Əməliyyatdan sonra həyatını itirən 22 yaşlı azərbaycanlı model Leyla Oruclunun həkimi Sirus Qoçxani həbs xəbəri yalan çıxıb.
Lider Tv-də yayımlanan "Bu bizik” verilişinin aparıcı Tarıx Əliyevin (Tolik) bu barədə danışması ilə bağlı xəbər yayılsa da, xəbər həqiqəti əks etdirməyib.
Belə ki, Tolik verilişdə Leylanın ölümü ilə bağlı yox ötən aylarda vəfat edən aktirsa Milanın ölümü ilə bağlı danışaraq, onu əməliyyat edən həkimin həbs edildiyini deyib. Ancaq mətbuatda nədənsə Leylanın ölümü ilə bağlı xəbər dərc edilib.
Mövzunun aktuallığını nəzərə alaraq bir müddət öncə əməliyyat olunduqdan sonra vəfat edən model Leyla Oruclunun həkimi Sirus Qocqani ilə də əlaqə saxladıq. S.Qoçxaninin əməliyyatda olduğunu deyən köməkçisi həkimin azadlıqda olduğunu və konkret olaraq Leyla Oruclunun ölümü ilə bağlı işə xitam verildiyini deyib:
"O işə çoxdan xitam verilib. Həkimin günahı olmadığı bəlli oldu. Prokurora zəng vurub soruşa da bilərsiniz. Həkim azadlıqdadır, hazırda da əməliyyatdadır"
Qeyd edək ki, bu il iyunun 22-də model Leyla "Zəfəran Hospitalda" artıq piylərindən qurtulmaq üçün əməliyyata alınıb. Həmin gün axşam saat 19:30 radələrində onun vəziyyəti pisləşdiyi üçün reanimasiyaya köçürülüb. Leyla 25 iyun tarixində saat 11-də pioemboliya (piy parçasının damarda tıxanıqlıq yaratması) diaqnozundan dünyasını dəyişib.
Sözügedən hadisədən sonra Leyla Oruclunun ailəsi mətbuat vasitəsi ilə dəfələrlə ölümdə həkim Sirus Qoçqanini günahlandırmışdılar. Onlar həkimin əməliyyatdakı səhvlərinin nəticəsində Leylanın öldüyünü bildirmişdilər./azxeber.com
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?