GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Erməni əsgərin Azərbaycan tərəfinə qaçmasının DƏHŞƏTLİ SƏBƏBLƏRİ

Erməni əsgərin Azərbaycan tərəfinə qaçmasının DƏHŞƏTLİ SƏBƏBLƏRİ

Tarix: 15-08-2019, 12:25 Bölmə :Cəmiyyət Baxış: 595
Erməni əsgərin Azərbaycan tərəfinə qaçmasının DƏHŞƏTLİ SƏBƏBLƏRİ


Kazaryan Aro Xaykoviçin işğal altındakı Dağlıq Qarabağ bölgəsinə yerləşdirilmiş erməni hərbi birləşmələrindən fərarilik edərək, ağ bayraqla Azərbaycan tərəfinə təslim olması Nikol Paşinyan hakimiyyətinin erməni ordusu haqda yaratmaq istədiyi mifi dağıtdı. Nikolun “dünyanın ən güclü 20 ordusundan biri etmək istədiyi erməni ordusu” təkcə qeyri-qanuni münasibətlər, zorakılıq və dəhşətli hadisələrin yaşandığı yox, həm də mövcud vəziyyətə dözməyən əsgərlərin döyüş postunu tərk etməsi hallarının mütəmadi olaraq baş verdiyi hərbi birləşmədir. Bədənində zədələr, əllərində popiros kötüyünün söndürüldüyü Kazaryanın xilas olmaq üçün Azərbaycan tərəfinə qaçması erməni ordusu haqda yazılanların təbliğat yox, fakt olduğunu təsdiqlədi.

Kazaryan avqustun 12-də səhər saatlarında cəbhənin Füzuli istiqamətində işğalçı ordudan qaçaraq, Azərbaycan Ordusuna sığındı. O, xidmət etdiyi hərbi hissədə mövcud olan özbaşınalıq, qeyri-insani münasibət, komandirlərinin və digər əsgərlərin təzyiqinə məruz qaldığı üçün fərarilik etdiyini deyir.

Mümkündür ki, Kazaryan üzləşdiyi təhqirlərə və alçaldılmasına dözməyərək, şüurlu şəkildə qaçmaq planı qurub və səhər saatlarında postda olanda tək qalan kimi silahını qoyaraq, qaçıb. Erməni əsgərin üzərindəki zədələr, xüsusilə əlində popiros kötüklərinin söndürülməsi nəticəsində yaranan izlər erməni hərbi birləşmələrində baş verənləri əyani şəkildə göstərir. Görünür, 19 yaşlı erməni əsgər üçün yeganə çıxış yolu Azərbaycana sığınmaq olub.

Bu hadisədə üç məqam xüsusilə diqqət çəkir.

Birincisi, Kazaryanın Ermənistan vətəndaşı olmasıdır və bu, işğalçı ölkənin Qarabağdakı separatçı rejimin “özünümüdafiə dəstələri” uydurmalarını ifşa edən növbəti faktdır. 19 yaşlı erməni əsgər Ermənistanın Vayotsdzor vilayətinin Yexeqis kəndindəndir və digər kasıb ailələrin uşaqları kimi Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə hərbi xidmətə göndərilib. Bu fakt bir daha təsdiq edir ki, Ermənistan vətəndaşları işğal altındakı bölgədə hərbi xidmət keçir və Qarabağa separatçı rejim yox, rəsmi İrəvan nəzarət edir. Azərbaycan danışıqlar masasında bu faktdan istifadə edə biləcək.

İkincisi, Kazaryan amili Ermənistan ordusunda acınacaqlı vəziyyətin keçmiş rejimin dövründəki kimi davam etdiyini əyani şəkildə sübut etdi. İndiyə qədər erməni mediası orduda korrupsiyanın, özbaşınalığın, qeyri-insani münasibətlərin olduğunu yazır, komandirlərin əsgərləri təhqir etdiyini, əsgərin əsgəri pis əməllər üçün istifadə etdiyini qeyd edirdilər.

“İnqilab heç nəyi dəyişmədi, “daxili düşmən” erməni əsgərlərini qırır. Korrupsiya, səriştəsiz komandirlər, qeyri-qanuni münasibətlər – ordunun ən böyük bəlası hələ də qalmaqdadır”, - ermənilər yazırlar.

Erməni şərhçi Qalust Qriqoryan bu ilin aprel ayında yazırdı ki, Ermənistanda gənclər ordudan yayınmaq üçün özlərini gey kimi təqdim edirlər.

“Son illərdə Ermənistan cəmiyyətində silahlı qüvvələrin nüfuzu sürətlə düşür. Çoxsaylı əsgər ölümləri təkcə ön cəbhədə yox, həm də arxada, döyüşün getmədiyi yerlərdə də qeydə alınır. Zabitlərin əsgərləri təhqiri, genişmiqyaslı korrupsiya, “dedovşina”, normal qidalanma və geyimin yoxluğu, xüsusilə alt paltarlarının çatışmazlığı və digər hallar erməni gənclərinin ordudan qaçmasına səbəb olub. Bütün bunların fonunda erməni generallarının sərbəst həyat tərzi qıcıq yaradır. 2016-cı ilin “aprel müharibəsi”ndə çoxlu erməni əsgərinin ölümünü də əlavə etsək, erməni gənclərinin belə orduda xidmət etmək istəməməsi təbiidir. Hansı ailənin imkanı varsa övladlarını orduya göndərmir, yaxud da arxa cəbhədəki “elit” hərbi hissələrə göndərirlər. Bütün bunlara görə erməni gənclər ordudan yayınmağın çıxış yolu kimi gey olmaqda görürlər, çünki homoseksuallar hərbi xidmətdən azaddır. 2003-cü ildə Ermənistanda homoseksuallığa görə cinayət tərkibi ləğv edilməsi, 2008-ci ildə seksual oriyentasiya və gender bərabərliyi haqqında BMT Bəyannaməsinin imzalanması da buna geniş imkanlar yaradır. Təbii ki, hərbi komissarlığı və tibb komissiyasını aldatmaq elə də asan deyil, lakin bu, hərbi xidmətə getməmək qərarını verən cavan oğlanlar dayandırmır. Onlar hərbi xidmətə getməmək və həlak olmamaq üçün hər şeyə hazırdırlar”, - deyə erməni şərhçi qeyd edirdi.

Kazaryanın başına gətirilənlər erməni gənclərin belə orduda xidmət etməmək üçün hətta gey olmağa da razı olmasını təəccüblü etmir.

İnqilabdan sonra ermənilər bütün sahələrdə olduğu kimi orduda da vəziyyətin düzələcəyinə ümid edirdilər. Lakin bütün sahələrdə olduğu kimi orduda da vəziyyət düzəlmədi, hətta əvvəlkindən daha da çətinləşdi. Erməni mediası yazır ki, Sarkisyan rejimi heç olmasa itkilərin sayını açıqlayırdı, Paşinyan rejimi isə bunu qadağan edib və döyüş, eləcə də qeyri-döyüş şəraitində ölən əsgərlər bir çox halda gizli dəfn edilir, faktın üstünü açmamaları üçün ailələrinə təzyiqlər olunur. Kazaryanın fərarilik etməsinə müdafiə naziri David Tonoyanın münasibəti və bu münasibətə göstərilən reaksiyalar da Paşinyan hakimiyyətinin orduya yanaşmasını göstərir.

“Hazırda istintaq edir, lakin mən əminəm ki, əsgərimiz azıb”, - Tonoyan Kazaryanın fərarilik edərək, Azərbaycan tərəfinə keçməsinə belə münasibət bildirib. Hərçənd, Kazaryanın əlində ağ bayraqla Azərbaycan Ordusunun mövqelərinə yaxınlaşması Tonoyanın sərsəmlədiyini göstərir.

Ermənistan mediası da müdafiə nazirinin açıqlamasını biabırçılıq adlandırıb.

“Armenianreport” saytı yazır ki, Tonoyan Nikol Paşinyanı təkrarlamaqla məşğuldur.

“Tonoyan faktı etiraf edə bilər və belə halların başqa ölkələrdə də yaşandığını deyə bilərdi. Lakin o, qorxusundan səhv yolla getməyi üstün tutdu və kimlərisə cəzalandırmaq haqda danışır. Bu, o Tonoyandır ki, orduda islahatları həyata keçirmək əvəzinə, populist bəyanatlar verməkdən başqa heç nə etmədi. Tonoyan da Paşinyanı təkrarlayır. Baş nazir düşüncəsizcə xalqın etibarını xərclədi, Ermənistanın üzünü Qərbə açmadı, islahatçı olmadı, qanunsuzluğa qalib gələ bilmədi, bir sözlə heç nə bacarmadı. Ordudakı vəziyyət bunun ən parlaq nümunəsidir”, - sayt yazır.

Məqalədə bildirilir ki, orduda zorakılıq, əsgərin alçaldılması hallarını inkar etmək olmaz: “Ermənistan kiçik ölkədir və burada heç nəyi gizlətmək mümkün deyil”.

Erməni şərhçi Qalust Qriqoryan isə yazır ki, Kazaryanın fərariliyi fövqəladə hadisədir, lakin müdafiə naziri yalan danışmağa davam edir.

“Tonoyan ordudakı problemləri gizlətməyə çalışır. Korrupsiyanın, zabit özbaşınalığının olmadığını iddia edir. Xalqın əlində dəmir kimi faktlar var, bunu necə inkar etmək olar?! 2016-cı ilin “aprel müharibəsi”ndə itkilərin sayı gizlədilirdi və bu gün də eyni şeylər təkrarlanır. Görünür, hakimiyyət Robert Koçaryanla mübarizəni daha üstün tutur”, - Qriqoryan yazır.

Bu faktlar işğalçı orduda ciddi çaxnaşmanın olduğunu təsdiqləyir və Ermənistanın hərbi-siyasi rəhbərliyi vəziyyətin qarşısında acizdir.

Üçüncüsü, Kazaryanın fərariliyi ermənilərin özlərinin olmayan torpaq uğrunda döyüşmək istəmədiyini yenidən gündəmə gətirdi. “Aprel müharibəsi”ndə işğalçı orduda fərarilik adi hala çevrilmişdi və postdan qaçan əsgərlər “bizim olmayan torpağa görə ölmək istəmirik” deyirdilər. Eyni vəziyyət davam edir, xüsusilə ermənilər onları alçaldan ordunun sıralarında işğal etdikləri torpaqlarda qalmaq istəmirlər. İndiyə qədər erməni əsgərlərin dəfələrlə ağ bayraqla Azərbaycan tərəfinə keçməsi faktı da bunu sübut edir. Maraqlıdır ki, ermənilər işğal altındakı torpaqlarda hərbi xidmətə gəlməmək üçün hər şeyə əl atırlar: rüşvət verir, özlərini gey kimi aparır, ölkədən qaçır. İndi isə onlar çıxış yolunu Azərbaycan tərəfinə keçməkdə görürlər./publika
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan ordusu erməni mövqelərinə artilleriya zərbələri endirib

    Azərbaycan ordusu erməni mövqelərinə artilleriya ...

    8-02-2017, 01:48

  • 
  • Suriya erməniləri Qarabağda

    Suriya erməniləri Qarabağda ...

    26-12-2012, 16:37

  • 
  • Qazaxda tutulan erməni xüsusi təyinatlısının fotoları

    Qazaxda tutulan erməni xüsusi təyinatlısının ...

    19-07-2018, 12:40

  • 
  • Azərbaycan ordusu 6 erməni əsgərini məhv etdi, yaralılar var

    Azərbaycan ordusu 6 erməni əsgərini məhv etdi, ...

    18-06-2017, 02:04

  • 
  • Dağlıq Qarabağda daha bir erməni əsgəri ölüb

    Dağlıq Qarabağda daha bir erməni əsgəri ölüb ...

    27-09-2018, 11:40


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu