GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “QANUN KASIBLAR ÜÇÜNDÜR” - Bunu evi sökülən sakinə hansı MƏMUR dedi?

“QANUN KASIBLAR ÜÇÜNDÜR” - Bunu evi sökülən sakinə hansı MƏMUR dedi?

Tarix: 30-07-2019, 15:32 Bölmə :Cəmiyyət Baxış: 495
“QANUN KASIBLAR ÜÇÜNDÜR” - Bunu evi sökülən sakinə hansı MƏMUR dedi?


Bakının Yasamal rayonu, Mirzəağa Əliyev küçəsi, 150 ünvanında yerləşən binanın onlarla sakinin həyatı təhlükə altındadır. Yaşayış binasının qəzalı vəziyyətdə olması əsas gətirilərək bir qrup sakin ərazidən köçürülüb. Lakin bina bütünlüklə boşaldılmadan ərazidə söküntü işlərinə başlanılıb. Nəticədə, hazırda yaşayış olan mənzillər yararsız hala düşüb, divarlarda dərin çatlar əmələ gəlib, binanın damı, eyvanlar uçub-dağılır.

Gundemxeber.Az bildirir ki, bu şikayətlə virtualaz.org-un redaksiyasına həmin ünvanda yaşayan sakinlər müraciət ediblər. Onların sözlərinə görə, Yasamal Rayon İcra Hakimiyyəti sakinlərə söküntü ilə bağlı heç bir sənəd təqdim etmir, binanın hansı şirkət tərəfindən sökülməsi ilə bağlı məlumat vermir, mənzillərin ölçülməsi prosesi düzgün aparılmayıb, qanunsuz olaraq mənzillərinin hər kvadrat metrinə görə 1500 manat kompensasiya təyin olunub. Bu azmış kimi, sakinlərə xəbərdarlıq olunub ki, avqust ayının 1-dən etibarən binaya qaz, su, elektrik enerjisinin verilişi də dayandırılacaq.

1890-cı ildə inşa olunmuş 5 korpusdan ibarət binada yerli əhalidən ibarət 38 ailə və 25 qaçqın və məcburi köçkün ailəsi məskunlaşıb. Bina 1989-cu ildən qəzalı vəziyyətə düşüb. Hazırda şərtlərlə razılaşıb binanı tərk edənlər 9 məcburi köçkün ailəsidir.

Binanın ikinci mərtəbəsində yaşayan şikayətçi, pauerliftinq üzrə ölkə çempionu Aytən Mir-Əliyevanın sözlərinə görə, sakinlər arasında ayrıseçkilik edilərək, 38 ailənin 17-nə kompensasiya 1500 manatdan təyin olunub, digər korpuslardakı 20-22 ailəyə isə 3 min manatdan veriləcəyi vəd olunub.

“Yasamal rayonuna təzə təyin olunan icra başçısı Əziz Əzizov mart ayında əhalini toplayaraq görüş keçirib. Bizə dedi ki, gələn il, inşallah, 8 mart bayramınızı təzə evlərinizdə keçirəcəksiniz. Biz də sevindik ki, yəqin bizi nəzərə alacaqlar. Üzərindən iki ay keçmədi, bizi bu vəziyyətə qoydular. Ölçmə qaydalarını pozdular, mənim evimi 52 kvadrat metr yazıb 74 min manat kompensasiya hesabladılar. Bu pula isə yaxınlıqda heç daxma da almaq mümkün deyil. Prezidentin sərəncamı var, şəhərin mərkəzində bu məbləğ 3 min manatdan başlanır. Əslində, Nazirlər Kabinetinin qərarına görə, məni 500 metr radiusda evlə təmin etməlidirlər. Mən bu pulla harada qala bilərəm? Niyə Masazıra köçməliyəm ki?” - sakin sual edir.

Şikayətçi deyir ki, binadan köçən 9 məcburi köçkün ailəsinin əlavə mənzilləri, torpaq sahələri var idi. Kompensasiya ilə razılaşmayanların isə varı-yoxu elə bu evdir. A.Mir-Əliyevanın sözlərinə görə, hazırda boş qalan mənzillər dağıdılır. Binanın kim tərəfindən söküldüyünü də bilən yoxdur: “Bir tərəfdən deyirlər ev qəzalıdır, çıxın, amma söküntü aparılmayacaq. Digər tərəfdən isə artıq evini tərk edən 9 qaçqın ailəsinin mənzilini sökməyə başlayıblar. Bizim bina 5 korpusdur. Deyirlər ki, digər korpuslara dəymirik, onlara 3 min manatdan kompensasiya verəcəyik. Siz isə 1500 manatla çıxmalısınız. Bu qanunu kim qoyub? Əziz Əzizov camaatla kobud davranır, ağzında saqqız xanımlarla “az” deyə müraciət edir. Sənəd tələb edirik, bizi kabinetinə dəvət edir. Narazılıq edirik ki, bu pulla harada ev alaq, deyir ki, “30 mini götür get Alatavada mənzil “itinətök”dür, 30 dənə ev ala bilərsən...”

Sakinlər deyirlər ki, onlara artıq avqustun 1-dən etibarən qaz, su və elektrik enerjisinin kəsiləcəyi, bu gündən isə eyvanların söküləcəyi ilə bağlı da xəbərdarlıq olunub. Bundan sonra isə binada yaşamaq qeyri-mümkün olacaq: “Bizə xəbərdarlıq olunmuşdu ki, 3-cü mərtəbənin damını sökəcəklər. Bu mərtəbədə isə heç kim evindən çıxmayıb. Bilərəkdən evi başımıza uçurmaq isə cinayətdir. İcra başçısı kimə arxalanır? Prezidentin adından istifadə edir ki, bu barədə onun sərəncamı var. Prezident sərəncam verib ki, get camaatın canını al? Bu, birbaşa təxribatdır. Əhali də fikirləşir ki, bütün bunları prezident edir. Onlara izah edirəm ki, prezidentin bundan xəbəri yoxdur. Prezidentə yalan məlumat verirlər ki, hər şey gözəldir, camaatı razı saldıq. Əslində isə evimizi başımıza yıxırlar, əhalini prezidentə qarşı qaldırırlar. Qanuna görə, sonuncu sakin çıxmayana qədər evi sökə bilməzlər Bu istidə kondisionersiz, susuz, qazsız necə oturaq? Bunu ona görə edirlər ki, camaatı bezdirsinlər, gəlib qol çəkib çıxsınlar”, - Aytən Mir-Əliyeva deyir.

Şikayətçi bildirir ki, 3 il əvvəl də oxşar vəziyyət yaranmışdı, lakin sakinlərin Mehriban Əliyevaya müraciətindən sonra problem həllini tapdı. Bu dəfə isə vəziyyət daha qəlizdir və hətta zəng edib sakinləri hədələməkdən də çəkinmirlər: “Mənə zəng edib hədələyirlər. Deyirlər ki, qanun kasıblar üçündür. Yəni biz qanunu saymırıq. Mənə deyirlər ki, “çox bərkdən getməyin”. Əgər məni evlə təmin etməsələr, buldozerin altında da qalsam, evdən çıxmayacağam...”, - şikayətçi qeyd edir.

Sakinlərin sözlərinə görə, bütün aidiyyatı dövlət qurumlarına şikayət olunsa da, tədbir görən olmayıb.

Yasamal Rayon İcra Hakimiyyətindən isə problemdən xəbərdar olduqlarını, icra başçısının şəxsən sakinləri dinlədiyini dedilər: “Bakı şəhərində 21 qəzalı vəziyyətdə olan bina var, onlardan biri də M.Əliyev, 150 ünvanında olan həmin bu binadır. Bina prezidentin sərəncamına əsasən sökülür. Görünür, binadan çıxmaq istəməyənlər kompensasiyanın məbləği ilə razılaşmayanlardır. Amma kompensasiyanın məbləğini icra hakimiyyəti təyin etmir”, - Yasamal Rayon İcra Hakimiyyətindən telefon zəngimizə cavab olaraq bildirdilər.

“Bəs sonuncu sakin binanı tərk etmədən sökülmə işləri aparıla bilərmi?” sualına gəlincə isə, icra hakimiyyəti rəsmisi bu barədə dəqiq məlumata malik olmadığını dedi.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mehriban Əliyevadan Bakıda sökülən bina ilə bağlı - TAPŞIRIQ

    Mehriban Əliyevadan Bakıda sökülən bina ilə bağlı ...

    30-07-2019, 11:27

  • 
  • Bakıda 112 ailənin evi sökülür - Sakinlər yolu bağladı

    Bakıda 112 ailənin evi sökülür - Sakinlər yolu ...

    7-07-2017, 19:43

  • 
  • Bakı qızıllarının xatirəsi sökülür - FOTO

    Bakı qızıllarının xatirəsi sökülür - FOTO ...

    10-07-2013, 00:38

  • 
  • Yasamalda daha bir qalmaqal: etiraz edən sakinlərə polis “əzələ” göstərir

    Yasamalda daha bir qalmaqal: etiraz edən ...

    18-02-2014, 15:53

  • 
  • Bakı Meri Yasamalda söküntü işlərinə başladı

    Bakı Meri Yasamalda söküntü işlərinə başladı ...

    20-08-2015, 15:42


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu