GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Nəcməddin Sadıkov haqda ŞOK iddia: Azərbaycana erməniləri qorumaq üçün gəlmişdi

Nəcməddin Sadıkov haqda ŞOK iddia: Azərbaycana erməniləri qorumaq üçün gəlmişdi

Tarix: 9-08-2019, 11:29 Bölmə :Cəmiyyət Baxış: 1 032
Nəcməddin Sadıkov haqda ŞOK iddia: Azərbaycana erməniləri qorumaq üçün gəlmişdi


İlham İsmayıl: “Bunun şahidi mənəm, kimdənsə eşitməmişəm”

Bildiyimiz kimi, avqusutun 5-də Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndində “Qarabağ-Ermənistandır” deməsi Azərbaycanda ciddi etiraza səbəb olub. Odur ki, keçmiş MTN zabiti, polkovnik-leytenant İlham İsmayıl və bir qrup vətəndaşımız bu məsələ ilə bağlı Müdafiə Nazirliyinə yollanmışdı. Məqsəd nazirin və yaxud Baş qərargah rəisinin bu məsələyə nə üçün adekvat reaksiya bildirməməsinin səbəblərini öyrənmək idi. Təəssüf ki, İ.İsmayıl buna nail ola bilməmişdi. Buna baxmayaraq o, nazirə və Baş qərargah rəisinə suallarını sosial şəbəkə üzərindən səsləndirmişdi.

Məsələ ictimaiyyətin diqqətində olduğundan “Xural” internet televiziyasının baş redaktoru Əvəz Zeynallı keçmiş DTX zabiti İlham İsmayılı “Siyasət meydanı” verilişinə dəvət edərək, baş verənlərə bir daha aydınlıq gətirib. Gundemxeber.Az Ə. Zeynallının İ. İsmayıldan götürdüyü müsahibənin stenoqramını ixtisarla təqdim edir:

– İlham müəllim, sizin müdafiə naizi ilə görüş cəhdiniz oldu. Bir xəbər çıxdı?

– Mən doğurdanda bir neçə şəxslə, qaçqınlar, köçkünlərlə görüşdüm, hətta rayondan zənglər oldu ki, belə biabırçılıq olmaz. Biz neyləyək? Hamısının da bir qərarı oldu ki, biz hara gedək? Bir nəfər dedi Xarici İşlər Nazirliyinin qabağına gedək, soruşaq onlardan bu, nədir. Hamı dedi ki, Xarici İşlər Nazirliyi bizə nə deyəcək, bizi uzaqbaşı mədəni şəkldə qəbul edib, yola salacaqlar. Dedik, gedək Müdafiə Nazirliyinə ki, siz niyə tərpənmirsiniz, bizi təhqir edirlər, yəni həm də sizi təhqir edirlər. Çox yox, 20-30 adam yığışmışdıq. Amma o 20-30 adam 1 saatın içində 1000 nəfər yığmağa hazır idi, mən qoymadım. Dedim, biz ora gedib çıxsaq, ora polis çağıracaqlar, adını da ictimai asayişi pozmaq qoyacaqlar. Yəni ki, Qarbağ məsələsi, bizim dərdimiz bir tərəfdə qalacaq, kimsə həbs olunacaq. Məsələni bu dərəcəyə endirdim, dedim, tək gedirəm. İki nəfər dedi ki, tək niyə gedirsən, biz də gedək. 2 nəfər də mənə qoşuldu, 3 nəfər getdik. Adi bir qaydadır. Biz dedik ki, ya müdafiə naziri ilə, ya da Baş qərargah rəisi ilə görüş alaq. Dedilər, gedin “Sahil” metrosunun yanında qəbula yazılın. Sizi bir ay ərzində qəbul edərlər. Qəbul otağı “Sahil” metrosunun yanındadır, razılıq alınsa, sizi orada qəbul edəcəklər. Dedim ki, vəziyyət çox gərgindir. Dünənki hadisəyə görə gəlmişik. Dedi, dünən nə olub ki? Mən onu qınamıram, o, qapıda dayanıb. O, əmrə tabe kapitandır, onun da xəbəri yox idi. Başımıza orada 1-2 zabit də yığışdı. Çünki nahar fasiləsinə yaxın idi, nahar fasiləsinə çıxırdılar. Onlar da dedi ki, nə baş verib ki? Gördüm ki, belə çox adi bir gün kimi keçirdirlər. Yəni Paşinyanın Xankəndinə çıxışına çox adi yanaşırlar. Statusumda yazdığım kimi, mən doğurdan da müdafiə nazirinə deyəcəkdim ki, sizi şəxsən bir adam təhqir edəndə ona cavab verirsiniz, yoxsa yox? Siz yekə bir ordunun rəhbərisiniz, faktiki sizi burada təhqir edibdir, siz ona niyə cavab vermirsiniz? Və doğurdan o sualı da verəcəkdim ki, siz müdafiə naziri kimi tarixə necə düşmək istəyirsiniz? Bu cür səssiz, səmirsiz düşmək istəyirsiniz? Elə Səfər Əbiyev kimi gəldin, getdin, qurtardı. Belə düşmək istəyirsəniz? Özünüzdə bir qürur tapın. Düşmənə qarşı mütləq hərəkət etmək üçün ali baş komandan göstərişmi verməlidir? Həqiqətən də düşmən gəlir, əməliyyat xarakterli məsələlərə ali baş komandanın əmr verməyinə ehtiyac yoxdur. Sən deyəcəksən ki, mən atım, yoxsa yox? Sən diversiya, təxribat keçirdə bilərsən. Əlbəttə, bəzi şeyləri heç cəmiyyətə bildirmədən eləmək lazımdır. Təbii ki, baş qərargah rəisi olsa, ona da sual verəcəkdim ki, siz zamanında bizim ölkəyə gələndə başqa funksiyanı yerinə yetirmisiniz.

Nəcməddin Sadıkov haqda ŞOK iddia: Azərbaycana erməniləri qorumaq üçün gəlmişdi


-Baş qərargah rəisinə sualı Azərbaycan dilində verəcəkdiniz?

– Qərargah rəisi bizim dili bilmir. Həmişə onunla rusca danışmışam.

-Sizin onunla bağlı bir xatirəniz var. Mən sizin kitabınızda oxumuşam. Nəcməddin Sadoqov bura erməniləri qorumağamı gəlmişdi?

-Bəli, o vaxtı o, Ukrayna batalyonunun komandir müavini idi və Xanlara gəlmişdi. Mən Xanlar rayonunun kuratoru idim. Çox yanlış da bir hərəkət elədilər. Bizə xəbər eləmədən yolu kəsmişdilər. Gəlib-gedəni Xanlar rayonuna, şəhərin içinə də buraxmırdılar. Mən dedim ki, siz kimsiniz, bura haradan gəlmisiniz? Ondan sonra, o vaxtıkı İcraiyyə Komitəsinə gəldilər. Orada prokuror, polis rəisi, mən və birinci katib oturduq, bunlarla söhbət elədik ki, belə işlər yaramır. Bu, onda ilk dəfə çıxış elədi ki, mən müavinəm, bir tərəfim azərbaycanlıdır, elə beləcə də dedi.

Nəcməddin Sadıqov erməni general Mikael Arutyunyanla

-Yəni o vaxtı da bu rusca danışırdı?

-Bəli, indi də rucsa danışır, onda mayor idi. Hətta yadımdadır, biz dedik ki, eyni rütbədəyik. Mən də, o da mayor idi. Bu adi bir şey idi. Onu ora göndərmişdilər ki, guya, rayonun erməni əhalisini azərbaycanlılardan qorumalısınız. 1991-ci ilin 20 aprelinə qədər BTR-lərini Hacıkəndlə Çaykəndin arasına yerləşdirmişdi.

-Deməli, bu gün Azərbaycanın Baş qəragah rəisi general-polkovnik Nəcməddin Sadıqov bu ölkəyə 1988-ci ilin noyabrında Xanlar rayonunda yaşayan ermənilərin təhlükəsizliyini qorumaq üçün bura gəlib?

-Bəli, birmənalı şəkildə. Bunun şahidi mənəm, kimdənsə eşitməmişəm.

-Aprel savaşında da dayanma əmrini bu general vermişdi, eləmi?

– Belə çıxır ki, dayanma əmrini Rusiya verib. Yəni Rusiya telefonla deyib. Bunlara da baş qərargah rəisi deyib ki, dayanın. Mən indi bəzi detalları demək istəmirəm. Bu da bizi böyük uğursuzluqlara apardı, çıxartdı. Yəni hücuma keçən, arxa hissəyə keçən döyüşçülərin köməyinə gedilməyəndə onlar Talış istiqamətində mühasirəyə düşmüşdülər. Bilirsiniz, bütün bunlar hamısı detallardır. Mən də zamanında SSRİ Dövlət Təhülkəsizlik Komitəsinin əməkdaşı olmuşam. Amma mən öz respublikamın əleyinə heç bir iş görməmişəm. Yəni o başqa məsələ idi, indi söhbət bundan gedir ki, o, bir Azərbaycan ordusunun baş qərargah rəisidir. İndi nə işlə məşğuldurlar?

-Bəs dünəndən bu günə qədər sizə Müdafiə Nazirliyindən zəng gəldimi?

– Xeyr, mən orada dedim ki, mən filankəsəm, Baş qəragah rəisi məni tanıyır, mənim telefonumu da, məni tapmağınız da sizin üçün problem deyil, zəng eləyərsiniz, soruşarsınız. Əgər lazımdırsa, gəlim söhbət eləyək. Bilirsiniz ki, burada təkcə onlara sual vermək məsələsi deyildi. Mən bir vətəndaş kimi ora getmişdim ki, xalq da görsün, bilsin ki, mən ora özümü reklama getməmişdim. Mən bütün gecəni əsəb içində idim və səhər duranda dedim ki, birinci ora gedəcəm ki, siz niyə belə eləyirsiniz, bəlkə mənim bilmədiyim işlər var, siz açın, mənə deyin, mən də deyim ki, yox, vəziyyət doğurdan başqa cürdür. Hətta onu da fikirləşdim ki, bəlkə xüsusi bir göstəriş var. Bəlkə bir aydan sonra əməliyyat olacaqdır. Öz-özümə bunu fikirləşirdim.

İnsanlar toplaşmışdılar, siz elə bilməyin ki, gənclər bu məsələyə biganədir. Ora yığışanlar gənclər idi. Hətta o qədər əsəbi idilər, deyirdilər ki, gedək haranı daşlayaq, vuraq. Mən qoymadım.

-Hakimiyyətin reaksiyasını bildik. Deyəsən, prezident ölkədə deyildi. Müdafiə naziri ölkədə idimi?

-Mən bir status yazdım ki, normal dövlət belə vəziyyətdə Təhükəszilik Şurasının iclasını çağırır. Heç 5 dəqiqə deyildi, statusum qalmışdı, dedilər ki, yetərsay yoxdur. Əgər belə bir şey olsa, yetərsay olmayacaq. Çünki Təhlükəsizlik Şurasının bəzi üzvləri ölkədə yoxdur, istirahətə gediblər. Biz acınacaqlı vəziyyətdəyik. Bayaq bir opponentim var idi, deyir ki, biz çox güclü orduyuq. Deyirəm, mən də istəyirəm ki, biz güclü ordu olaq. Deyir ki, bizim xüsusi təyinatlı dəstəmiz var. Dedim, paradda göstərilənləri deyirsiniz? Dedim, onların gücü Qarabağda reallaşdırılmasa, onlar “parad ordusu” kimi yadda qalacaq. O generallara da illərlə “parad generalları” deyiləcək.

– Orduya xərclənən 26 milyard dolların yarısının yeyildiyinə, yarısına da köhnə silah alındığına qəti inam var. Neçə gündür Azərbaycan ordusunun bir pilotu uçuq-salxaq təyyarə ilə dənizə düşüb, hələ də tapılmır.

– O təyyarələr haqqında mən sizə kiçik informasiya deyim. O təyyarələrin 1969-cu idən layihəsi var idi, 1983-cü ildən istehsala başladılar. 1990-cı illərdə burada Zəyəmdə, Nasosnuda var idi. Mən özüm də şahidəm ki, onlardan bəzilərini Zəyəmdə saxladıq. Söhbət 1992-ci ilin əvvəlindən gedir. Gör, neçə il keçib. İndiki halda bu təyyarələrin təzəsinin qiyməti 22 milyon dollardır. Lap bunu yarı qiymətə alıblarsa, bu da itkidir. Mən pul silməkdir deyə bilmirəm, hər halda, bunun yaxşısını ala bilərdilər. Burada da müəmma qalır ki, bunu kim vurubdu? Necə vurublar? 27 metr dərinlik nədir ki, okean deyil, Marian çökəkliyi deyil, bu, niyə tapılmır? Biabırçılıqdır. Bilirsiniz, bir-birinin ardınca uğursuzluqlar, heysiyyətimizə toxunan, millət olaraq təhqir olunan hadisələr baş verir. Siz fikir verdiniz, bir əsgərin əlindən silahın alınmasına Azərbaycan xalqının reaksiyası çox pis oldu. Bu, lap provakasiyadır. Sənin əlindən silah necə alına bilər? Xalq artıq istəmir. Bəlkə də Qarabağ məsələsi bizim xeyrimizə həll olunmuş olsaydı, Gürcüstan o məsələni qaldırmazdı. İndi görür ki, bizim vəziyyətimiz ağırdı, bu məsələləri qaldırır, üstümüzə gəlirlər. Çünki hər yerindən duran məsələsi var. Deyir, yuxudan duran kimi gedim deyim mənim pulumu, ya torpağımı ver. Bax, bizim üstümüzə o şəkildə gəlirlər. Çünki biz problemi həll etməmişik. Deyirik ki, cənubda, şimalda sepatçılıq var. Biz Qarabağ prolemini həll edək görək, bu ölkədə ikinci bir separat dalğası yaranır, yoxsa yox? Onun hamsının kökünü Qarabağ məsələsi, bizim qətiyyətimiz kəsə bilər.

-Bayaq dediniz Təhlükəsizlik Şurasında yetərsoy yoxdur. Bu, dəhşətli bir şeydir…

-Onu bəlkə də mənə yarızarafat, yarı ciddi deyiblər, amma dedi ki, çağırılsa da, yetərsay alınmayacaq.

-Paşinyanın bu biabırçılığından 48 saat keçibmi?

-2 sutkadan çox keçib. Faktiki olaraq əlimizə fürsət düşmüşdü. Biz bu fürsəti dəyərləndirə bilmədik. Hücum yox e, heç bir toplantı görüntüsü yoxdur. Hansısa bir nazir pul yeyəndə əməliyyat keçirilir. O məhkəmə, bu məhkəmə keçirilir. Bir-birinin dalınca televiziya verilişləri olur və.s. Paşinyanın bizi bu qədər təhqiri bir əməliyyata dəymədi? Yenə deyirəm, bu əməliyyat həm ermənilərə, həm də bizə mesaj olacaqdı. Bizim ruhumuz qalxacaqdı, onların ruhu düşəcəkdi. Amma əks proses gedir.

– Bəs müxalfətin reaksiyası sizi qane edirmi?

-Mən şəxsən heç bir şey görmədim. Ola bilsin ki, hansısa internet kanalında nəsə danışıblar. Danışmaq olar. Amma bu danışmaq məsələsi deyil ki.

-Ən azından neyləməlidirlər?

-Ən azından bir toplantı çağırmalıydılar, məsələni müzakirə etməliydilər. Bütün müxalif partiyaları bir yerə yığmalıydılar. Nüfuzu olan müxalif nümayəndələr bir yerə toplanıb, sözlərini deməlidirlər. Mən hələ gözləyirəm. Yəqin bəlkə də olacaq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nəcməddin Sadıkovun vəzifədən çıxarılma xəbərinə rəsmi reaksiya - Nazirlikdən açıqlama

    Nəcməddin Sadıkovun vəzifədən çıxarılma xəbərinə ...

    10-05-2016, 22:43

  • 
  • Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ABŞ-a gedib

    Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah ...

    21-10-2017, 19:14

  • 
  • Jurnalist Əvəz Zeynallı Mehman Əliyevlə götürdüyü müsahibəsinə görə Baş Prokurorluğa çağrıldı

    Jurnalist Əvəz Zeynallı Mehman Əliyevlə götürdüyü ...

    27-01-2018, 17:43

  • 
  • Nəcməddin Sadıkov Belarusa gedib

    Nəcməddin Sadıkov Belarusa gedib ...

    21-08-2018, 15:21

  • 
  • Xədicə İsmayıl həbs olundu

    Xədicə İsmayıl həbs olundu ...

    5-12-2014, 20:31


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (379)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu