GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » AZAL: Bakı-Nyu York-Bakı reysi ilə uçuşlar daha bir il davam etdiriləcək

AZAL: Bakı-Nyu York-Bakı reysi ilə uçuşlar daha bir il davam etdiriləcək

Tarix: 24-07-2019, 13:12 Bölmə :Cəmiyyət Baxış: 486
AZAL: Bakı-Nyu York-Bakı reysi ilə uçuşlar daha bir il davam etdiriləcək


İyulun 23-də "Azərbaycan Hava Yolları" (AZAL) Qapalı Səhmdar Cəmiyyəti Bakı-Nyu York-Bakı reysi ilə uçuşları daha bir il müddətinə davam etdirəcəyini qərara alıb. Qərar donanmanın texniki imkanlarının optimallaşdırılmasını və sərnişinlərin çoxsaylı istəklərini nəzərə alaraq verilib.

Gubdemxeber.az bildirir ki, bu barədə AZAL facebook səhifəsində məlumat yayıb.

AZAL-ın mətbuat xidməti Amerikanın Səsinə bildirib ki, Bakıdan Nyu-Yorka birbaşa reyslər Azərbaycanın milli aviadaşıyıcısının qış cədvəli çərçivəsində davam edəcək.

“Bakı-Nyu-York reysləri (JFK hava limanı) həm 2019/2020-ci ilin qış cədvəli, həm də 2020-ci ilin yay cədvəli çərçivəsində həftədə 2 dəfə olmaqla (bazar ertəsi və şənbə günləri) "Boeing 787 Dreamliner" təyyarələri ilə yerinə yetiriləcək,” AZAL-ın məlumatında deyilir.

İyunun 3-də AZAL “Boeing 737 MAX 8” təyyarələrini almaqdan imtina və bu ilin oktyabrından Bakı-Nyu York-Bakı reysi ilə uçuşları dayandırması barədə qərar verib. Qərar son zamanlar “Boeing 737 MAX” təyyarələrinin Malaziya və Efiopiyada qəzaya uğramasından sonraya təsadüf edir.

AZAL bildirib ki, Bakı-Nyu York-Bakı reysi ilə uçuşların dayandırılması "Boeng-737 MAX 8" təyyarələrindən imtina ilə bir az əlaqəli idi.

Lakin bir gün sonra, iyunun 4-də AZAL bildirib ki, qurum "Boeing 737 Max-8" təyyarələrindən imtina etməyib, sadəcə olaraq, müqavilənin həyata keçirilməsinin 2019-cu ildən 2024-cü ilə keçirilməsi planlaşdırılır.

Bununla yanaşı AZAL Bakı-Nyu York-Bakı reysinin dayandırtlmasında israrlı olduğunu, əvəzində daha səmərəli reyslərin açılacağını bəyan edib.

Bu zaman iqtisadçılar Bakı-Nyu York-Bakı reysindən imtinanın səmərəli olmadığını bildirib.

İqtisad elmləri doktoru Qubad İbadoğlu bildirib ki, AZAL-ın uçuşlarına qiymətlər baha və eyni zamanda tələbat yüksək olaraq qalmaqdadır.

“Xüsusilə də yay aylarında bir tərəf üçün ən ucuz bilet 500 dollar, gediş-gəlişin qiyməti isə 1000 dollar ətrafındadır. Halbuki, Ukrayna Hava Yolları, Qatar Hava Yolları ilə bu marşrutu AZAL-la müqayisədə 2 dəfə ucuz qiymətə qət etmək mümkündür,” o qeyd edib.

İbadoğlu hesab edir ki, Bakı-Nyu-York-Bakı reysi Azərbaycanla ABŞ arasında yalnız nəqliyyat deyil, həm də siyasi-iqtisadi əlaqələr baxımından əhəmiyyət kəsb edir.

“Əslində bu iqtisadi deyil, siyasi layihə kimi fəaliyyətə başlamışdır. Bu gün onun dayanması da siyasi səbəblərlə bağlıdır. Hətta həqiqətən də AZAL bu marşrut üzrə uçuşu rentabelliyə görə dayandırırsa, şübhəsiz ki, rentabelliyin aşağı olması AZAL-ın idarəçiliyinin zəifliyi ilə əlaqədardır,” ekspert iyunun 4-də bildirib.

Azərbaycan və ABŞ 2016-cı il iyunun 14-də “Açıq Səma” Sazişini imzalayıb. “Açıq Səma” Sazişi ikitərəfli aviasiya əlaqələrini liberallaşdırıb və hər iki ölkənin hava daşıyıcılarına istehlak tələbatını ödəmək üçün uçuşların planlaşdırılmasına icazə verib.

“Azərbaycan Hava Yolları” (AZAL) QSC 2014-cü il sentyabrın 24-də Bakı-Nyu-York-Bakı reysi ilə birbaşa uçuşlara başlayıb

2017-ci ilin aprel ayında Azərbaycanın "Silk Way Airlines" aviaşirkəti və Amerikanın "Boeing" Korporasiyası 10 ədəd “Boeing 737 MAX-8” sərnişin təyyarəsinin alınmasına dair müqavilə imzalayıb. "Azərbaycan Hava Yolları" sözügedən təyyarələrin operatorudur. Müqavilənin ümumi dəyəri təxminən 1 milyard dollar təşkil edir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • AZAL Bakı-Nyu York-Bakı reysi ilə uçuşları dayandırır və “Boeing 737 MAX 8” təyyarələri almayacaq

    AZAL Bakı-Nyu York-Bakı reysi ilə uçuşları ...

    3-06-2019, 15:48

  • 
  • AZAL-ın keçmiş rəhbərindən sərt tənqid — "Hökumət AZAL-ın qiymət siyasətinə ciddi nəzarət etməlidir"

    AZAL-ın keçmiş rəhbərindən sərt tənqid — ...

    1-07-2017, 13:53

  • 
  • AZAL beş “B787-8 Dreamliner”, iki B747-8F təyyarəsinin alınması barədə razılığa gəlib

    AZAL beş “B787-8 Dreamliner”, iki B747-8F ...

    13-11-2017, 15:40

  • 
  • Bakı-İstanbul təyyarə reysi quşlara görə gecikir

    Bakı-İstanbul təyyarə reysi quşlara görə gecikir ...

    9-06-2016, 20:08

  • 
  • AZAL aşağı büdcəli brend yaradıb

    AZAL aşağı büdcəli brend yaradıb ...

    19-02-2016, 16:04


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu