GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » "Uşağımın cansız bədənini mənə verib “keçmiş olsun”, dedilər..." - Səhiyyə sistemi qatilə çevriləndə...

"Uşağımın cansız bədənini mənə verib “keçmiş olsun”, dedilər..." - Səhiyyə sistemi qatilə çevriləndə...

Tarix: 15-07-2019, 14:40 Bölmə :Cəmiyyət Baxış: 355
"Uşağımın cansız bədənini mənə verib “keçmiş olsun”, dedilər..." - Səhiyyə sistemi qatilə çevriləndə...


“Hər iki rayonun xəstəxanaları uşağın həyatını xilas etmək üçün lazımi tibbi avadanlıqların olmadığını bildirdi. Uşağı təcili Bakıya götürməyi məsləhət görsələr də, heç biri təcili yardım maşını ayırmadı. Mən iki rayonun xəstəxanası arasında qaldım, səhərə yaxın uşağımın cansız bədənini mənə verib “keçmiş olsun”, dedilər”.

Gundemxeber.Az bildirir ki, Ağdaş sakini Cavid Ələkbərov danışır ki, iyulun 7-də axşam saat 10 radələrində 10 aylıq oğlu Türkelin səhhəti qəfil pisləşib. O, körpəyə tibbi yardım göstərilməsi üçün Ağdaş rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Təcili Tibbi yardım Şöbəsinin növbətçi həkimi Aprin Təbriz məsləhət görüb ki, xəstəxanada normal həkim və lazımi tibbi avadanlıqlar olmadığı üçün körpəni Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına götürsün. Cavid Ələkbərov belə də edib. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında isə ona bildirilib ki, uşağa gərək Ağdaş Mərkəzi Xəstəxanası tibbi yardım göstərərdi və ona uşağı da götürüb Ağdaşa qayıtmağı məsləhət görüblər. Cavid Ələkbərovsa çarəsiz durumda olduğunu deyərək, vəziyyəti ağırlaşan körpəyə yardım edilməsini tələb edib. Təxminən 30 dəqiqədən sonra ataya bildirilib ki, bu xəstəxanada da tibbi avadanlıq yoxdur. Məsləhət görüblər ki, uşağı Bakıya, ya da Gəncəyə aparsın.

"Uşağımın cansız bədənini mənə verib “keçmiş olsun”, dedilər..." - Səhiyyə sistemi qatilə çevriləndə...

“Növbətçi həkim Şıxəli Aşurov dedi, uşağı təcili tibbi yardım maşınında həkim nəzarətində aparmalısan. Get, bir təcili yardım maşını tap gətir, bizim həkimlərdən qoşaq, uşağı Bakıya çatdır. Mənsə dedim ki, təcili tibbi yardım maşını xəstəxanada olur, kartof deyil ki, gedib bazardan alam… Öz maşınlarınızdan ayırın, uşağı Bakıya çatdırım. Dedi, Ağdaş sakini olduğun üçün bizim xəstəxana sənə maşın verə bilməz. Çalış, məsələni Ağdaş xəstəxanası ilə həll et… Əvvəlcə Ağdaş Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinin müdiri Bəxtiyar Paşayevə zəng vurdum. Sonradan araşdırmışam ki, bu adamın heç tibbi savadı da yoxmuş. O, zəng vurmağımın səbəbini biləndə kobud şəkildə “mənim nömrəmi sənə kim verib, mən bu işlərə baxmıram”, dedi və telefonu söndürdü. Bu dəfə Ağdaş xəstəxanasının baş həkimi Nuru Nuriyevin mobil telefonuna zəng vurdum, vəziyyəti başa saldım, yalvardım ki, uşaq ölür, nəfəsi çatmır, təcili tibbi yardım maşını göndərin, Bakıya çatdırım. O isə sakitcə “hansı xəstəxanaya getmisənsə, o xəstəxanadan da tələb et”, deyib, telefonu qapatdı. Sonra dəfələrlə zəng vursam da, telefonu söndürmüşdü deyə, əlaqə yarada bilmədim,” – ata danışır.

