Azərbaycanda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair illik milli hesabat hazırlanacaq.
Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı”nda əksini tapıb. Sənədə əsasən, bu hesabatı hər il yanvarın 30-dək Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu hazırlayacaq. Yanvar ayı ərzində isə tədbirlərin icrası barədə aidiyyəti nazirlik, komitə və digər təşkilatlar tərəfindən verilən hesabatlar ümumiləşdirilərək müzakirə edilməsi üçün Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına təqdim ediləcək.//Report
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?