GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Köçməyən sakinlərə meriyadan xəbərdarlıq: «Çox pul istəyirlər – Səbr kasası daşa bilər»

Köçməyən sakinlərə meriyadan xəbərdarlıq: «Çox pul istəyirlər – Səbr kasası daşa bilər»

Tarix: 6-08-2019, 11:37 Bölmə :Cəmiyyət Baxış: 356
Köçməyən sakinlərə meriyadan xəbərdarlıq: «Çox pul istəyirlər – Səbr kasası daşa bilər»


Bakı şəhər icra hakimiyyəti Yasamal rayonu Mirzə Ağa Əliyev küçəsi 150 ünvanında yerləşən qəzalı və son günlərin mübahisəli binası ilə bağlı açıqlama yayaraq buradan köçmək istəməyən sakinlərə xəbərdarlıq edib. İcra hakimiyyətinin məlumatında deyilir:

«Bakı şəhərinin mərkəzində yerləşən yaşayış binası hər an uça bilər, lakin bəzi sakinlər binanı tərk etməkdən imtina edirlər. Söhbət Yasamal rayonu Mirzə Ağa Əliyev küçəsi 150 ünvanında yerləşən 3 mərtəbəli 43 mənzilli binadan gedir. 1889-cu ildə tikilmiş bina istismar müddəti bitdiyi və uzun müddət əsaslı təmir olunmadığından kəskin qəzalı və yaşayış üçün yararsız vəziyyətə düşmüşdür.

Bina hələ 1989-cu ildə Bakı Şəhər XDS İcraiyyə Komitəsinin 16.06.1989-cu il tarixli, 5/195 saylı Qərarı ilə qəzalı hesab edilərək sökülməli idi. Həmin il sakinlərin oradan köçürülməsinə başlanılaraq binadan 23 ailə köçürülmüş, sonradan isə işlər yarımçıq qaldığından buradakı boşalmış mənzillər Qarabağ münaqişəsinin başlanması ilə əlaqədar öz döğma yurdlarını tərk etmiş məcburi köçkünlər tətəfindən zəbt edilmişdir. O zaman ölkədəki mürəkkəb sosial-iqtisadi vəziyyətlə bağlı sakinlərin köçürülməsi və binanın sökülməsi işləri təxirə salınmışdır.

Keçən 30 il ərzində binada vəziyyət daha da ağırlaşmış, bina yaşayış üçün tam yararsız vəziyyətə düşmüş və burada hər an uçma təhlükəsi yaranmışdır. Bu da sakinlərin həyatı və onların əmlakı üçün ciddi təhlükə yaradır.

Hələ 2011 və 2017-ci illərdə Fövqəladə Hallar Nazirliyi, “Azərdövləttikintilayihə” Dövlət Layihə İnstitutunun mütəxəssislərinin burada keçirdikləri təkrar baxışlar bina ilə bağlı əvvəlki rəyləri bir daha təsdiqləmiş, sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onların dərhal köçürülməsi, ərazinin hasarlanması və həyətə girişin məhdudlaşdırılması ilə bağlı akt tərtib olunmuşdur.

Dövlət tərəfindən ayrılmış vəsaitə uyğun bu binada sakinlərin köçürülməsi işlərinə başlanmış və praktiki olaraq buna nail olunmuşdur. 43 ailədən 25-si dövlər tərəfindən ayrılan maddi yardımları alaraq binadan köçmüşlər. Sakinlərin bir hissəsi isə dövlət qurumları qarşısında qeyri-real tələblər irəli sürərək mənzillərini tərk etməkdən imtina etmiş, bundan başqa digərlərini də qanunsuzluqlara təhrik edərək bəzi KİV-də hüquqlarının pozulması ilə bağlı kompaniya təşkil etməyə cəhdlər də etmişlər.

Ötən həftə narazı sakinlərlə Baki Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da görüşmüşdür. Görüş elə qəzalı binada keçirilmışdir.

Görüşdə Eldar Əzizov binanın kəskin qəzalı olması ilə əlaqədar sakinlərin buradan təcili köçürülməsinin vacibliyini vurğulamış, sakinləri özlərinin və yaxınlarının həyatını təhlükəli vəziyyətdən uzaqlaşdırmağa inandırmağa çalışmışdır. Həmçinin bu zaman bildirilmişdir ki, buradakı köçürülmə dövlət əhəmyyətli tədbirlərlə bağlı köçürülmə deyil, binanın istismara yararsız qəzalı vəziyyətdə olması ilə bağlıdır və vətəndaşlara ödəniləcək vəsait kompensasiya yox, maddi yardım kimi qiymətləndirilməlidir. Sözügedən bu binada sakinlərin köçürülməsi ilə bağlı ödəniləcək məbləğ müvafiq qanunvericiliyə uyğun olaraq şəhər üzrə maksimum həddə müəyyən edilib.

Sakinlərin böyük əksəriyyəti vəziyyəti dərk edərək ozlərinin və yaxınlarının həyatı ilə risk etməkdən imtina etmiş və maddi yardımlarını alıb binanı tərk etmişlər.

Sakinlərlə aparılan söhbətlərdən sonra daha 4 ailə qəzalı binanı tərk etmişdir. Hazirda binada yalnız 12 ailə qalıb ki, onlar özlərinə qarşı xüsusi yanaşma tələb edərək qeyri-real şərtlər irəli sürürlər. Belə ki, bu aillərdən 6-sı 90-ci illərdə binadakı boşalmış mənzilləri zəbt etmiş məcburi köçkün ailələridir. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən binada məskunlaşmış digər məcburi köşkünlərə bərabər bu ailələrə də Qobupark yaşayış kompleksində yeni təmirli mənzillər təklif edilmişdir. Hətta bu ailələrin bəzilərinə ailə tərkibinə uyğun olaraq 2 mənzil təklif olunmuşdur. Lakin bu vətəndaşlar onlara təklif edilən mənzillərdən əlavə zəbt etbikləri mənzillərdən çıxmaq üçün maddi kompensasiya da tələb edirlər.

Daha 7 ailə isə sahəsi 12-15 kvadrat metr olan kiçik otaqlarda çox çətin şəraitdə yaşamaqda davam edirlər. Onlara müvafiq qanunvericiliyə uyğun olaraq maksimum həddə maddi yardım təklif edilmişdir. Lakin buna baxmayaraq həmin sakinlər qəzalı binadan köçmək istəmirlər.

Paytaxt Bakı şəhərində sakinlərin evlərindən köçürülməsi problemləri yeni deyildir. Dövlət obyektləri və ya yeni bina tikintisi zamanı əksər hallarda sakinlərin böyük hissəsi onlara təklif edilən kompensasiyalarla razılaşırlar. Yalnız bir neçə ailə olur ki, dövlər qurumlarından və ya tikinti şirkətlərindən özləri üçün daha çox, maksimum miqdarda vəsait əldə etmək üçün evlərini tərk etməkdən imtina edirlər. Onlar müxtəlif instansiylara şikayətlər göndərir, hüquqlarının pozulmasını bildirərək bəzi KİV-lərə müraciətlər edirlər.

Yasamal rayonu M.A.Əliyev küçəsi 150 ünvanındakı binadakı vəziyyəti adi problemlər sirasina aid etmək olardı. Çox hallarda sakinlər inadkarlıq edir, sonradan isə vəziyyəti dərk edərək qəzalı binanı tərk edirlər. Buradakı vəziyyətin digərlərindən fərqi isə kəskin qəzalı olan binadan vətəndaşların təcili olaraq təxliyə olunmasının vacibliyidir.

Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi görüş zamanı hər bir sakini təmkinlə dinləmiş, onların şikayət və istəklərinə qulaq asmışlar. Lakin bir vaxt səbr kasası daşa bilər. Əgər insanlar özləri və yaxınlarının həyatının təhlükədə olduğunu başa düşmək istəmir, buna bilərəkdən yol verirlərsə, bu zaman qanunamüvafiq qaydada məcburi şəkildə köçürülmə tədbirlərinin görülməsi tətbiq edilə bilər. Binanın hər an uça biləcəyini yaddan çıxarmaq olmaz. Bu zaman vətəndaşların həyatının təhlükəsizliyindən vacib heç bir şey ola bilməz».
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mehriban Əliyevadan Bakıda sökülən bina ilə bağlı - TAPŞIRIQ

    Mehriban Əliyevadan Bakıda sökülən bina ilə bağlı ...

    30-07-2019, 11:27

  • 
  • Cəlilabadda bina çökdü: 16 ailə təxliyyə edildi

    Cəlilabadda bina çökdü: 16 ailə təxliyyə edildi ...

    12-11-2015, 13:04

  • 
  • “QANUN KASIBLAR ÜÇÜNDÜR” - Bunu evi sökülən sakinə hansı MƏMUR dedi?

    “QANUN KASIBLAR ÜÇÜNDÜR” - Bunu evi sökülən ...

    30-07-2019, 15:32

  • 
  • Yasamalda 10 ildir yaşayış olan bina dövlət reyestrinə salınmır, sakinlər narazıdır

    Yasamalda 10 ildir yaşayış olan bina dövlət ...

    27-10-2018, 11:06

  • 
  • Bakıda 35 yaşayış binası söküləcək

    Bakıda 35 yaşayış binası söküləcək ...

    28-02-2016, 09:14


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu