Polis Azərbaycan Xalq Hərəkatının (AXH) iclasının keçirilməsinə imkan verməyib.
AXH İdarə Heyətinin üzvü, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirib ki, iyulun 15-də 30-dək polis əməkdaşı təşkilatın Bakının Yasamal rayonundakı ofisinə gələrək oranı boşaltmağı tələb edib.
10 nəfər AXH üzvü naməlum istiqamətə aparılıb.
Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev Report agentliyinə bildirib ki, “Azərbaycan Xalq Hərəkatının mərkəzi qərərgahına basqın” edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir."
Onların dövlət əleyhinə şüarlar səsləndirməsi qonşuluqda işləyən digər icarədarların narahatlığına səbəb olduğundan Hüseyn Əliyev ofisi icarəyə verdiyi şəxsdən geri alaraq, müqaviləni ləğv edib, qapının açarlarını onlardan alıb. Bu barədə Hüseyn Əliyev polisə müraciət edib. Elşad Hacıyev, Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi “Dəqiqləşdirilmədən yayılan məlumatda iddia olunduğu kimi polis əməkdaşları tərəfindən ofisdə hər hansı axtarış aparılmayıb. Ofis icarədar tərəfindən boşaldılmaqla qapadılıb. Diqqətə çatdırırıq ki, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində yerləşən qeyri-yaşayış sahəsinin sahibi tərəfindən mülkiyyət hüququ etibarnamə əsasında Binəqədi rayon sakini Hüseyn Əliyevə verilməklə, o da əmlakı Cəbrayıl rayonu Çaxırlı kəndində qeydiyyatda olan Aslan Həmidlinın adına rəsmiləşdirməklə “ANTV.AZ” internet kanalına icarəyə verib. Ancaq icarəyə verilən obyektin təyinatı üzrə istifadə olunmadığı barədə məlumat alan Hüseyn Əliyev, bir qrup müxalifyönlü şəxsin ona məxsus ofisdə icazəsiz yığıncaq keçirdiyini öyrənərək, oraya gəlib, binanın mühafizə-komendatura işçilərinin köməyi ilə onların oradan çıxmasını tələb edib. Onların dövlət əleyhinə şüarlar səsləndirməsi qonşuluqda işləyən digər icarədarların narahatlığına səbəb olduğundan Hüseyn Əliyev ofisi icarəyə verdiyi şəxsdən geri alaraq, müqaviləni ləğv edib, qapının açarlarını onlardan alıb. Bu barədə Hüseyn Əliyev polisə müraciət edib" , mətbuat xidmətinin rəisi qeyd edib.
Hacıyevin sözlərinə görə, hazırda Bakının Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsində müvafiq araşdırmalar aparılır.
Azәrbaycan Xalq Hәrәkatı 2019-cu il yanvarın 26-da keçmiş DİN rəhbəri İsgəndər Həmidovun təşəbbüsü ilə tәsis edilib. Quruma Klassik Xalq Cəbhəsi Partiyası (lideri Mirmahmud Mirəlioğlu), Ümid Partiyası (lideri İqbal Ağazadə), Demokrat Partiyası (lideri Sərdar Cəlaloğlu), Vətəndaş və İnkişaf Partiyası (lideri Əli Əliyev), Ağ Partiya (lideri Tural Abbaslı), Böyük Azərbaycan Partiyası (lideri Elşad Musayev) və başqa partiyalar, eləcə də ictimai fəallar, ziyalılar daxildir.
Sorğu
Yeni dizaynımız necədir?