Ermənistan ordusunun Hərbi Hava Qüvvələrinə məxsus “Su-25” hücum təyyarəsi Gümrü şəhərindəki aeroportdan havaya qalxandan sonra radarlardan itib.
Gundemxeber.Az “İnterfax”a istinadən xəbər verir ki, məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, Rusiya istehsalı olan “Su-25” döyüş təyyarəsi plana uyğun olaraq təlim uçuşu keçirirmiş. Gümrüdəki hava limanından uçan təyyarə havaya qalxandan sonra onunla əlaqə kəsilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?