GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bakıda Poroşenkonun kiflənmiş konfetləri satışda

Bakıda Poroşenkonun kiflənmiş konfetləri satışda

Tarix: 15-08-2019, 15:18 Bölmə :Cəmiyyət Baxış: 754
Bakıda Poroşenkonun kiflənmiş konfetləri satışda


Bakının supermarketlərindən birində satılan “Roshen” firmasına məxsus kiflənmiş “Galaretka” şokoladları ilə bağlı araşdırmalara başlanılıb. Bu barədə virtualaz.org-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə virtualaz.org saytından sözügedən məsələ ilə bağlı məlumat daxil olub və araşdırılması üçün Agentliyin aidiyyəti şöbəsinə yönləndirilib. Hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir. Araşdırmalar yekunlaşdıqdan sonra nəticələri ilə bağlı ictimaiyyətə geniş məlumat veriləcək.

Məlumatda qeyd olunur ki, AQTA qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti və tənzimləməni həyata keçirir. Agentlik tərəfindən ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir.

Məhsullar gömrük ərazisinə daxil olunduqdan sonra daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir. Ölkəyə idxal edilən məhsullardan Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinə edilir. Ekspertizanın nəticələri uyğun olduqda sahibkarlar məhsulları yerli bazarda sərbəst ticarət dövriyyəsinə daxil edə bilirlər.

Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir. Əgər vətəndaşların satış müəssisələrində satılan qida məshulları ilə bağlı şübhələri olarsa, bu barədə Agentliyin 1003 “Çağrı Mərkəzi”nə zəng edib məlumat verə bilərlər.

***

Ötən gün əməkdaşlarımızdan biri Bakının mərkəzindəki iri supermarketlərin birindən məşhur Ukrayna brendi olan “Roshen” şirkətinə məxsus “Galaretka” şokoladlı konfeti alıb. Lakin konfeti açanda məlum olub ki, məhsul xarabdır, kiflənib. Rəngi ənənəvi şokolad rəngində deyil, sarımtıl rəngə çalır, üzərində ovuntuların olması və bərkliyi onun köhnə və xarab olduğunu göstərir.

Çəki ilə satıldığından şokolad kağızının üzərində saxlanma müddəti ilə bağlı hər hansı qeyd də tapa bilmirik. Nəzərə alsaq ki, isti yay qida zəhərlənmələri ilə aktualdır, keyfiyyət standartları pozulmuş belə qidalar əhalinin sağlamlığı üçün ciddi təhlükə mənbəyi ola bilər. Bəs Ukraynanın keçmiş prezidenti, “şokalad kralı” kimi tanınan Pyotr Poroşenkonun şirkətinin xarab konfetləri Bakı marketlərinin piştaxtalarına necə gəlib çıxıb?

Məsələni aydınlaşdırmaq üçün xarab konfetlərin satıldığı mağazaya üz tuturuq. Mağazanın direktor müavini, özünü Şölə xanım kimi təqdim edən qadın bildirir ki, satdıqları konfetlərin xarab olmasından xəbərsizdirlər: “Bizim mağazaya bu məhsulu “Roshen Azərbaycan” şirkəti gətirib paylayıb. Biz də konfetləri açıb baxmadığımıza görə içərisindən xəbərsizik. Xarab məhsulu vitrindən yığışdıracağıq, amma buna görə firma cavabdehlik daşıyır”, - deyə müsahib bildirir.

Mağaza rəsmisindən əməkdaşlıq etdikləri firmanın nömrəsini istəyirik. O, elə yanımızda “Roshen Azerbaijan” firmasının ekspeditoruna zəng vurur. Dəstəyi götürən ekspeditor xanım həqiqətən xarab konfetlərin olması ilə bağlı deyilənlərlə razılaşır:“Bəli, təəssüf ki, bu partiya vurduğumuz “Galaretka” şokoladları xarab çıxıb. Əslində bu şokoladlar təzə məhsuldur və az müddətdir ki, ölkəyə idxal olunur. Amma buna baxmayaraq əhalinin diqqətini cəlb eləmişdi və yaxşı satılırdı. Təəssüf ki, son partiya xarab çıxdı. Biz özümüz də bilmirik ki, niyə belə olub. Hazırda bütün mağazalardan həmin məhsulları yığışdırmışıq, bir bu mağaza yadımızdan çıxıb. Üzrlü sayın, biz oradan da yığışdıracağıq”, - firma rəsmisi bildirir.

Amma əməkdaş özünü təqdim etmək istəmir və dəstəyi “Roshen Azerbaijan” şirkətinin bölgə müdiri Ramin Qəhrəmanova ötürür. Lakin R. Qəhrəmanov təxminən yarım dəqiqə əvvəl açıqlama verən xanımın dediklərini təkzib edir: “Biz müştərilərə xarab mal satmırıq. Özünüz də gəlib maraqlana bilərsiniz, bizdə məhsul maksimum 21 gün qalır. Hər həftə də yeni məhsul gəlir. Mağazada müştəriyə çatdırılan xarab məhsul mağazanın saxlama şəraitinin problemidir. Biz kondisionerli maşınla ölkəyə idxal olunandan sonra maksimum 4-18 gün ərzində məhsulu müştəriyə çatdırırıq. Müştəri qutunu açır, baxır, sonra alır”, - deyə R. Qəhrəmanov bildirir.

Bölgə müdiri deyir ki, şokoladların satıldığı iri supermarketlər heç vaxt istifadə müddətinin bitməsinə 3 aydan az qaldığı təqdirdə məhsulu qəbul etmirlər: “Onlar məhsulu alıb özlərinin saxlanc deposuna vururlar. Depoda kondisioner var, yoxdur bu artıq onların problemidir. Konfet soyuğa düşdüyü zaman dərhal rəngi ağarır. Amma bu ağarma hələ xarab olma demək deyil, çünki şokolad hələ öz keyfiyyətini saxlayır. Mən şəxsən mağazaların depolarını özüm gəzirəm.

Bizim depoya məhsul düşdüyü günün axşamı paylanılıb. Bununla bağlı hər hansı sıxıntı olmayıb. Bizim depodan vitrinə gedən məhsulun açıb içərisinə də baxmışıq, orada da heç bir problem olmayıb. Bir çox hallarda şokoladları mağazanın transformatorunun yanına yerləşdirirlər. Məhsulun xarab olması mağazaların kondisioneri olmayan depoları, saxlanc yerləri ilə bağlıdır. Bu şokoladlar bizdən o şəraitdə çatdırılmayıb”, - Ramin Qəhrəmanov deyir.

Qeyd edək ki, supermarketlərdə xarab qənnadı məhsullarının satılması ilə bağlı bu yeganə hal deyil. Bir neçə gün əvvəl də"Veysəloğlu Yaycılı Qardaşlar” MMC-yə məxsus olan "Sweet” konfetindən də qurd çıxdığı haqda xəbərlər saytlarda yayılmışdı.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ​Bakıda qaymağın son istifadə tarixi hər kəsi təəccübləndirdi - FOTO

    ​Bakıda qaymağın son istifadə tarixi hər kəsi ...

    14-01-2019, 15:58

  • 
  • Novruz Məmmədov qida məhsulları ilə bağlı QƏRAR VERDİ

    Novruz Məmmədov qida məhsulları ilə bağlı QƏRAR ...

    15-11-2018, 14:58

  • 
  • Qida Təhlükəsizliyi Agentliyi xəbərdarlıq edib

    Qida Təhlükəsizliyi Agentliyi xəbərdarlıq edib ...

    8-08-2018, 14:13

  • 
  • İki dövlət qurumu arasında çəkişmə... - Səfər Mehdiyevdən GİLEY VAR

    İki dövlət qurumu arasında çəkişmə... - Səfər ...

    3-09-2018, 13:48

  • 
  • İndi Ermənistanda Azərbaycan konfetləri də satılır

    İndi Ermənistanda Azərbaycan konfetləri də satılır ...

    11-07-2017, 13:19


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (307)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
cassino brasil online
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu