Bakının Yasamal rayonunda vətəndaşlar maşın yolunu kəsiblər.
GundemXeber.Az xəbər verir ki, bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.
Bildirilir ki, qadınlar və uşaqlardan ibarət ailə üzvləri "20 yanvar" stansiyası yaxınlığında, üzü Tbilisi istiqamətində yolu bağlayıblar.
Fotodan da göründüyü kimi 5 qadın və uşaqlar yolu bağlayıb.
Ərazidə böyük tıxac yaranıb. Hadisənin səbəbləri bilinmir.
Hadisə ilə əlaqədar yasama rayon İcra Hakimiyyətilə əlaqə saxladıq.
Qurumdan BAKU.WS-ə bildirdilər ki, məsələ ilə əlaqədar rəhbərliyə məruza ediləcək. Araşdırmalardan sonra vətəndaşların nə səbəbə etiraz etdikləri məlum olacaq.
Sorğu
Yeni dizaynımız necədir?