"2014-cü ilin sentyabrından indiyədək ölkəyə 1 211 şəxs readmissiya edilib. Bu, əsasən Avropa ölkələrindən olub". Gundemxeber.Az-ın xəbərinə görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2019-cu ilin 6 ayının yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib
V.Hüseynov qeyd edib ki, bu şəxslər xarici ölkələrdə yaşamaq üçün müraciət ediblər, nəticə əldə edilə bilməyiblər: "Dövlət Miqrasiya Xidməti onlar geri qaytarıldıqdan sonra ehtiyaclarının öyrənilməsi istiqamətində işlər görür. Bura səhiyyə, təhsil və.s aiddir". Onun sözlərinə görə, 2019-cu ildə Azərbaycana readmissiya olunanların sayı 239 olub.
Sorğu
Yeni dizaynımız necədir?