GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » İntihar edən 17 yaşlı qızın babası FƏRYAD ETDİ: "Aysun bacısına deyib ki..." - TƏFƏRRÜAT

İntihar edən 17 yaşlı qızın babası FƏRYAD ETDİ: "Aysun bacısına deyib ki..." - TƏFƏRRÜAT

Tarix: 7-08-2019, 13:31 Bölmə :Cəmiyyət Baxış: 619
İntihar edən 17 yaşlı qızın babası FƏRYAD ETDİ: "Aysun bacısına deyib ki..." - TƏFƏRRÜAT


Avqustun 5-dən 6-na keçən gecə Azərbaycanda daha bir yeniyetmə qız intihar edib. Hadisə Cəlilabad rayonunun Əliqasımlı kəndində qeydə alınıb. - 17 yaşlı qızın erkən nikaha məcbur edilməsi səbəbindən canına qıydığı iddia olunur.

Gundemxeber.Az bildirir ki, Cəlilabad rayonu İcra Hakimiyyətinin Əliqasımlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şirinalı Kazımov Modern.az-a intihar faktını təsdiqləsə də, səbəb barədə iddianı təkzib edib

Ş. Kazımov bildirib ki, hazırda Aysun Maqsud qızı Hacıyevanın intiharı ilə bağlı araşdırma aparılır:

"Aysunun anası və atası illər əvvəl boşanıb. Anası ayrıldıqdan sonra başqa bir rayona ərə gedib. Atası da başqa bir qadınla evlənib. İşləyib pul qazanmaq üçün Rusiyaya gedib. Aysun 3-4 yaşından nənə-babasının himayəsində böyüyüb. Özündən başqa bir bacısı, bir qardaşı var. Bacısı da nənəsigillə qalır, 16 yaşı var. Qardaşı isə atasındadır".

İcra nümayəndəsi qızın erkən yaşda ərə verilməsi səbəbindən intihar etməsinin doğru olmadığını vurğulayıb:

"Bu, doğru məlumat deyil. Nə qızın psixi durumunda problem vardı, nə də kiməsə ərə verilirdi. Çünki kənddə belə söz-söhbət olmayıb. Ailə normal, tərbiyəli ailədir. Onun intihar etmə səbəbi istintaq araşdırmasından sonra bəlli olacaq. Hələlik bu barədə dəqiq informasiya yoxdur. Ölümü müəmmalıdır, kəndlilərin bildirdiyinə görə, kimsə ona təzyiq etməyib".

Kənd rəsmisi qeyd edib ki, Aysunun atası artıq Azərbaycana qayıdır, yoldadır:

"Anası isə artıq Əliqasımlı kəndindədir. Hər halda istintaq araşdıracaq".

İntihar edən Aysunun babası İlyas Hacıyev nəvəsinin özünəqəsdi ilə bağlı Modern.az-a ürək yanğısı ilə danışıb. Nəvəsinin erkən nikaha məcbur edilməsi faktını isə qətiyyətlə inkar edib:

"Ümumiyyətlə, Aysuna elçi gəlməsi, onun kiməsə ərə verilməsi söhbəti belə olmayıb. Mənim 70-ə yaxın yaşım var, özüm ziyalı ailədənəm. Mənim atam "Lenin" ordeninə layiq görülmüş adamdır. Mən 1 Aysunumu 10 oğula dəyişməzdim. O, elə bir tərbiyənin, əxlaqın sahibi idi ki... İnana bilmirik bu intihara".

Babanın sözlərinə görə, anası uşaqları atıb gedəndən sonra Aysun çox xiffət edirmiş:

"Ana 3 uşağı atıb getdi ərə, sonra iki uşağı da oldu. Neçə illərdir arayıb-axtarmırdı. Uşaqların üçünü də mən saxlamışam. Oğlum da evlənəndən sonra 16 yaşlı qızla 13 yaşlı oğlan nəvələrim analıqlarıın yanında qalır. Aysunun bacısı ruhi xəstədir. Onların ayrı evi var. Aysun, mən, nənəsi bir yerdə yaşayırdıq. 18 yaşına təzəcə qədəm qoymuşdu Aysunum. Gözəllər gözəli idi, uzun saçları vardı. Ürəyim parçalanır. 24 nəvəm var, biri azaldı. Mən nəvələrimdən ötrü başımdan keçərəm. Aysunum özünə necə qıydı, anlamıram. Elə fərəhlənirdim Aysunumla. Arzum onun toyunu görüb ölmək idi, amma olmadı".

Babanın sözlərinə görə, Aysun "Space" telekanalında xəbərlər buraxılışını izlədikdən sonra bu addımı atıb:

"Bacısı bizdə idi. Aysun bacısına deyib ki, telekanal sabah toyu olacaq 17 yaşlı qızın özünü asdığı barədə xəbər verib. Elə bundan sonra da gedib özünü asıb. Belə xəbərlər yayıldıqca, gənclərimizin beyini pozulur".

İ.Hacıyev bildirib ki, oğlu Rusiyaya yenicə gedibmiş:

"Çoxdandır Qaradağda fəhlə işləyirdi. Dedilər Krımda iş yeri açılıb. 1 həftə idi getmişdi, balasının ölümünü eşidib, indi Azərbaycana gəlir. Aysunun öz anası da dünən yasa gəlmişdi. Gəldi hay-küy saldı getdi. Olan balama oldu, gözəl Aysunuma oldu. Dünən torpağa tapşırdıq. Bizi saxlayan Aysun idi. Bizim qayğımıza qalırdı, dərmanımızı verirdi, təzyiqimizi ölçürdü. Yəqin biz də onsuz çox qalmarıq".

Qeyd edək ki, xəbəri ilk olaraq Oxu.az yayıb.

Xatırladaq ki, bir neçə gün öncə Zaqatala rayonunda da oxşar hadisə baş verib. Orada 17 yaşlı Gülər İsmayılova özünü asıb. Onun intiharına səbəb kimi məcburi ərə verilməsi bildirilir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qardaşı tərəfindən təcavüzə məruz qalan qız həyatına son qoydu

    Qardaşı tərəfindən təcavüzə məruz qalan qız ...

    1-08-2015, 02:01

  • 
  • Saatlıda özünü asan 17 yaşlı qızın toyu olacaqmış - TƏFƏRRÜAT

    Saatlıda özünü asan 17 yaşlı qızın toyu olacaqmış ...

    10-09-2017, 13:34

  • 
  • Saatlıda 17 yaşlı nişanlı qızın şokedici İNTİHAR SƏBƏBİ

    Saatlıda 17 yaşlı nişanlı qızın şokedici İNTİHAR ...

    14-09-2017, 17:27

  • 
  • Cəlilabadda 16 yaşlı qızın intiharının səbəbi

    Cəlilabadda 16 yaşlı qızın intiharının səbəbi ...

    20-04-2018, 11:10

  • 
  • Yeniyetmə qız özünü asdı

    Yeniyetmə qız özünü asdı ...

    25-05-2016, 11:55


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu