Gundemxeber.Az bildirir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat veriblər.
62 yaşlı qadın Yasamal rayonunda 27-ci Polis bölməsinə şikayət edərək bildirib ki, Səbuhi adlı şəxs 15 yaşlı oğluna qarşı seksual xarakterli hərəkətlər etməyə çalışıb.
Onun sözlərinə görə, pedofil iyrənc niyyətini iyulun 24-ü saat 18:00-da Abdulla Şaiq küçəsindəki 168 nömrəli evin yaxınlığında yerləşən qarajda həyata keçirməyə cəhd edib.
Polis əməkdaşları hazırda ehtimal edilən pedofilin aşkarlanması və onun cinayət məsuliyyətinə cəlb edilməsi üzrə tədbirlər görürlər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?