Ata çarəsiz qalaraq Ağdaş Mərkəzi Xəstəxanasına qayıdıb. Növbətçi həkim baş həkimlə əlaqə saxladığını, ancaq baş həkimin “maşın yoxdur”, dediyini bildirib. Əli yerdən-göydən üzülən ata gecə saat 2 radələrində Ağdaş rayon polisinə və rayon prokurorluğuna üz tutub:

“Əvvəl prokurorluğa getdim, dedilər, səhər gəl, bildirdim ki, səhərədək uşağım ölə bilər, gec ola bilər. Ordan rayon polisinə getdim, polis şöbəsinin bir əməkdaşıyla bərabər yenə rayon mərkəzi xəstəxanasına yollandım. Polis əməkdaşı növbətçi həkimə təklif etdi ki, baş həkimlə danışsın. Ancaq növbətçi həkim dedi, mən daha baş həkimə zəng vurmağa qorxuram. Yenə çarəsiz halda Mingəçevir xəstəxanasına qayıtdım”.

Cavid Ələkbərovin sözlərinə görə, burada da növbətçi həkimdən Mingəçevir Mərkəzi Xəstəxanasının baş həkiminə zəng vurmasını istəyib. Növbətçi həkimsə baş həkimin nömrəsini bilmədiyini deyib. Cavid Ələkbərovun Səhiyyə Nazirliyinin “qaynar xətt” nömrələrinə vurduğu zənglər də nəticə verməyib.

Bunların baş verdiyi zaman kəsiyində isə 10 aylıq körpənin durumu daha da ağırlaşıb:

“Şıxəli həkim bizi aldatdı ki, uşağın vəziyyəti yaxşılaşıb, ona görə də gecəylə Bakıya aparılmasına ehtiyac yoxdur. Səhər baş həkim gəlsin, təcili tibbi yardım maşını ayırar, götürüb Bakıya apararsız. Uşaq reanimasiya şöbəsində idi, növbətçi tibb bacısı qucağında saxlamışdı, süni nəfəs aparatı ilə nəfəs alırdı. Səhər saat 4 radələrində Şıxəli həkimin davranışından hiss etdik ki, nəsə baş verib. Artıq bizi reanimasiya şöbəsinə də yaxın buraxmırdılar, bu da şübhələrimi artırırdı. Mən birtəhər özümü reanimasiya otağına salanda süni nəfəs aparatına qoşulmuş balam çoxdan cənnət quşuna dönmüşdü, həkimsə bizi aldadırdı”.

Övladının öldüyünü anlayan ata DİN-nin 102 xidmətinə və Baş Prokurorluğun “qaynar xətt”inə zəng vurub. Bundan sonra Mingəçevir şəhər Polis Şöbəsinin və rayon prokurorluğunun əməkdaşları xəstəxanaya gəlib:

“Mən şoka düşmüşdüm, qışqırırdım ki, balam hansı səbəbdən öldü? Həkim gözlərini döyür, çiyinlərini çəkirdi. Sonra da uşağın ölümünə səbəb kimi sənəddə “tənəffüs çatışmazlığı” qeyd etdi. Ekspertiza prosesi bitəndən sonra balamın cansız bədənini büküb özümə verdilər, gözüyaşlı Ağdaşa döndük”.

Gənc ata 10 aylıq körpəsinin ölümündə hər iki xəstəxananın həkimlərini və baş həkimlərini günahlandırır. O, ölkə başçısına müraciətində körpəyə vaxtında tibbi yardım göstərmədiklərini, əksinə, paytaxtdakı xəstəxanalardan birinə çatdırılmasını əngəllədiklərini yazıb. Prezidentdən həmin həkimlərin və baş həkimlərin ən sərt şəkildə cəzalandırılmasını tələb edib.

Atanın sözlərinə görə, körpə Türkelin səhhətində əvvəllər heç bir problem olmayıb.

Ölüm faktını prokurorluq araşdırır./dia
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Yevlax xəstəxanasından xəstələri təxliyyə edən təcili yardım maşını qəzaya düşdü

    Yevlax xəstəxanasından xəstələri təxliyyə edən ...

    27-07-2017, 16:24

  • 
  • Təcili tibbi yardım maşını qəzaya düşdü: 9 nəfər yaralandı - FOTO

    Təcili tibbi yardım maşını qəzaya düşdü: 9 nəfər ...

    29-06-2017, 15:18

  • 
  • Bakıya xəstə gətirən təcili yardım maşını qəzaya düşdü

    Bakıya xəstə gətirən təcili yardım maşını qəzaya ...

    6-02-2017, 23:47

  • 
  • Tbilisidə təcili tibbi yardım maşını ağır qəza törədib, azərbaycanlılar xəsarət alıblar

    Tbilisidə təcili tibbi yardım maşını ağır qəza ...

    9-01-2019, 11:40

  • 
  • Azərbaycanda tələbə qızı maşın vurdu

    Azərbaycanda tələbə qızı maşın vurdu ...

    16-10-2015, 17:47


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu