"Qarabağ Komitəsinin İdarə Heyəti iyulun 23-də keçirilməsini nəzərdə tutduğu kütləvi aksiyanı təxirə salmağa qərar verdi".
Gundemxeber.Az bildirir ki,bunu AzadlıqRadiosuna Komitənin İdarə Heyətinin üzvü Tural Abbaslı bildirib.
İdarə Heyəti, eyni zamanda, indiki halda Qarabağ probleminə münasibətdə tərəflərin gərginlik yaşamamasını nəzərə alaraq bu qərarı qəbul edib. Abbaslı qeyd edib ki, İdarə Heyəti yaranmış vəziyyəti, Bakı Şəhər Baş Polis İdarəsinin aksiyanın keçiriləcəyi halda, qarşısının alınacağı barədə yaydığı açıqlamanı da nəzərə alaraq bu qərarı verib: "İdarə Heyəti, eyni zamanda, indiki halda Qarabağ probleminə münasibətdə tərəflərin gərginlik yaşamamasını nəzərə alaraq bu qərarı qəbul edib. Amma İdarə Heyətinin iclasında bu da vurğulanıb ki, Komitə hər dəfə aksiya keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin əsassız imtina cavabını, eləcə də Bakı polisinin hədə-qorxusunu nəzərə almaq zorunda deyil".
Tural Abbaslının sözlərinə görə, iclasda mitinq keçirilməsi ilə bağlı şəhər rəhbərliyinə yenidən müraciət etmək də qərara alınıb.
Aksiyanın təşkilatçıları polisə çağırılıb.
"İyulun 22-si və 23-də mənimlə Xalq Partiyasının sədri, Qarabağ Komitəsinin İdarə Heyətinin üzvü Pənah Hüseyn keçirmək istədiyimiz mitinqlə bağlı Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edildik. Bizə xəbərdarlıq olundu."
Bunu Qarabağ Komitəsinə daxil olan Ağ Partiyanın rəhbəri Tural Abbaslı deyib. Onun qeyd etməsinə görə, Bakı Şəhər İcra Hakimiyyəti Komitənin keçirmək istədiyi aksiyanı "məqsədəuyğun" saymayıb: "Şəhər rəhbərliyi cavab məktubunda bildirib ki, Qarabağ probleminin həlli ilə bağlı dövlət rəhbərliyi səviyyəsində şəffaf danışıqlar gedir."
Abbaslının dediyinə görə, həm iyulun 22-də, həm də 23-də onlara bildirilib ki, razılaşdırılmamış aksiya keçiriləcəyi halda qarşısı alınacaq.
Partiya sədri deyib ki, Komitə şəhər rəhbərliyinin aksiyanı "məqsədəuyğun" saymamasını heç də onun qadağan olunması kimi qəbul etməyib, bunu qurumun münasibəti kimi dəyərləndiriblər: "Bu da səbəbsiz deyil. Bizə bu il fevralın əvvəlində keçirmək istədiyimiz aksiya ilə bağlı da eynilə belə cavab verilmişdi. O zaman Komitə aksiyanın «məqsədəuyğun» sayılmamasının qadağan olub-olmaması barədə Bakı 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etdi. Məhkəmə qərar verdi ki, bu, qadağa yox, Bakı Şəhər İcra Hakimiyyətinin aksiya keçirilməsinə münasibətidir. Daha sonra isə Bakı Apellyasiya Məhkəməsi də həmin qərarı qüvvədə saxladı."
Abbaslı deyib ki, iyulun 23-də Bakı Şəhər Polis İdarəsində olan söhbətdə isə İcra Hakimiyyətinin cavabı aksiyaya razılıq verilməməsi kimi dəyərləndirilib.
Partiya sədri vurğulayıb ki, onlar Bakıda beynəlxalq tədbir keçirildiyini səbəb göstərərək, (21-27 iyulda Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı keçirilir) mitinqi məqbul saymırlar.
Abbaslı habelə deyib ki, aksiya keçirməklə Qarabağ münaqişəsinin həllinin uzanmasına diqqəti yönəltmək istəyiblər. O əlavə edib ki, bu məsələ Komitənin İdarə Heyətində yenidən müzakirə ediləcək.
Görüşdə vurğulanıb ki, polis paytaxtda asayişin, əmin-amanlığın davamlı olması üçün bütün lazımi tədbirləri həyata keçirir. Mitinqin təşəbbüs qrupunun üzvləri Pənah Hüseyn və Tural Abbaslının Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq, xəbərdarlıq edilmələrini həmin qurumdan da təsdiq ediblər. Bu barədə "Report" agentliyinə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib. İdarə sözçüsünün sözlərinə görə, icazəsiz mitinq keçirilməsi ilə bağlı onların diqqətinə çatdırılıb ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayan, yaxud sanksiyalaşdırılmayan hər hansı kütləvi tədbirin qarşısı qətiyyətlə alınacaq:
"Qarşılıqlı müzakirə şəraitində keçirilən görüşdə vurğulanıb ki, polis paytaxtda asayişin, əmin-amanlığın davamlı olması üçün bütün lazımi tədbirləri həyata keçirir".
Qarabağ Komitəsi 2018-ci ilin yayında təsis edilib. Komitəyə 10-a qədər siyasi partiya, bir sıra ictimai fəallar daxildir. Komitə ötən il Qarabağ problemi ilə bağlı aksiya keçirib.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?