GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Ekspert: Hərbi təyyarənin `qara qutusu` tədqiq edilmək üçün NATO qurumlarına göndərilməlidir

Ekspert: Hərbi təyyarənin `qara qutusu` tədqiq edilmək üçün NATO qurumlarına göndərilməlidir

Tarix: 27-07-2019, 15:11 Bölmə :Cəmiyyət Baxış: 801
Ekspert: Hərbi təyyarənin `qara qutusu` tədqiq edilmək üçün NATO qurumlarına göndərilməlidir


İyulun 24-də qəzaya uğrayan Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Rusiya istehsalı olan MİQ 29 təyyarəsinin qalıqlarının tapılıb-tapılmaması və pilotun taleyi ilə bağlı hələ rəsmi məlumat yayılmayıb.

Müdafiə Nazirliyinin mətbuat xidməti iyulun 24-də bildirib ki, təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.

Bu gün, iyulun 27-də müdafiə naziri Zakir Həsənov qəzanın səbəblərinin araşdırılması və müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə yaradılan əməliyyat qərargahında olub.

Nazirliyin mətbuat xidməti bildirir ki, Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Nazir digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyətin davam etdirilməsi barədə müvafiq göstəriş verib.

Bununla yanaşı, rəsmi qurumlar indiyədək qəzanın ilkin səbəbləri, hərbi təyyarənin qalıqlarının tapılıb-tapılmması və pilotun taleyi ilə bağlı məlumat verməyib.

Təyyarənin `qara qutusu` tədqiq edilmək üçün NATO qurumlarına göndərilməlidir.
Üzeyir Cəfərov, hərbi ekspert

Yerli media qəzaya uğramış təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin qohumlarına istinadən təyyarənin yerinin müəyyən edildiyini və onun sahilə çıxarılması üçün işlər aparıldığını yazıb.

Hərbi ekspert Üzeyir Cəfərov isə Azərbaycana məxsus təyyarənin qəzaya uğramasını Rusiyanın müdaxiləsi ilə əlaqəndirir.

“MiQ-29 təyyarələri son 3 ildə Ukraynda hərtərəfli təmir edilib və işlək vəziyyətdə, yeni rabitə və naviqasiya avadanlıqları ilə tam təmin edilib. Təyyarənin yaşı çox olsa da, ona son nəsil avadanlıqlar quraşdırılb. Burada hərb elmini oxumamış "professor, filtifessorluq" edən tovarişlərə xatırladıram ki, MİQ-29 təyyarəsini heç kim heç nə ilə vurmayıb. Sadəcə kənardan, uzaq məsafədən - bu, maksimum 300 kilometr məsafəni də rahatca əhatə edib öz işini görən REM (Radio Elektron Mübarizə, rusca REB- Radio Elektronnaya Borba) avadanlıqları vasitəsilə naviqasiya, rabitə avadanlıqlarını anidən sıradan çıxarmaq yolu ilə təyyarə "ölü vəziyyətinə" salınıb. Gerisi məlumdur,” ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov facebook səhifəsində yazıb.

Üzeyir Cəfərov hesab edir ki, qəzaya uğramış təyyarənin `qara qutusu` tapıldıqdan sonra tədqiq edilməsi üçün Rusiyaya göndərilməməlidir.

"Təyyarənin `qara qutusu` tədqiq edilmək üçün NATO qurumlarına göndərilməlidir. Çünki 2008, 2010, 2011-ci illərdə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarələrin qəzalarından sonra `qara qutular` Rusiyaya göndərilib və indiyədək qəzaların səbəbləri ilə bağlı ekspertizaların nəticələri Azərbaycan tərəfinə təqdim edilməyib," hərbi ekspert Amerikanın Səsinə bildirib.

Ekspert bildirir ki, Rusiyanın Cənub Hərbi Dairəsinin Radio Elektron Mühafizə qoşunlarının iyulun 18-də Xəzər dənizində qəza baş vermiş ərazinin yaxınlığında başladlığı hərbi təlimlər avqustun 7-dək davam edəcək.

Ekspertin şərhinə Rusiya və Azərbaycanın rəsmi qurumları hələ münasibət bildirməyib.

29 yanvar 2008-ci ildə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus "MiQ-29" döyüş təyyarəsi təlim uçuşu zamanı Bakıdan 60 kilometr şimalda qəzaya uğrayaraq Xəzər dənizinə düşüb. Qəza nəticəsində pilotlar Fəxrəddin Əsgərov və Əfqan Aslanov həlak olub.

2010-cu il martın 3-də Azərbaycan Silahlı Qüvvələrinə məxsus SU 25 tipli hərbi təyyarə Bakıdan 430 kilometr qərbdə Azərbaycanın Şəmkir rayonu ərazisində təlim uçuşu zamanı qəzaya uğrayıb. Pilot həlak olub.

2011-ci il fevralın 3-də SU 25 markalı təyyarə hərbi təlim zamanı Kürdəmir rayonu ərazisində (Bakıdan 170 kilometr qərbdə) qəzaya uğrayıb. Təyyarənin hər iki ekipaj üzvü katapult yolu ilə xilas olub.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanın hərbi təyyarəsi Xəzərə düşdü

    Azərbaycanın hərbi təyyarəsi Xəzərə düşdü ...

    25-07-2019, 10:44

  • 
  • Xəzərdə qəzaya uğrayan təyyarə pilotunun qohumu: "Hələ də inana bilmirəm..."

    Xəzərdə qəzaya uğrayan təyyarə pilotunun qohumu: ...

    25-07-2019, 14:26

  • 
  • General itkin düşən pilotun ailəsinə baş çəkib

    General itkin düşən pilotun ailəsinə baş çəkib ...

    26-07-2019, 16:16

  • 
  • Ermənistanın “Su-25” hərbi təyyarəsi havaya qalxandan sonra RADARLARDAN İTİB

    Ermənistanın “Su-25” hərbi təyyarəsi havaya ...

    4-12-2018, 14:32

  • 
  • AZƏRBAYCAN HƏRBİ HAVA QÜVVƏLƏRİNİN TƏLİM-MƏŞQ UÇUŞLARI KEÇİRİLİB

    AZƏRBAYCAN HƏRBİ HAVA QÜVVƏLƏRİNİN TƏLİM-MƏŞQ ...

    28-08-2018, 20:20


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu