GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Cahangir Hacıyevin cinayət şəbəkəsi haqda sensasion araşdırma

Cahangir Hacıyevin cinayət şəbəkəsi haqda sensasion araşdırma

Tarix: 2-08-2019, 10:20 Bölmə :Cəmiyyət Baxış: 554
Cahangir Hacıyevin cinayət şəbəkəsi haqda sensasion araşdırma


Amerikanın maliyyə media nəhəngi olan "Bloomberg” Azərbaycan Beynəlxalq Bankının keçmiş başçısı Cahangir Hacıyev, onun arvadı Zamirə Hacıyeva və qızı Leyla Mahmudova, həmçinin onlara Azərbaycandan Böyük Britaniyaya pulları yollayaraq, orada daşınmaz əmlak əldə etməyə yardımçı olmuş şirkətlər haqqında sensasion məqalə dərc edib.

Məlum olduğu kimi, Cahangir Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 15 il müddətinə azadlıqdan məhrum edilib, arvadı Zamirə Hacıyeva isə pulların yuyulması ittihamı ilə Londonda məhkəmə qarşısına çıxıb.

"2003-cü ildən 2015-ci ilə qədər Hacıyevlər Böyük Britaniyada tam bir varidat xərcləyiblər, - "Bloomberg” özünün uzun-uzadı hekayəsinə belə başlayır. – Onlar Londonun təmtəraqlı Naytsbric rayonundakı malikanəyə 11,5 milyon funt xərcləyiblər və daha 10,5 milyon funta məşhur Askot cıdırının yaxınlığındakı qolf meydançasını və klubunu alıblar. Onlar 42,5 milyon dollara yeni "Gulfstream” təyyarəsi əldə ediblər. Bundan başqa, 35 kredit kartının sahibi Zamirə Londonun ən məşhur univermağı olan "Harrods”da pullarını sağa-sola səpələyib. Yalnız bir həftə ərzində o, burada zərgərlik məmulatlarına, dizayner paltarlarına və digər mallara 725 min funt xərcləyib.

Eyni zamanda, 2008-ci ildə onun ərinin Azərbaycan Beynəlxalq Bankındakı maaşı illik cəmi 70 min 650 dollar təşkil edib, Zamirənin özünün isə ciddi gəlir mənbəyi olmayıb.

Lakin xərclərlə gəlirlər arasında bu cür nəhəng fərqə baxmayaraq, bir sıra vasitəçilər – hüquqşünaslar, mühasiblər, investisiya məsləhətçiləri və digər mütəxəssislər – cütlüyə varidatlarını və aktivlərini Böyük Britaniyaya köçürməkdə kömək ediblər”.

Daha sonra "Bloomberg” Cahangir Hacıyevə pulları Azərbaycandan yumaqda yardımçı olmuş şirkətlərin adlarını açıqlayır. "Bunların arasında fidusiar xidmətlər təqdim edən "Trident Trust” və multiailə ofisi adlandırılan "WernerCapital” var. Onlar Normand adalarında və Böyük Britaniyada hüquqi şəxslər yaradaraq, qolf-klubun alınmasına dəstək veriblər. Bunu NCA (Cinayətkarlıq mübarizə üzrə milli agentlik) bildirib.

Londonda yerləşən "Werner Capital” ultravarlı müştərilərə xidmət göstərən hibrid investisiya şirkətlərindən biridir. Adətən, risklər çox yüksək olduğundan, banklar belə müştərilərlə işləməkdən imtina edirlər. Şirkət "Deutsche Bank AG” və "HSBC Holdings Plc”nin keçmiş başçısı Tomas Mateos Verner tərəfindən təsis edilib. "WernerCapital” bir çox xidmət növləri təklif edir – ailələrə malikanələrin alınmasında yardımdan tutmuş, vizaların alınmasına və uşaqların Böyük Britaniyanın ən yaxşı məktəblərinə daxil olmalarına qədər.

Zamirə Hacıyevanın işi üzündən bu şirkət NCA-in diqqət mərkəzinə düşüb və burada belə hesab edirlər ki, London bütün dünyadan çirkli pulları özünə cəlb edir, buna görə də, pulların yuyulması ilə mübarizəyə başlayıblar”.

Gizlilik haqqına istinad edərək, Tomas Verner firmasının Hacıyevlər cütlüyü ilə münasibətlərini şərh etməkdən imtina edib. O yalnız qeyd edib ki, şirkətinin Böyük Britaniyanın maliyyə tənzimlənməsi və nəzarət idarəsi ilə heç vaxt problemləri olmayıb və NCA tərəfindən şübhələr üçün heç bir əsas yoxdur.

"Trident Trust”ın Londondakı və Hernsi adasındakı ofisləri, Zamirə Hacıyevanın vəkilləri kimi, "Bloomberg”in sorğularına cavab verməyiblər. Amerika KİV-i xatırladır ki, Cahangir Hacıyev Londonda ilk daşınmaz əmlakını 2003-cü ildə əldə edib.

"O, Britaniya Virgin adalarında qeydiyyatdan keçmiş şirkət vasitəsilə 2,5 milyon funt sterlinqə Naytsbricdə ev alıb. Halbuki, o vaxt onun maaşı 36 min dollardan da az idi.

Hacıyevlərin ikinci mülkü Belqreyviya adlı elit rayonda qiyməti 3,2 milyon funt olan mənzil olub. 2006-cı ildə Zamirə Hacıyeva "Harrods” univermağının loyallıq proqramına qoşulub və sonrakı 90 gün ərzində orada "Louis Vuitton” və digər firmaların mallarına 15 min funtdan çox pul xərcləyib.

2009-cu ilin dekabrında Cahangir Britaniya Virgin adalarında qeydiyyatdan keçmiş "Vicksburg Global” adlı şirkətdən istifadə edərək, Naytsbricdəki iqamətgahını taunhausa (ayrı-ayrı girişləri olan bir neçə çoxmərtəbəli mənzilli ev – red.) çevirib. İsveçrədəki özəl "Barclays” bank şöbəsi Hacıyevə evin alışı üçün 7,5 milyon funt sterlinq məbləğində ipoteka krediti təqdim edib və bu kredit bir neçə ildən sonra tamamilə qapanıb. Sənədləşdirmə ilə "Mishcon de Reya LLP.” şirkəti məşğul olub.

2011-ci ildə "WernerCapital” İsveçrənin "EFGInternational” bank qrupu üçün Cahangir Hacıyevin kapitalı haqqında hesabat hazırlayıb. Həmin hesabata görə, Hacıyevin aktivləri 72,6 milyon dollar təşkil edib ki, bu məbləğə digər İsveçrə bankı olan "BordierCie”də qorunan 4,5 milyon və Azərbaycanda iki iqamətgah, Sardiniyada 15 milyon dollarlıq villa daxil edilib.

Eyni zamanda, siyahıda Londonun cənub-qərbində yerləşən Sent-Corces-Hill adlı nüfuzlu yaşayış məntəqəsində Uorreners adı altında 1,5 akrlıq (1 akr = 0,405 hektar) torpaq sahəsi olub. Bunun qiyməti 3,7 milyon funtdur”.


2013-cü ildə "WernerCapital” Cahangir Hacıyevə daha mürəkkəb bir sövdələşməni həyata keçirməyə kömək edib – Berkşirin kənd yerində, yaşıllıq ərazidə yerləşən, 170 akr ərazisi olan "Mill Ride Country Club” qolf-klubunun alışı.

"Bu məqsədlə "MRGC 2013” və "NaturaLtd.” şirkətləri yaradılıb ki, bunlar sənədlərə əsasən, Hernsidə yerləşirlər. Öz növbəsində "Natura” şirkəti "Western House Nominees” adlı hüquqi şəxsə məxsusdur, - "Bloomberg” davam edir. – Bunlar hamısı isə "Trident Trust” şirkətinin hissələri olub. Elə həmin ilin sentyabr ayının 9-da "Natura” qolf-klubu 10,5 milyon funt sterlinqə alıb.

2016-cı ildə Cahangir Hacıyev həbs edildikdən sonra Zamirə "Christie's” hərrac evi vasitəsilə özünə aid "Cartier”, "Boucheron” və "Van Cleef Arpels” kolleksiyalarından olan zinət əşyalarını satmağa başlayıb. 2016-cı ilin iyun ayına qədər o, 1,5 milyon funt toplayıb.

2016-cı ilin aprelində Böyük Britaniyada yerli şirkətləri sxemə neçə vasitəçi şirkətin daxil olmasından asılı olmayaraq, son sahibkarlar barədə informasiyanı publik açıqlamağa məcbur edən qanun qəbul edilib.

Elə həmin il "MRGC 2013” şirkəti 6 səhifəlik sənəd təqdim edib ki, həmin sənədə görə, Zamirə Hacıyeva trast vasitəsilə şirkətin azı 75 faizinə nəzarət edir. Lakin qanun qüvvəyə mindiyi gün Zamirəni Kiprdə yerləşən hüquq firmasının başçısı Andreas Georgiu əvəz edib”.

2017-ci ildə Hacıyevlərin adından "Mill Ride” qolf klubunun sahibi olan "Natura” şirkəti Londonun "Savills” firmasından daşınmaz əmlakı 14,5 milyon funta satmağı xahiş edib. Lakin kompleks yoxlama aparıldıqdan sonra "Savills” bu işlə məşğul olmaqdan imtina edib.

Ötən ilin payızında Zamirə Hacıyevanın qızı Leyla Mahmudova "Christie's”ə zərgərlik məmulatlarının növbəti partiyasının qiymətləndirilməsi xahişi ilə müraciət edib. "Boucheron” markalı sapfir boyunbağı 100 min funt, "Van CleefArpels” markalı mirvari boyunbağı 20 min funt həcmində qiymətləndirilib. Bu məbləğ onun ilkin qiymətindən (250 min funt) xeyli aşağıdır.

Cahangir həmin boyunbağını 10 il əvvəl İsveçrədən almışdı. NCA zinət əşyalarını müsadirə edib. "Christie's”, Leyla Mahmudovanın vəkili kimi, şərh verməkdən boyun qaçırıb.

"Lakin Zamirə Hacıyevanı daha çox Azərbaycana ekstradisiya olunması ehtimalı qorxudur ki, burada onu ərinin aqibəti gözləyir. İyun ayında məhkəmə iclasının gedişində Azərbaycanın maraqlarını təmsil edən vəkil Hacıyevanı pulların yuyulmasında ittiham edərək, onu mütəşəkkil cinayətkar qrupun üzvü adlandırıb. Zamirə məhkəmənin qərarını Naytsbricdəki evində gözləyir”, - Amerika KİV-i məqaləsini yekunlaşdırır.

Xatırladaq ki, Zamirə Hacıyeva Böyük Britaniyada pulların yuyulmasına qarşı yeni qanunun tətbiq edildiyi ilk əcnəbi olub. O, Böyük Britaniyanın cinayətkarlıqla mübarizə üzrə milli agentliyi (NCA) tərəfindən qanunsuz əldə olunmuş vəsaitlərin leqallaşdırıklması ilə mübariqə üzrə qanun çərçivəsində həbs olunub.

Z.Hacıyeveya qarşı vəsaitlərin mənimsənilməsi üzrə iki ittiham irəli sürülüb və o, istintaq təcridxanasına salınıb. Lakin sonradan onu 500 min funt sterlinq məbləğidə zamin müqabilində azadlığa buraxıblar. Hacıyevlərin Londondakı əmlaklarına həbs qoyulub.// virtualaz.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Zamirə Hacıyeva zaminə buraxılıb

    Zamirə Hacıyeva zaminə buraxılıb ...

    8-11-2018, 15:19

  • 
  • Zamirə Hacıyeva həbs edildi

    Zamirə Hacıyeva həbs edildi ...

    6-11-2018, 21:56

  • 
  • Zamirə Hacıyevanın növbəti məhkəmə iclasının tarixi müəyyənləşdirilib

    Zamirə Hacıyevanın növbəti məhkəmə iclasının ...

    13-11-2018, 15:35

  • 
  • Cahangir Hacıyev Bakıda, Zamirə Hacıyeva Londonda hakim qarşısına çıxarılacaq - GƏLİŞMƏ

    Cahangir Hacıyev Bakıda, Zamirə Hacıyeva Londonda ...

    18-12-2018, 21:58

  • 
  • Cahangir Hacıyevin Londonda daha bir şirkəti tapıldı – Aktivində 75 milyon olub…

    Cahangir Hacıyevin Londonda daha bir şirkəti ...

    9-07-2019, 18:00


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (374)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu