Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Əliəkbər Abdullayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Ə.Abdullayev 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, prokuror çıxışında onun 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Qeyd edək ki, hadisə ötən il avqustun 8-də Bakının Xəzər rayonunda baş verib. Xəzər rayonu, Binə qəsəbəsində yaşayan, 1975-ci il təvəllüdlü Abdullayev Əliəkbər Hafiz oğlu yaşadığı evdə qardaşının həyat yoldaşı, 1973-cü il təvəllüdlü Abdullayeva Rübabə Xudaşükür qızını qısqanclıq zəminində bıçaqlayıb. Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Ə.Abdullayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham olunub./Report
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?