GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Cahangir Hacıyev Bakıda, Zamirə Hacıyeva Londonda hakim qarşısına çıxarılacaq - GƏLİŞMƏ

Cahangir Hacıyev Bakıda, Zamirə Hacıyeva Londonda hakim qarşısına çıxarılacaq - GƏLİŞMƏ

Tarix: 18-12-2018, 21:58 Bölmə :Cəmiyyət Baxış: 474
Cahangir Hacıyev Bakıda, Zamirə Hacıyeva Londonda hakim qarşısına çıxarılacaq - GƏLİŞMƏ


“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin keçmiş rəhbəri Cahangir Hacıyevin və onun Britaniyada polis nəzarəti altına verilmiş həyat yoldaşı Zamirə Hacıyevanın işi üzrə məhkəmə proseslərinin vaxtı məlum olub.
Cahangir Hacıyevə yeni ittihamlar bu ilin əvvəlində verilib. O, bu dəfə keçmiş deputat Dünyamin Xəlilov və daha 18 nəfərlə birlikdə hakim qarşısında dayanacaq. Hazırkı cinayət işi Beynəlxalq Bankın Moskva filialı, xaricdəki kreditlərlə bağlıdır. İş üzrə məhkəmənin növbəti ilin yanvarında olacağı bildirlir. Yada salaq ki, bu ilin yanvarında Cahangir Hacıyevin ən yaxın adamlarından hesab olunan Emin Sadiq qonşu ölkələrdən birində yaxalanıb və Bakıya ekstradisiya olunub. İstintaqın versiyasına görə, E.Sadiq Cahangir Hacıyevin və Beynəlxalq Bank işi üzrə əsas fiqurantlardan biridir, bankın talanmasına yönəlmiş maliyyə maxinasiyalarının birbaşa iştirakçısıdır. Maraqlıdır ki, elə yanvar ayında hüquq-mühafizə orqanları sabiq milli təhlükəsizlik naziri, C.Hacıyevin qudası və biznes şəriki Eldar Mahmudovun ortaqlarından biri Sahib Ağayevi də Qazaxıstanda saxlayaraq, Bakıya gətiriblər.

Sabiq bankirə bu dəfə də CM-in 179 (mənimsəmə), 193-1 (cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması), 213 (vergidən yayınma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və başqa maddələri ilə ittihamlar irəli sürülüb.

Əvvəlki ittihamlar üzrə C.Hacıyev ailə üzvləri və özünə yaxın olan başqa şəxslərin adına Beynəlxalq Bankdan milyonlarla kreditin götürülüb mənimsənilməsində suçlanır. Keçmiş deputat D.Xəlilov da C.Hacıyevlə dostluq münasibətlərindən yararlanaraq rəhbərlik etdiyi müəssisələrdəki işçilərinin adına böyük məbləğdə kreditlər götürüb mənimsəməkdə günahlandırılıb və 13 il həbs cəzası alıb. Apelyasiya Məhkəməsi onun cəzasını 3 ay azaldaraq 12 il 9 aya salıb. Barəsindəki ilk məhkəmə hökmü üzrə Cahangir Hacıyevdən 63 milyon 80 min manat tutularaq, Beynəlxalq Banka verilməsi, ona məxsus olan dəyərli qol saatının və sikkə pulların müsadirə olunması barədə hökm çıxarıb...

Cahangir Hacıyevlə bağlı 2-ci cinayət işi araşdırıldığı bir vaxtda Azərbaycan hüquq-mühafizə orqanları onun Britaniyada yaşayan həyat yoldaşı Zamirə Hacıyeva barəsində də araşdırmalara başlayıblar. 2016-cı ildə Azərbaycanın hüquq-mühafizə orqanları ona qarşı mənimsəmə ittihamı irəli sürüb. Məhkəmənin qərarına əsasən barəsində həbsli axtarış elan olunub. Britaniya hüquq-mühafizə orqanlarına Zamirə Hacıyevanın Azərbaycana ekstradisiyası ilə bağlı müraciət göndərilib. Bundan sonra bu il noyabrın 2-də Z.Hacıyeva Londonda saxlanılıb. Həbsdəki bankirin 55 yaşlı xanımı Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində həbs olunub və sonradan 1 milyon 200 min manat girov qarşılığında ev dustaqlığına buraxılıb. Bu sərəncama əsasən, Hacıyeva var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır. Onun Londonda aldıqları və xərclədikləri isə hətta ən varlı ingilis ailələrinin də böyük marağına səbəb olub.

Zamirə Hacıyeva Londonda 11.5 milyon funt sterlinqə (15.13 milyon dollar) ev alıb. Evin hazırkı qiyməti isə 15 milyon funt sterlinq (19.74 milyon dollar) dəyərində qiymətləndirilir. O, son 10 il ərzində “Harrods”da 16 milyon funt (21.04 milyon dollar) xərcləyib. Bundan başqa, idman klubları alıb və s. Z.Hacıyevanın bilinən xərclərinin ümumi məbləği 109 milyon 140 min dollardır. Londonun Vestminster rayonunun Magistrat Məhkəməsi xanım Hacıyevaya bu varidatın mənbəyini açıqlamaq üçün gələn ilin iyun ayına qədər vaxt verib. 2019-cu ilin iyununda Z.Hacıyeva növbəti dəfə məhkəmə qarşısında dayanacaq. Həmin məhkəmənin qərarından asılı olaraq Z.Hacıyeva Azərbaycana göndərilə bilər./“Yeni Müsavat”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cahangir Hacıyevin ikinci cinayət işinin istintaqı başa çatıb

    Cahangir Hacıyevin ikinci cinayət işinin ...

    11-10-2018, 10:20

  • 
  • Cahangir Hacıyevə qarşı yeni - 3.3 milyardlıq ittiham

    Cahangir Hacıyevə qarşı yeni - 3.3 milyardlıq ...

    29-07-2018, 00:20

  • 
  • Vəkil Cahangir Hacıyevə bəraət istəyib

    Vəkil Cahangir Hacıyevə bəraət istəyib ...

    3-10-2016, 22:43

  • 
  • Qudaların “ikinci başı” da həbsə gedir - Eldar Mahmudov üçqat atəş altında

    Qudaların “ikinci başı” da həbsə gedir - Eldar ...

    19-01-2018, 11:00

  • 
  • “Bandotdel” Cahangir Hacıyevin restoran xərclərini araşdırır

    “Bandotdel” Cahangir Hacıyevin restoran ...

    24-11-2015, 19:24


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu