyd edək ki, hələ bir müddət öncə mətbuatda Qurban Abbasovun rəhbəri olduğu illik dövriyyəsi 50 milyon manata yaxın olan “İlkin N”, “XXI-əsr”, “CSM Nix”, ”Sevinc 96”, “Nigar LTD”, “Halal İnşaat” və “A+B OİL Servis” MMC-lərin vergidən yayındığı barədə məlumatlar tirajlanmışdı. Ehtimal olunur ki, Qurban Abbasova vergilərdən yayınmaq barədə “müfəssəl məsləhət” verən dostunun oğlu Vergilər nazirliyində İri Vergi Ödəyiciləri ilə İş İdarəsinin direktoru Vüsal İsmayılovdur.

Qeyd edək ki, təkcə Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin yox, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC Salyan rayonu Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsi, Salyan Suvarma Sistemləri İdarəsi, Neftçala Suvarma Sistemləri İdarəsi Salyan Mənzil İstismar Təmir Tikinti İstehsal Birliyi MMC, Saatlı Rayon İcra Hakimiyyəti, Salyan rayon Mərkəzi Xəstəxanası və Azər İsmayılova bağlı digər idarələr milyonlarla dəyəri olan 148 tenderi İlkin-N MMC adlı şirkətə verib.

AzToday.az-ın əldə etdiyi məlumata görə uzun illərdir Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsini talayan, ancaq mətbuatdə daim özünə tərifli yazılar yazdıran Azər İsmayılov Salyan və Neftçalada bir çox balıqyetişdirmə hövzələrinə sahibidir. Lakin bu onun ailə biznesinin çox cüzi hissəsidir. Məlumata görə İsmayılovun əsas biznesinin Bakıda yerləşdiyi və bu biznesini çox gizli saxladığı qeyd olunur.

Sahib olduğu obyektlərini gizli saxlamasına Əhməd Əhmədzadənin həsəd apardığı Azər İsmayılov barəsində yazılan “tərifnamələrdə” Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədrliyinə, bəzən isə rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə ən layiqli namizəd hesab olunur.

Sonda onu da xatırladaq ki, Mikayıl Cabbarovun Vergilər Nazirliyinə təyin olunandan sonra Vüsal İsmayılovu Nazirlikdən kənarlaşdırması gözlənilirdi. Azər İsmayılov nazirin xalasıoğlu Elnur Əliyevlə neftçalalı qohumları vasitəsilə əlaqələr yaratdığı və oğlunu vəzifədə saxlamağı bacardığı iddia olunur. Ehtimal olunur ki, nazirin müşaviri, sabiq Vergilər naziri Fazil Məmmədovun yaxın dostu olmasına baxmayaraq, Mikayıl Cabbarovun da tam etimadını qazanan Mahir Rəfiyevin həmkəndlisi olması da Vüsal İsmayılovun işinə yarayıb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vergilər Nazirliyində Vüsal İsmayılov fenomeni: Mikayıl Cabbarovun gücü çatmır?

    Vergilər Nazirliyində Vüsal İsmayılov fenomeni: ...

    11-06-2018, 12:39

  • 
  • Əhmədzadənin 10 manatlıq şirkətləri ilə talanı

    Əhmədzadənin 10 manatlıq şirkətləri ilə talanı ...

    1-05-2014, 10:12

  • 
  • Beyləqanda maliyyə fırıldağı

    Beyləqanda maliyyə fırıldağı ...

    1-10-2013, 16:38

  • 
  • "Muğan" bağında cinayət törədən şəxs məhkəmə zalında həbs edildi

    "Muğan" bağında cinayət törədən şəxs ...

    18-04-2018, 11:50

  • 
  • Ağsu rayon icra başçısının tender biznesi (FOTO)

    Ağsu rayon icra başçısının tender biznesi (FOTO) ...

    27-05-2019, 14:44


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu