GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Baku Medikal Plaza”dakı ölüm işinin sensasion təfərrüatları - onun çalışdığı klinikaya qarşı da iddia qaldırıla bilər, əgər...

“Baku Medikal Plaza”dakı ölüm işinin sensasion təfərrüatları - onun çalışdığı klinikaya qarşı da iddia qaldırıla bilər, əgər...

Tarix: 2-08-2019, 12:43 Bölmə :Cəmiyyət Baxış: 680
“Baku Medikal Plaza”dakı ölüm işinin sensasion təfərrüatları - onun çalışdığı klinikaya qarşı da iddia qaldırıla bilər, əgər...


Bu ilin mayında “Baku Medikal Plaza”da Səhiyyə Nazirliyi Elmi-Təhqiqat Ağciyər Xəstəlikləri İnstitutunun ginekoloqu Sona Gürgün Vəliyeva əməliyyat zamanı dünyasını dəyişib. Yaxınları həkimin ölümündə plastik-estetik cərrah Sirus Qoçqanini və onun assistenti olan həyat yoldaşını suçlu bilirlər. Deyirlər ki, Sirus Qoçqani əməliyyatdan əvvəl həkim həmkarını əməliyyatın tam təhlükəsiz olduğuna inandırıb. Bundan sonra 51 yaşlı həkim əməliyyata razılıq verib, 4 min 500 manat pul ödəyib.

İctimai vəkil Samir Zeynalov deyir ki, əməliyyatdan bir müddət öncə Sona Gürgün Vəliyeva Sirus Qoçqani ilə görüşüb, əməliyyatın təhlükəli olub-olmaması haqda söhbət aparıb: “Sirus Qoçqani Sona xanıma həmin söhbət zamanı deyib ki, liposaksiya əməliyyatı üçün nəzərdə tutulmuş yeni aparat alıblar, həmin aparat heç bir həyati risk yaratmır. Bu aparatla emboliya baş vermir. Bu baxımdan əməliyyatın tamamilə təhlükəsiz olacağına, Sona xanımın peşman olmayacağını və hər şeyin uğurla nəticələnəcəyini deyib. Sona xanımda əməliyyatdan əvvəl Qoçqani və onun assistenti olan həyat yoldaşı əminlik hissi yaradıblar. Əslində isə əməliyyatın keçirilməsinə əks-göstərişlər olub. Sona xanımın zob xəstəliyi, ürəyində aritmiyasının olması əməliyyatdan əvvəl aparılan müayinələr zamanı qeydə alınıb. Əməliyyatdan sonra isə həmin diaqnozların əks olunduğu sənədlər onun çantasından yoxa çıxıb. Qoçqaninin həyata keçirdiyi uğursuz liposaksiya əməliyyatının nəticəsində Sona Gürgün Vəliyeva dünyasını dəyişib”.

Samir Zeynalov qeyd edib ki, baş verən hadisədən sonra Sirus Qoçqani və onun xanımı absurd və böhtan xarakterli ifadələri ictimaiyyət mənsublarına çatdırıblar: “Belə ki, növbəti uğursuz əməliyyata imza atmaqla bir ailəni bədbəxt edən, iki uşağı anasız qoyan Sirus Qoçqani hadisənin mənəvi zərərini pul vasitəsilə qarşılamaq istəyib. Bu məqsədlə Sona Gürgün Vəliyevanın ailə üzvləri ilə görüşüb. Səhlənkarlığa yol verdiyini bu addımı ilə təsdiq edən həkim görüş zamanı ağlabatan təkliflər verməyib. Sirus Qoçqani ailəyə dəymiş mənəvi ziyanı hər aya düşən sabit pul məbləği ilə kredit formasında fiksasiya etmək istəyib. Birinci və sonuncu görüşdən sonra isə bir daha Sirus Qoçqanidən xəbər almaq mümkün olmayıb. Görünən odur ki, adıçəkilən həkim istər peşə, istərsə də digər xarakterli hərəkətlərinə birmənalı olaraq cavabdeh deyil. Bununla belə, Sirus Qoçqani və onun assistenti, həmçinin xanımı olan Könül adlı şəxs hadisə ilə bağlı mətbuatda həqiqətdən kənar fikirlər işlədirlər.

Deyirlər ki, guya Sona Gürgün Vəliyevanın ölümündə zərrə qədər təqsirləri yoxdur. Üstəlik, mərhumənin ailə üzvlərinin tikintisi yarımçıq qalan villanın tikinti məsrəfini qarşılmaq məqsədilə Sirus Qoçqanidən 150 min dollar istədiklərini dilə gətiriblər. Sirus Qoçqani və onun assisteni olan Könül adlı şəxsin belə bir açıqlama verməsi tamamilə həqiqətdən uzaqdır. Əldə etdiyim dəqiq məlumata əsasən, Qoçqani və xanımı mərhumənin dəfn mərasiminə gəlmək, dəymiş mənəvi zərərin qarşılığını ödəmək məqsədilə təklifdə görsəniblər. Bundan öncə isə Sirus Qoçqani baş vermiş bədbəxt hadisənin nəticəsini ört-basdır etmək niyyəti ilə mərhumənin ailə üzvlərini klinikaya danışığa dəvət edib. Görüş əsnasında isə Sirus Qoçqani dəymiş mənəvi zərərin qarşılığını kredit formatında ödəməyi təklif edib. Bu təklif isə haqlı olaraq mərhumənin hüquqi varislərini qane edən addım olmayıb”.

İctimai vəkil deyir ki, liposaksiya əməliyyatı sırf piy emboliyasının baş verməsi hallarına görə riskli əməliyyat sayılır. Əməliyyatla bağlı mərhumə Sona Gürgün Vəliyevanın səhhətində mövcud olan problemlərə dair müayinələrin nəticələri nəzərə alınmadan əməliyyatın icrasına risk edilib. Əməliyyatın nəticəsi isə qeyd olunduğu kimi, bir insanın həyatla vidalaşmasını, bir ailənin isə bədbəxt olmasını şərtləndirib. Bu bədbəxt hadisənin baş verdiyi gün isə Sona xanımın həyat yoldaşı Cem Gürgün infarkt keçirərək xəstəxanaya yerləşdirilib. Hazırda ambulator qaydada müalicəsini davam etdirir.

Samir Zeynalov deyir ki, Sona Gürgün Vəliyeva ölümü ilə müğənni Zemfira İbrahimovanın həyatını xilas edib: Sona xanım əməliyyat masasında dünyasını dəyişəndən 1 gün sonra Qoçqani müğənni Zemfira İbrahimovanı eyni əməliyyata götürəcəkdi. Sona xanımın ölümündən sonra müğənni Zemfira İbrahimova bu istəyindən vaz keçib. Bizdə olan məlumata görə, Sirus Qoçqani plastik-estetik cərrah deyil, ixtisası diş texnikidir".

Samir Zeynalov hadisəyə hüquqi qiymətin verilməsi istiqamətində addımlar atacaqlarını bildirib: ““Baku Medikal Plaza” rəhbərliyi tibb müəssisəsi olaraq işçisinin vurduğu mənəvi zərər görə maddi məsuliyyətini etiraf edib, zərəri könüllü olaraq qarşılmaqdan imtina edərsə, məhkəmə müstəvisində klinikaya qarşı mənəvi zərərin ödənilməsinə dair iddia tələbi irəli sürüləcək. Həkim Sirus Qoçqani barəsində isə analoji uğursuz əməliyyatların bir daha gerçəkləşməməsi üçün cinayət hüququ qaydasında Bakı Şəhər Prokurorluğuna müraciət ediləcək. Cinayət Məcəlləsinin 314-cü maddəsi səhlənkarlıq nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümü və onun barəsində digər ağır nəticələrin yaranması halı zərərvuran şəxsin 5 ilədək azadlıqdan məhrum edilməsi cəzasını müəyyən edir. Eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1112-ci maddəsinə əsasən tibb müəssisəsi cərrahiyyə əməliyyatı nəticəsində vurduğu zərərin əvəzinin ödənilməsinə görə cavabdehdir".
P.S Qarşı tərəfi də dinləməyə hazırıq.//“Yeni Müsavat”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “BAKU MEDİCAL PLAZA”da DƏHŞƏT – Bu dəfə tanınmış həkim can verdi!

    “BAKU MEDİCAL PLAZA”da DƏHŞƏT – Bu dəfə tanınmış ...

    29-05-2019, 10:21

  • 
  • Model qızın ölümündə günahlandırılan həkim haqqında ilginc faktlar

    Model qızın ölümündə günahlandırılan həkim ...

    26-06-2017, 13:19

  • 
  • Baku Medikal Plazada uşaq öldü, meyitini ailəsinə vermək üçün 10 min tələb edirlər – ŞOK İDDİA

    Baku Medikal Plazada uşaq öldü, meyitini ailəsinə ...

    28-06-2018, 16:01

  • 
  • Əməliyyatdan sonra ölən 22 yaşlı modelin həkiminin həbs xəbəri yalan çıxdı: "Həkim azadlıqdadı"

    Əməliyyatdan sonra ölən 22 yaşlı modelin ...

    4-10-2017, 13:48

  • 
  • "Baku Medical Plaza"dan uşaq ölümünü ictimailəşdirən jurnalistə — QEYRİ-ADİ TƏZYİQ

    "Baku Medical Plaza"dan uşaq ölümünü ...

    29-06-2018, 15:46


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu