Adnan Oktarın cinayətkar təşkilatında yer almış şəxslər (o cümlədən zərərçəkən və etirafçılar) Oktarın pozğunluqlarının hansı səviyyəyə çatdığına dair açıqlamalar veriblər.
Qorxunc etiraflarla dolu ifadələrə görə, pedofilliyə (uşaqbazlıq) meylli olan Oktar yaş və cinsiyyət fərqi olmadan təşkilata üzv qazandırılmasına dair təlimatlar verib. Təşkilat üzvləri olan qızları təhdid edib, zorla cinsi münasibətə girən Oktar mənzildən bayıra çıxmazdan öncə ayaqqabısını fenlə isidəcək qədər qəribə hərəkətlər də edib.
Cinayətkar qrupun 226 şübhəli üzvü haqqında hazırlanan iddianamədə A.Oktarın təşkilata cəlb etdiyi azyaşlı qızlar olmaqla çox sayda qadına qarşı cinsi istismar əməllərinə qol qoyub. İstintaq çərçivəsində ifadə verən şahid və ərizəçilər Oktarın cinsi sapıqlığından bəhs ediblər. Bu şəxslərdən biri də şikayətçi Dilara Aktunç olub. O, verdiyi ifadəsində bildirib ki, 6-7 yaşlarında təşkilatla tanış olub və anası ilə birgə Oktarın evində bir sıra görüşlər keçirib.
Aktunç bildirib ki, anası Zeynəb Yalçın ona “'Sənin xalan Didem Ürer aramızdakı ən imanlı şəxsdir, onun sözündən çıxma” deyərək öyüd-nəsihət verib. Aktunçun ifadəsindən bəzi detallar: “Mənə tapşırılmışdı ki, Oktarın qabağına çıxdığım zaman təmiz olum, duş qəbul edim. Daha bir tapşırıq da o idi, ki, onun qarşısında maksimum rahat olum, çəkinməyim”.
“Oktar 6 yaşımdan 17 yaşıma qədər hər görüşməmdə mənimlə evlənəcəyini dedi. Hər gedişimdə “ayağa qalx, dön görüm nə qədər böyümüsən. Gəl qucağımda otur, bir nəbzinə baxım” deyib məni cinsi istismar edir, məni qucaqlayıb, öz aləmində öpərdi. Amma 15 yaşıma girəndən sonra bu cinsi istismar aktları daha da şiddətləndi”, - qadın öz ifadəsində yazıb.
Etirafçı təşkilat üzvlərindən olan Beril Koncagül isə Oktarın pedofil meylləri olduğunu deyib: "Təşkilatın xaricdəki nümayəndəsi, əli-qolu olan İbrahim Tuncer xaricdə qızlarla çəkdirdiyi şəkilləri Oktara göstərirdi. Oktarın bəyəndiyi insanlar uşaq-qadın fərq etmədən, Türkiyəyə gətirilərək Oktarın hüzuruna çıxarılırdı. Oktar şəxsən mənə belə demişdi: “Qız uşağı 7-8 yaşından etibarən cinsi münasibətə girə bilər. Bu qızlar körpə olurlar”.
Zərərçəkən Elmas Hilal Kahraman isə ifadəsində aşağıdakıları bildirib: "18 yaşında bir dəfə orda olanda böyük qardaşının qızları cinsi istismara məruz qoyduğunu gördüm. Studiyada yerləşən hamama girən hər kəs orada Adnan Oktar tərəfindən istisnasız bir şəkildə cinsi istismara məruz qalırdı. Oktar dəfələrlə mənə məktəbdən qız gətirməyimi istədi. Əsasən qızların 17-19 yaşında olmasını istərdi. Sistematik olaraq məni uşaq yaşlarımdan etibarən cinsi istismara məruz qoyan Oktardan şikayətçiyəm”,
Etirafçı şəxslərdən biri olan Revnak Eti isə ifadəsində aşağıdakıları deyib: “Adnan Oktar bir gün bu cür dedi: “Lan, pəzəvənglər, o qədər məktəblərə gedirsiniz. Ancaq öz xeyrinizə çalışırsız. Gələn-gedən yoxdur. Əlinizin altındakıları çıxarın”.
Miray adlı bir qızla sevgili olduq, onunla çox dərinə getməyən cinsi münasibət yaşadıq. Daha sonra onu Oktarın yanına apardım. Oktarın yanına apardığım qızlardan dekolte geyinmələrini istəyirdim. Çünki Oktar mənə demişdi ki, yanıma gətirdiyiniz qızlar alt paltarsız və dekolte geyimdə olsun.
Sonradan etirafçı olaraq həbs cəzasından qurtulan şübhəli Bahar Bayrakdar Oktarın yanında 18 yaşından etibarən cariyə kimi yaşadığını deyib. Bayrakdar ifadəsinə belə davam edib: “Oktar turnike sistemi haqqında isə deyirdi ki, “qızların nəfslərinin əzilib itaət etmələri üçün bu, şərtdir. Burunları sürtülməlidir. Cinsi münasibətə doyub, ağılları qalmasın deyə etmələri lazımdır”. Qadınları təhdid edər və bir çox kişi ilə münasibətə məcbur edərdi. Mən ilk aylarda çox sayda “turnike” adlanan rəzalətə məruz qaldım”.
“Oktar yüzlərlə qızı cariyəlik adı altında seks köləsi halına gətirdi. 24 saat evdən çıxmadığı olurdu. Vaxtının çoxunu qadınlara əziyyət edərək keçirirdi. Küçəyə çıxacağı zaman təşkilat üzvləri qadınlar Oktarın ayaqqabısının içini və saatını fenlə isidir, corablarını geydirir və ayaqqabısının bağlarını bağlardı”.
Sorğu
Yeni dizaynımız necədir?