Azərbaycan hüquq-mühafizə orqanları “Lanset” klinikasının həmtəsisçisi, cərrah Fərman Ceyranlının cinayət işi üzrə daha bir tanınmış həkimi İnterpol xətti ilə axtarışa verib.
Gundemxeber.az-ın xəbərinə görə, bu barədə məlumat İnterpolun saytında yerləşdirilib.
Məlumatda qeyd olunur ki, iranlı cərrah-transpantoloq Tahiri Mahmudi Mohsen insan orqanlarının və ya toxumalarının qanunsuz transplantasiyasında təqsirli bilinir.
Azərbaycan hüquq-mühafizə orqanları Tahiri Mahmudi Mohsen barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.
Qeyd edək ki, adıçəkilən həkim İranda “Xomeyni xəstəxanası”nda fəaliyyət göstərib. Bakıda pasiyentlər arasında daha çox Mohsen Tahiri kimi tanınıb.
O, Azərbaycanda qanunsuz böyrək transplantasiyası ilə məşğul olub. İranlı cərrahım əməllərindən zərərçəkən bir qrup vətəndaşın işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?