GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Yol polisi ləğv edilə bilər - İDDİA

Yol polisi ləğv edilə bilər - İDDİA

Tarix: 15-08-2019, 14:26 Bölmə :Cəmiyyət Baxış: 347
Yol polisi ləğv edilə bilər - İDDİA


Daxili İşlər naziri Vilayət Eyvazov artıq start verdiyi kadr islahatları ilə kifayətlənməyəcək, həm də ciddi struktur dəyişikliyi edəcək.

Gundemxeber.Az bildirir ki, BakuPost-a daxil olan məlumata görə, yeni nazir işə başlayan ilk gündən polisin reputasiyasının yaxşılaşdırılması, insanların hüquq-mühafizə orqanlarına münasibətinin dəyişməsi üçün ciddi layihələr həyata keçirməyə başlayıb. Bunun üçün o, ilk növbədə hamı tərəfindən birmənalı şəkildə rüşvət, korrupsiya mənbəyi olan bəzi qurumların yenidən qurulması, bəzilərinin isə tamamilə ləğv edilməsi barədə tədbirlər planı hazırlayıb. Məlumata görə yeni nazir ilk olaraq Qeydiyyat-İmtahan İdarələrinin ləğvini nəzərdə tutub.

Yada salaq ki, bu idarələrin ləğv edilməsi xeyli müddətdir müzakirə mövzusudur. Əsas işi sürücülük vəsiqələrinin və avtomobillərinin dövlət qeydiyyat nişanlarının verilməsi olan bu idarələrin səlahiyyətinin başqa aidiyyəti qurumlara verilməsi dəfələrlə gündəmə gəlsə də, hansısa qüvvələr onu ertələyib. Yeni nazir isə bu işi tez bir zamanda həll etməyi planlaşdırıb.

Vilayət Eyvazovun nəzərdə tutduğu daha bir addım isə kifayət qədər sensasion hesab oluna bilər. O, əksər Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da yol polisinin ümumiyyətlə, ləğv olunmasını istəyir. Yeni nazir böyük vəsaitlər hesabına alınmış radarlar, təhlükəsizlik kameraları olduğu halda yol polisi ordusuna zərurət hesab etmir.

Mənbənin verdiyi məlumata görə, yol polisinin səlahiyyətlərinin əsasən üç qurum arasında bölünəcək - Post Patrul Xidməti, Nəqliyyat Agentliyi, ASAN xidmət. Bu köklü dəyişikliyin ilin sonuna qədər reallaşması gözlənilir.

Yeri gəlmişkən, son günlərdə yol polisində iki yüksək vəzifəli şəxsi - Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polkovnik Mübariz Şahbazovu və Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini, polkovnik Müşfiq Rəhimovu tutduğu vəzifədən azad edib və heç birini yerinə təyinat olmayıb.

"Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev hesab edir ki, yol polisinin ləğvi indiki halda aktual deyil: "Avropanın yedəyində getməyə lüzum yoxdur. Dövlət Yol Polisi ləğv edilməməlidir. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra, biz insan hüquqları ilə bağlı ümumiyyətlə təhlükəsizliyin təmin olunması, vətəndaşların hüquq və azadlıqlarının mühafizəsi ilə bağlı demək olar ki, bütün normalara, konvensiyalara, müqavilələrə qoşulmuşuq. Bu baxımdan Azərbaycanda istər yol hərəkətinin tənzimlənməsində, istər piyadaların qorunması, istərsə də vətəndaşın digər müraciət hüququnun təmin olunması istiqamətində kifayət qədər meydan var və yetərli qədər də iş görülür.

Həm dövlətin, həm təhülkəsizliyinin təmin olunmasında, həm də sabitliyin dayanıqlı qorunmasında bu DİN-in hədsiz dərəcədə əməyi var.

Ola bilsin, Avropa ölkələrində yol polisi yoxdur. Amma Azərbaycanda bu gün yol polisinə çox böyük ehtiyac var.

Pentensiar xidməti nə qədər Daxili İşlər Nazirliyin nəzdində idi, hər şey yaxşı idi. Amma biz birdən-birə onu Ədliyyə Nazirliyinə verdik ki, Avropada belədir. Bir müddət o keçid ərəfəsində bəzi mürəkkəb çətinliklər oldu. Daxili İşlər Nazirliyinin kifayət qədər təcrübəsi və peşəkarlığı hiss olunan bu qurumları ləğv etmək və yeni bir quruma vermək və yaxud ASAN xidmətə vermək çətin məsələdir. ASAN xidməti hədsiz dərəcədə şişirmək olmaz. Belə çıxır ki, ASAN xidmət qurumların alternatividir. Bu addımın atılmasına lüzum görmürəm”.

Keçmiş polis rəisi, Almaniyada yaşayan hüquq müdafiəçisi Əlövsət Əliyev isə yol polisinin və yol polisinin tabeliyində olan qurumların ləğv edilməsinin, başqa aidiyyəti qurumlara verilməsinin vacib olduğunu bildirib: "Məsələn, Sürücülük vəsiqələrinin verilməsi ilə bağlı imtahanı polis niyə götürməlidir? Bu, korrupsiyaya yol açan haldır. Bu qədər yol polisi nəyə lazımdır? Onda dövlət külli miqdarda vəsait xərcləyərək radarları, kameraları niyə alıb? Yollarda avtomobil qovan yol polislərini daha çox dəftərxana işlərinə cəlb etmək lazımdır ki, kameralara, radarlara nəzarət gücləndirilsin. Cərimələrin vaxtında sürücülərin ünvanına çatdırılması məsələsində operativlik təmin olunsun”.

Ə.Əliyev hesab edir ki, yol polisinin ləğv edilməsi yaxın zamanlarda reallaşa bilər: "Vilayət Eyvazov Avropa təcrübəsini bilən, bu prosesləri yaxından izləyən adamdır. Və yenilikləri tətbiq etməyə meylli şəxsdir. Hesab edirəm ki, polis sistemində o çox ciddi dəyişikliklər edəcək”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ödənişli təhsil üzrə qəbul planı ləğv ediləcək

    Ödənişli təhsil üzrə qəbul planı ləğv ediləcək ...

    25-10-2013, 11:01

  • 
  • Azərbaycanda 2 nazirlik və 3 dövlət komitəsi ləğv ediləcək - siyahı

    Azərbaycanda 2 nazirlik və 3 dövlət komitəsi ləğv ...

    8-02-2015, 22:45

  • 
  • Ramil Usubov kollektivlə sağollaşıb, Vilayət Eyvazov nazir qismində təqdim edilir

    Ramil Usubov kollektivlə sağollaşıb, Vilayət ...

    21-06-2019, 12:13

  • 
  • Nazir əvəzi nazirlikdə ciddi islahatlara başladı

    Nazir əvəzi nazirlikdə ciddi islahatlara başladı ...

    1-12-2015, 13:17

  • 
  • Məhkəmə aktlarından şikayət verilərkən tələb olunan dövlət rüsumu ləğv edilə bilər

    Məhkəmə aktlarından şikayət verilərkən tələb ...

    30-05-2013, 22:17


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu