Ötən şənbə günü Bakının Yasamal rayonunda pedofiliya faktı qeydə alınıb.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat veriblər. 13 yaşlı oğlan uşağının anası faktla bağlı polisə xəbər verib. Şikayətlə müraciət edən qadın bildirib ki, Murad və Rəsul adlı gənclər avqustun 14-dən 17-dək oğlunu Mirzəağa Əliyev küçəsində yaşayış evlərinin söküntüsünün aparıldığı əraziyə apararaq zorlayıblar. 26-cı Polis şöbəsinin əməliyyatçıları zor tətbiq edən şəxslərin aşkar edilməsi istiqamətində iş aparırlar. Faktla bağlı hələ heç kəs saxlanılmayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?