Ötən gün Tərtər rayonunun Azadqaraqoyunlu kəndində 2 yaşlı uşağın ölümü ilə nəticələnən dəhşətli hadisənin təfərrüatları məlum olub.
28 noyabr 2017-ci il tarixində anadan olmuş Xəlilzadə Üzeyir Fədail oğlunun elektrik cərəyanı vurması nəticəsində ölməsi səhlənkarlıq səbəbindən baş verib. Belə ki, 2 yaşlı uşaq yaşadığı evin arxasında kustar üsulla hazırlanmış su artezianının yanında oynayarkən qurğuya gedən elektrik naqilini dartaraq qırıb. O, naqili arteziyanın yanında olan su vedrəsinə salıb. Nəticədə azyaşlı cərəyan hadisə yerindəcə vəfat edib. Faktla bağlı Tərtər rayon Prokurorluğunda araşdırma aparılır./Publika
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?