Dünən Azərbaycan Xalq Hərəkatının yaradıcılarından biri, AXH İdarə Heyətinin üzvü İsgəndər Həmidovun oğlanları Məcid Məcidzadə və Novhəl Həmidov qardaşları Daxili İşlər Nazirliyinin Banditizm və Terrorizmlə Mübarizə Baş İdarəsinə çağrılıb.
Gundemxeber.az xəbər verir ki, bu haqda AXH bəyanat yayıb. Bəyanatda bildirilir ki, onlar 4 saatdan artıq bir müddətdə psixoloji təsirlərə məruz qalıblar.
“Bu rüsvayçı haldır ki, mövcud hakimiyyət bütün qanunları, beynəlxalq hüquq normalarını aşaraq ataların əvəzinə oğullara təzyiqlər göstərilir, bununla da təhlükəl,qorxulu tendensiya yaradır . Özbaşınalıq o həddə çatmışdır ki, polis mütəmadi olaraq siyasi proseslərə açıq-aşkar müdaxilə edir, günahsız gəncləri təhdid etməklə onlara edilən ciddi xəbərdarlıqdan nəticə çıxarmağa çağırır. Biz,hakimiyyətin bu son dərəcə təhlükəli,qarşıdurmaya aparan belə hərəkətlərini qətiyyətlə pisləyir,bütün beynəlxalq təşkilatları, demokratik ölkələri Azərbaycan hakimiyyətinin vətəndaşlarına qarşı represiyalarına biganə qalmamağa çağırırıq”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?