“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sabiq prezidenti, texniki elmlər doktoru Ədalət Əliyev AZAL-ın qiymət tariflərinin yüksək olması ilə bağlı siyasətini tənqid edib.
Gündəm Xəbər Ölkə.az-a istinadən bildirir ki,Ə.Əliyev açıqlamasında bildirib ki, AZAL-ın qiymətləri həddindən çox bahadır. Onun sözlərinə görə, Azərbaycan hökuməti AZAL-ın qiymət siyasətinə müdaxilə etməlidir: “Əgər insanlar AZAL-ın qiymət siyasətindən narazıdırsa, o zaman insanların mövqeyini nəzərə alıb qərar verilməlidir. Bu, Azərbaycana turist axınına da müsbət təsir göstərər. Azərbaycan hökuməti AZAL-ın qiymət siyasətinə ciddi nəzarət etməlidir. Nə qədər insan AZAL-ın qiymət siyasətindən şikayətlənir. AZAL rəhbərliyi bununla bağlı insanların suallarına cavab verməlidir. Misal üçün, mən uzun müddət təyyarə idarə etmişəm, AZAL-ın rəhbəri olmuşam. Bilirəm ki, Nyu-Yorkdan Bakıya və Tiflisə uçuş məsrəfləri təqribən eynidir. O zaman nə üçün AZAL-ın Tiflis ilə Bakı qiymətləri arasında böyük fərq olmalıdır? AZAL bu məsələ ilə bağlı səbəbləri əsaslandırmalıdır”.
Xatırladaq ki, bu dəfə AZAL-ın Nyu-york - Bakı səfəri ilə Nyu-York - Tiflis reysi arasında yaranan ikiqat qiymət fərqi sosial şəbəkələrdə etirazla qarşılanıb. Belə ki, AZAL Nyu-Yorkdan Tiflisə bir nəfəlik biletin qiymətini 341 avroya, Bakıya isə 672 avroya təklif edir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?