Ötən gün günorta saatlarında rayonun Bayxanlı kəndində 16 yaşlı qız haqsızlığa dözməyərək intihar edib.
2002-ci il təvəllüdlü Kamranova Aytac Hüseyn qızı əmisioğlu ilə mübahisə etdikdən sonra həyətdə yerləşən tövlədə özünü asıb. Belə ki, rayon mərkəzində yaşayan əmisioğlu onlara gələrək Aytacın telefonda oğlanla danışmasını irad tutub. Qız isə heç kimlə danışmadığını sübut etməyə çalışsa da, əmisioğlu onun sözlərinə inanmayıb və qızı təhqir edib. Onların mübahisəsi zamanı evdə Aytacın özündən başqa kiçik qardaşı da olub. Bundan sonra qız özünü öldürmək qərarına gəlib və tövləyə düşərək intihar edib. İlkin olaraq onun meyitini qardaşı aşkar edib. Araşdırmalarımız zamanı məlum olub ki, 10-cu sinif şağirdi olan Aytacın atası Bakıda daş karxanasında fəhlə işləyir, anası isə evdar qadın olub. Hadisə baş verəndə məktəblinin anası tarlada olub.
Faktla bağlı Cəlilabad rayon prokurorluğunda cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, qızı intihara sürükləyən əmioğlu istintaqa cəlb edilib.
Sorğu
Yeni dizaynımız necədir?