Ucarda arvadını öldürüb anasına ağır xəsarət yetirməkdə təqsirli bilinən Arzu Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək.
Gundemxeber.Az ölkə.az-a istinadən xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrliyi ilə keçiriləcək məhkəmə baxış iclası avqust ayının 30-na təyin olunub. Qeyd edək ki, hadisə rayonun Şamil Fərzəliyev küçəsi, 30 ünvanında baş verib. Rayon sakini, 1970-ci il təvəllüdlü Aruz Xudat oğlu Tağıyev, həyat yoldaşı, 1977-ci il təvəllüdlü Tağıyeva Şəhla Qinyaz qızı və anası 1953-cü il təvəllüdlü Tağıyeva Zivərxanım Qaraş qızına balta ilə xəsarət yetirib. Qanlı hadisə nəticəsində cinayəti törədənin həyat yoldaşı Şəhla elə hadisə yerindəcə dünyasını dəyişib. 66 yaşlı Zivərxanım Tağıyeva isə vəziyyəti ağır olduğundan Bakıda yerləşən Respublika Neyrocərrahiyə Xəstəxanasına gətirilib. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Hadisəni törədən şəxsə gəldikdə isə, o, Ucar rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq rayon prokurorluğuna təhvil verilib. Məlumata görə, Aruz Tağıyev psixi xəstəlikdən əziyyət çəkib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?